Bakıda dişi çəkilən qadın öldü (VİDEO)
Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib.
Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir.
Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlıq Mərkəzinə müraciət edib. Ailənin iddiasına görə, stomatoloq Samir Novruzov dişi çəkdikdən sonra mərhumun halı kəskin pisləşib. Vəziyyəti ağırlaşan Leyla Əhmədova Akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə yerləşdirilib. Həkim Məhəmməd Davudov tərəfindən müalicə və əməliyyat olunaraq Reanimasiya şöbəsinə götürülən xəstə sentyabrın 6-da dünyasını dəyişib.
"Müayinə zamanı iynə vurularkən qızım kəskin ağrıdan qışqırdı. Hətta assistenti də həkimə sinirə toxunduğunu bildirdi. İltihablı və şişkin dişi rentgensiz çıxardı. Evə gələndən sonra da ağrısı və keylik keçmədi. Həkim heç bir məsuliyyət daşımadığını deyir. Mənim övladım bir dişin qurbanı oldu. Cəzasını çəkməsini tələb edirəm", - mərhumun anası deyib.
"Xəstə müraciət etdi, biz öz işimizi gördük. Rentgenə ehtiyac olanda göndəririk. Hazırda məsələ ilə bağlı TƏBİB və hüquq-mühafizə orqanları araşdırma aparır. Ətraflı məlumatı aidiyyəti qurumlardan ala bilərsiniz", - deyə diş həkimi Samir Novruzov bildirib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 210 Tarix: 25 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə keçir
Sabahdan, sentyabrın 23-dən Bakıda "Formula 1"ə yarışması səbəbi ilə Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçəcək. "Report"a istinadən xəbər verir ki, distant qaydada iş rejimi sentyabrın 28-dək davam edəcək. Bu iş rejimi "Formula-1" trasının həmi
22 sentyabrPaytaxtın iki böyük bağı birləşdirildi
"Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" publik hüquqi şəxslər Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Mərkəzi Nəbatat və Dendrologiya Bağı" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək. xəbər verir ki, bununla bağlı Baş nazi
23 sentyabrHərbi qulluqçuların sosial təminatında yeni mərhələ
Hərbi qulluqçuların əməkhaqqı və pensiya təminatının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər sosial siyasətin mühüm istiqamətlərindən birini təşkil edir. Bu tədbirlər hərbi qulluqçuların həm xidmət dövründə, həm də xidmətdən sonrakı mərhələdə sosial müdafiəsinin gücləndirilməsin
23 sentyabrPulsuz metro tıxacları azaldacaq?
Bu gündən etibarən Bakı metrosunun "Avtovağzal" və "Xocasən" stansiyalarına giriş pulsuzdur. -ın məlumatına görə,"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, bu addım sərnişin axınının optimallaşdırılmas
23 sentyabrDərman qəbulundan sonra ağır allergik reaksiya verdi
Dərman qəbulundan sonra ağır allergik reaksiya ilə xəstəxanaya aparılan qadın həyata qaytarılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Respublika Klinik Xəstəxanası məlumat yayıb. Bildirilib ki, avqustun 2-də ağır vəziyyətdə Respublika Klinik Xəstəxanasının Anesteziologiya, Reanimasiy
23 sentyabrMəktəb mühitində əsas prinsiplərdən biri bərabərlikdir - AÇIQLAMA
"Məktəbli formasına yalnız geyim tələbi kimi yanaşmaq düzgün deyil. Burada əsas hədəf məktəbdə vahid, səliqəli, rahat və təhsil mühitinə uyğun geyim anlayışının formalaşdırılmasıdır. Eyni zamanda, vahid məktəbli geyimi məktəbin ümumi atmosferinə, şagirdlər arasındakı münasibətlərə və onların sosia
23 sentyabr