"Yaşı 35-dən yuxarı və kirayə qalan müəllimlər EVLƏ TƏMİN EDİLSİN" - AÇIQLAMA
Bu gün müəllimlərimizin ən böyük problemlərindən biri mənzil problemidir. Hansı müəllimlər güzəştli mənzillərdən yararlana bilər? Güzəştli mənzillərə daha hansı əlavələr edilə bilər?
Məsələ ilə bağlı sosioloq Üzeyir Şəfiyev Sonxeber.az-a açıqlama verib.
Sosioloq bildirib ki, müəllimlərin mənzillə təminatı hər zaman müzakirə məsələsi olub:
"Müəllimlərin mənzillə təminatı ilə bağlı məsələ bir neçə müddətdir müzakirə olunur. Bu proses hər zaman müzakirə məsələsi olub. Müəllimlərin mənzillə təminatı ilə bağlı dövlət tərəfindən müəyyən addımlar atılıb. Mənzil-İnşaat dövlət agentli tərəfindən bəzi kriterialara cavab verən müəllimlərə güzəştli mənzillər fondundan evlə təmin olunur. Burada iki yanaşma mövcuddur. İlk olaraq yaşa görə yanaşma nəzərdə tutulut. Hansı ki, bu güzəştlər yaşı 35 çox olmayan gənc müəllimlərə şamil edilir. 3 il dövlət təhsil müəssisələrində çalışan gənc müəllimlər güzəştli mənzil fondundan faydalana bilir. Eyni zamanda yaş kateqoriyasından asılı olmayaraq 15 il müddətinə orta və ümumitəhsil mərkəzlərində işləyən müəllimlərə güzəştli kreditlər şamil olunur. Bununla yanaşı elmlər doktoru, namizədi və elmi dərəcəsi olan şəxslər də güzəştli mənzil fondundan yararlana bilər. Yəni mənzil təminatı ilə bağlı müəyyən güzəştlər mövcuddur".
Ü. Şəfiyev güzəştli mənzillərin ehtiyacı olan, fəqlənən müəllimlərə daha çox şamil edilməsinin vacibliyini vurğulayıb:
"Biz nəzərə almalıyıq kii, Azərbaycanda müəllimlərin sayı çoxdur. Hazırda Azərbaycada 150 mindən çox müəllim fəaliyyət göstərir. Şübhəsiz ki, bu müəllimlərin hamısını evlə təmin etmək çox ciddi məsələdir. Bu məsələ külli miqdarda maliyyə tələb edir. Güzəştli mənzillər ehtiyacı olan, fəqlənən müəllimlərə daha çox şamil edilə bilər. Regionlardakı müəllimlərə pay toptorpaqları ayrıla, güzəştli ipoteka və kreditlər verilə bilər. Bu həm də regionda yaşayan müəllimlərin paytaxta axınının qarşısını almış olar. Paytaxtda isə mənzilə ehtiyacı olan müəllimlərin statistikası aparılmalıdır. Bu müəllimlərin dəqiq sayı öyrənilməlidir. Güzəşt sərtlərini genişləndirmək olar. Bununla da daha geniş müəllim kütləsini cəlb etmək mümkündür. Amma yenə də bu güzəştləri bütün müəllimllərə şamil etmək mümkün deyil".
Sosioloq dünya ölkələrində tətbiq edilən metodlara da toxunub:
"Elə bir binalar tikilə bilər ki, burada kiraya qalan müəllim bir müddətdən sonra, həmin mənzilin sahibi olsun. Bu proses hazırda bəzi ölkələrdə tətbiq olunur. Ya da müəllimlərə elə məvacib tətbiq edilə bilər ki, onlar bu məbləğlə ev ala bilsinlər. Məllimlər üçün nəzərdə tutulan mənzil-inşaat layihələri yaradıla bilər. Müəllim pensiyaya çıxdıqdan sonra, maaşının 80 faizə qədərini təqaüd kimi almalıdır. Bu proses bir çox qabaqcıl ölkələrdə tətbiq edilir. Bizim ölkəmizdə bəzi dövlət qurumlarında pensiya zamanı maaşın 80 faizi verilir. Yaxşı olar ki, bu proses müəllimlərə də şamil edilsin".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu ərazidə su olmayacaq - Xəbərdarlıq
90 min əhalisi var, yüzlərlə işçi axtarılır: xaricilərə 5000 avroyadək maaş təklif olunur
Prezident bəzi şəxslərə xüsusi və ali hərbi rütbələr verdi - SİYAHI
Sabiq nazir qardaşı oğlunu vəzifədən azad etdi
Yeni təyin olunan icra başçısı onun müavini imiş - Dosye
Səhrada tapılan daş 5,3 milyon dollara satıldı
SON DƏQİQƏ: Kiyev yaxınlığında azərbaycanlıların olduğu bazara DRON HÜCUMU: Ölən və yaralananlar var
Azərbaycanda zavodda YANĞIN: Bir neçə rayondan yanğınsöndürənlər çağırıldı
Bakı sakininin maşını Şuşada minaya düşdü
Prezident 3 rayona icra başçısı təyin etdi
32 ildən sonra simvolik qələbə: Zidan Fransa millisində ilk məşqçisinin yolunu necə təkrarladı
Bakıda oğul öldürüldü - Ananın da meyiti tapıldı