Şəhid qızı imtahanda yüksək bal topladı - Foto
Xəbər verdiyimiz kimi, ötən gün tam (11 illik) orta təhsil səviyyəsi üzrə 3 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.
"Qafqazinfo"nun "Zəfər şəhid ailələrinə dəstək" İctimai Birliyinə istinadən məlumatına görə, imtahanda yüksək nəticə göstərənlər arasında şəhid polkovnik-leytenant Elzamin Təhməzovun qızı Aysu Elzamin də var.
O, orta məktəbin buraxılış imtahanından yüksək nəticə - 282 bal toplayıb. A. Elzaminin həkim olmaq istədiyi bildirilir.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı Elzamin Təhməzov Laçın rayonunun Malxələf kəndində anadan olub. Vətən müharibəsi başlayan zaman o, briqadanın kəşfiyyat rəisi kimi Murov yuksəkliyi və Suqovuşan istiqamətində gedən ağır döyüşlərdə bir çox erməni postlarının alınmasında böyük şücaət göstərib.
Talış yüksəkliyi istiqamətində gedən döyüşlər zamanı isə düşmən tərəfindən mühasirəyə alınan 400 əsgərimizi xilas edib. Sentyabrın 29-da düşmən tərəfindən atılan minaatan mərmisinin yaxınlığına düşməsi nəticəsində şəhidlik zirvəsinə ucalıb.
Prezidentin Sərəncamlarına əsasən, "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" medalları, 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1090 Tarix: 03 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanlı aparıcının TOYUNDAN GÖRÜNTÜLƏR
Məşhur televiziya aparıcısı Afət Rahilqızı ailə həyatı qurub. xəbər verir ki, tanınmış simanın toyu ötən gün paytaxt restoranlarının birində baş tutub. Afət Rahilqızının meyxanaçı Fərhadla evlənib. Cütlük Elgiz Əkbərin "Şadlıq olsun" verilişindən birbaşa restorana yollanıb. Bununla da Afətl
29 sentyabrDeputatdan ŞAD XƏBƏR: Bu şəxslərin MAAŞI ARTIRILIR
Hərbi qulluqçuların əməkhaqlarının artırılması onların sosial təminatı və ailə büdcəsinin formalaşması baxımından mühüm məsələdir. Maaşlarda nəzərdə tutulan 22,8 faizlik artım hərbçilərin nominal gəlirlərinin yüksəlməsinə səbəb olmaqla yanaşı, inflyasiya və gündəlik xərclərin artımı fonunda real gəlirlər
28 sentyabrDaşınmaz əmlak bazarında qiymətlər yenidən ARTIR: Səbəb nədir? - AÇIQLAMA
Son dövrlər Azərbaycanda daşınmaz əmlak bazarında qiymətlərin dinamikası yenidən diqqət mərkəzindədir. Mənzil qiymətlərinin formalaşmasına tikinti xərcləri, torpaq sahələrinin qiyməti, ipoteka və kredit imkanları, əhalinin alıcılıq qabiliyyəti, tələb-təklif nisbəti və yeni tikililərin bazara çıxarılmas
29 sentyabrAzərbaycanda zəlzələ oldu
Lənkəran rayonunda zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, yeraltı təkanın maqnitudası 3.4, dərinliyi isə 25 km olub. Zəlzələ episentrdə 3 bala qədər hiss olunub
29 sentyabrAZAL-ın Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reysləri təxirə salındı
Azərbaycan Hava Yollarının (AZAL) 28 sentyabr 2026-cı il tarixinə planlaşdırılan Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reysləri əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb. AZAL-dan -a verilən məlumata görə, hava şəraiti sabitləşdikdən sonra uçuşların icrasına davam ediləcək. Sərnişinlər mümkü
28 sentyabrHacı Şahinin nəvəsi olub
Məşədi Dadaş məscidinin mərhum imamı, ilahiyyatçı Hacı Şahin Həsənlinin ailəsində sevinc yaşanıb. Axşam.az xəbər verir ki, ilahiyyatçının qızı Fatimənin qız övladı dünyaya gəlib. Qeyd edək ki, Fatimənin toyu ötən ilin oktyabrında baş tutub
29 sentyabrMurad Adıgözəlzadə baba oldu
Xalq artisti Murad Adıgözəlzadə baba olub. Axşam.az xəbər verir ki, musiqiçinin qızı Məryəmin övladı dünyaya gəlib. Maksim adlı İsrail vətəndaşı ilə ailəli olan Məryəmin qızı doğulub. Qeyd edək ki, Məryəm M.Adıgözəlzadənin ilk evliliyindən olan qızıdır. Onun ikinci evliliyi müğənni Aysel Teymurzadə il
28 sentyabrJurnalist Əvəz Zeynallının dəfn yeri bilindi
Jurnalist Əvəz Zeynallının dəfn yeri məlum olub. xəbər verir ki, bu barədə vəkil Rəşad Vaqifoğlu məlumat yayıb. "Əvəz Zeynallının cənazəsi sabah saat 11.00-da öz evindən - Binəqədi rayonu, Batabat küçəsindən götürüləcək və Kürdəxanı qəbiristanlığında dəfn ediləcək", - deyə vəkil qeyd edib
28 sentyabr