Sağlamlığını itirən şəxslərə verilən müavinətlər 350 manata çatdırılır? - AÇIQLAMA
Sosial müavinətlər qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə ödənilir. Təbii ki, kateqoriyalar üzrəsosial müavinətlər və onların məbləği müxtəlifdir. Bu gün ən çox verilən suallardan biri sağlamlıq üçün verilən sosial müavinətlərin artırılmasıdır. Qeyd edilən qruplar üzrə sosial müavinətin 350 manata qədər çatdırılması mümkündür?
Mövzu ilə bağlı Sonxeber.az- a danışan iqtisadçı ekspert Rəşad Həsənov deyib ki, büdcə prosesinin hazırlanması zamanı təhlillər göstərirdi ki, 2024-cü ildə sosial müavinətlərin artırılması ilə bağlı qərar qəbul olunacaq və sərəncamlar təsdiq ediləcək6
"Amma ilin 3 ayı keçib. Artıq bu istiqamətdə hələlik bir addım atılmayıb. Məsələ ondadır ki, sosial müavinətlərin məbləği artırılmalıdır. Çünki, keçən il rəsmi inflyasiya 9 faiz ətrafında oldu. Bu da kifayət qədər böyük bir göstəricidir. Müvafiq müavinətlərin indeksləşdirilməsi vacibdir ki, sosial qruplar yoxsullaşmasın. Onların alıcılıq gücü hazırda əvvəlki illə müqayisədə 10 faizə yaxın azalıb. Amma istər sağlamlığa görə yaxud digər sosial müavinətlərin məbləğləri fərqlidir. Əlbəttə ki, nə vaxtsa ən aşağı sosial müavinətin həcmi belə 350 manata çatacaqdır. Bu davamlı bir prosesdir. Manatın alıcılıq gücü zəifləyir və inflyasiya riskləri yaranır. Sosial müdafiənin gücləndirilməsi çərçivəsində bəzən qərarlar qəbul olunur. Amma ən yuxarı sözügedən sosial qruplara daxil olan birinci qrup əlil olan şəxslərə münasibətdə 270 manat məbləğin 350 manata çatdırılması ehtimalını bu il, indiki şərtlər daxilində az görürəm. İndeksləşdirmə olsa, ən yaxşı halda 10 faiz ətrafında ola bilər. Belə olan təqdirdə müvafiq məbləğ ancaq 300 manata çatar. Digər aşağı məbləğlərin artımı isə indiki halda mümkün deyil. Onlar böyük ehtimalla uzunmüddətli dövr tələb edir".
Xatırladaq ki, sağlamlıq üzrə sosial müavinət məbləğləri hazırda belədir: Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə - 270 AZN, 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 220 AZN, 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə– 150 AZN-dir.
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 954 Tarix: 03 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanlı aparıcının TOYUNDAN GÖRÜNTÜLƏR
Məşhur televiziya aparıcısı Afət Rahilqızı ailə həyatı qurub. xəbər verir ki, tanınmış simanın toyu ötən gün paytaxt restoranlarının birində baş tutub. Afət Rahilqızının meyxanaçı Fərhadla evlənib. Cütlük Elgiz Əkbərin "Şadlıq olsun" verilişindən birbaşa restorana yollanıb. Bununla da Afətl
29 sentyabrDeputatdan ŞAD XƏBƏR: Bu şəxslərin MAAŞI ARTIRILIR
Hərbi qulluqçuların əməkhaqlarının artırılması onların sosial təminatı və ailə büdcəsinin formalaşması baxımından mühüm məsələdir. Maaşlarda nəzərdə tutulan 22,8 faizlik artım hərbçilərin nominal gəlirlərinin yüksəlməsinə səbəb olmaqla yanaşı, inflyasiya və gündəlik xərclərin artımı fonunda real gəlirlər
28 sentyabrDaşınmaz əmlak bazarında qiymətlər yenidən ARTIR: Səbəb nədir? - AÇIQLAMA
Son dövrlər Azərbaycanda daşınmaz əmlak bazarında qiymətlərin dinamikası yenidən diqqət mərkəzindədir. Mənzil qiymətlərinin formalaşmasına tikinti xərcləri, torpaq sahələrinin qiyməti, ipoteka və kredit imkanları, əhalinin alıcılıq qabiliyyəti, tələb-təklif nisbəti və yeni tikililərin bazara çıxarılmas
29 sentyabrAzərbaycanda zəlzələ oldu
Lənkəran rayonunda zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, yeraltı təkanın maqnitudası 3.4, dərinliyi isə 25 km olub. Zəlzələ episentrdə 3 bala qədər hiss olunub
29 sentyabrAZAL-ın Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reysləri təxirə salındı
Azərbaycan Hava Yollarının (AZAL) 28 sentyabr 2026-cı il tarixinə planlaşdırılan Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reysləri əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb. AZAL-dan -a verilən məlumata görə, hava şəraiti sabitləşdikdən sonra uçuşların icrasına davam ediləcək. Sərnişinlər mümkü
28 sentyabrHacı Şahinin nəvəsi olub
Məşədi Dadaş məscidinin mərhum imamı, ilahiyyatçı Hacı Şahin Həsənlinin ailəsində sevinc yaşanıb. Axşam.az xəbər verir ki, ilahiyyatçının qızı Fatimənin qız övladı dünyaya gəlib. Qeyd edək ki, Fatimənin toyu ötən ilin oktyabrında baş tutub
29 sentyabrMurad Adıgözəlzadə baba oldu
Xalq artisti Murad Adıgözəlzadə baba olub. Axşam.az xəbər verir ki, musiqiçinin qızı Məryəmin övladı dünyaya gəlib. Maksim adlı İsrail vətəndaşı ilə ailəli olan Məryəmin qızı doğulub. Qeyd edək ki, Məryəm M.Adıgözəlzadənin ilk evliliyindən olan qızıdır. Onun ikinci evliliyi müğənni Aysel Teymurzadə il
28 sentyabrJurnalist Əvəz Zeynallının dəfn yeri bilindi
Jurnalist Əvəz Zeynallının dəfn yeri məlum olub. xəbər verir ki, bu barədə vəkil Rəşad Vaqifoğlu məlumat yayıb. "Əvəz Zeynallının cənazəsi sabah saat 11.00-da öz evindən - Binəqədi rayonu, Batabat küçəsindən götürüləcək və Kürdəxanı qəbiristanlığında dəfn ediləcək", - deyə vəkil qeyd edib
28 sentyabr