Futbol üzrə Ermənistan milli komandasının keçmiş qapıçısı yol polisini öldürüb hadisə yerindən qaçdı - VİDEO
Futbol üzrə Ermənistan milli komandasının qapıçısı Armen Fişyan Stavropol diyarında "Gelandewagen" markalı avtomobili ilə biri yol polisi əməkdaşı olmaqla iki nəfəri öldürüb, sonra isə qəza yerindən qaçıb.
Qəzaya səbəb erməni idmançının yolsuzluq avtomobili ilə Mineralnıye Vodı istiqamətində maksimal sürətlə hərəkət etməsi olub. Qafqaz yolunun 284-cü kilometrliyində o, sol zolaqdan çıxıb və polis leytenantını, həm onun cərimə yazmaq üçün saxladığı "Lada Priora" markalı avtomobilin sürücüsünü vurub. Nəticədə hər iki şəxs həlak olub.
Bundan dərhal sonra Fişyan hadisə yerindən qaçsa da, 60 kilometr sonra saxlanılıb. O, həbsi zamanı heç kimi vurmadığını iddia etsə də, maşının üzərindəki qanın haradan olduğunu izah edə bilməyib.
Fişyan barəsində "Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma" maddəsi ilə iş açılıb. Onu 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Armen Fişyan - Ermənistanın gənclərdən ibarət futbol komandalarının keçmiş qapıçısıdır. Peşəkar karyerasını 2016-cı ildə başa vurub. Bundan sonra minifutbol klublarında oynayıb./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 913 Tarix: 02 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Almaniya və daha beş ölkə Aİ büdcəsi ilə bağlı ultimatum irəli sürüb
Almaniya və Avropa İttifaqının (Aİ) daha beş ölkəsi Brüsseldən Aİ-nin 2028-2034-cü illər üçün planlaşdırılan büdcə xərclərini yüz milyardlarla avro azaltmağı tələb edib. "Financial Times"a istinadən xəbər verir ki, müvafiq məktubu Almaniya, Avstriya, Danimarka, Niderland, Finlandiya və İsve
29 sentyabrKeçmiş repçi, indiki baş nazir: BMT-də görünüşü ilə DİQQƏT ÇƏKDİ
Nepalın Baş naziri Balendra Şah BMT Baş Assambleyasının iclasında qara gün eynəyində iştirak edib. Bu aksesuar siyasətçinin rep-batllarda iştirak etdiyi vaxtlardan bəri onun ayrılmaz imic elementinə çevrilib. xəbər verir ki, bu barədə "The New York Times" nəşri məlumat yayıb. Nepalda həmçini
27 sentyabrHörmüz boğazından sutkada təxminən 13 milyon barel neft keçir
Hazırda Hörmüz boğazından sutkada təxminən 13 milyon barel neft daşınır. "Report"un məlumatına görə, bunu ABŞ-nin energetika naziri Kris Rayt "Fox News" telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, ABŞ hərbçiləri bu strateji əhəmiyyətli dəniz marşrutu vasitəsilə neft
27 sentyabrSerbiya Prezidenti Aleksandar Vuçiç istefa verdi
Serbiya Prezidenti Aleksandar Vuçiç sentyabrın 27-də istefa verib. xəbər verir ki, bunu Vuçiç Serbiyanın dövlət Radio və Televiziyasının yayımladığı xalqa müraciəti zamanı açıqlayıb. "İki dəfə mənə etimad göstərən vətəndaşlara təşəkkür edirəm. Bu gün istefa verdiyim gündür", - Vuçiç bildirib
27 sentyabrSi Cinpin: Çin və ABŞ ortaq maraqlar əsasında hərəkət edəcək
Çin rəhbəri Si Cinpin Ağ Evdə ABŞ Prezidenti Donald Tramp ilə danışıqlar zamanı hər iki ölkənin bir-birinə doğru addım atacağına və ümumi maraqlar əsasında hərəkət edəcəyinə ümid etdiyini bildirib. "Report" xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. "Əməkdaşlıq ikitərəfl
27 sentyabr