Binə Ticarət Mərkəzində baş verən yanğın söndürülüb - YENİLƏNİB + VİDEO

Binə Ticarət Mərkəzində baş verən yanğın söndürülüb - YENİLƏNİB + VİDEOBakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Binə" Ticarət Mərkəzində yanğın baş verməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə çağırış daxil olub.

Bu barədə Sonxeber.az-a FHN-dən məlumat verilib

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Havanın güclü küləkli olması yanğınla mübarizə tədbirlərini çətinləşdirsə də yanğınsöndürənlərin operativ müdaxiləsi və peşəkarlığı sayəsində ticarət mərkəzində baş vermiş yanğın geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 250 kv.m olan anbarın içərisinə yığılmış parça materialları 50 kv.m sahədə və bitişik yerləşən, sahəsi 250kv.m olan anbarın içərisinə yığılmış parça materialları 10kv.m sahədə yanıb.

Anbarlar, içərisində olan digər parça materialları və obyektlər yanğından mühafizə edilib.

10:44

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Binə Ticarət Mərkəzinin ərazisində yanğın olması barədə ilkin məlumat daxil olub.

Sonxeber.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

Əlavə məlumat veriləcək.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 1502   Tarix: 04 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

ŞİDDƏTLİ YAĞIŞLAR GƏLİR... - Təhlükəli xəbərdarlıq

Qlobal temperaturun yüksəlməsi Yer atmosferindəki su buxarının miqdarını da artırır. Alimlərin fikrincə, atmosferdə rütubətin çoxalması yalnız daha isti hava ilə nəticələnmir, eyni zamanda leysan yağışları, güclü fırtınalar, tropik siklonlar və istilik dalğaları ilə bağlı riskləri də yüksəldə bilər

19 sentyabr
.

Burulğan 20 min cücənin tələf olmasına səbəb oldu - VİDEO

Türkiyənin Adana vilayətinin İmamoğlu rayonunda leysan yağışla birlikdə meydana gələn burulğan iki toyuq fermasına ciddi ziyan vurub. xarici mediaya istinadla xəbər verir ki, hadisə nəticəsində təxminən 20 min cücənin tələf olduğu bildirilib. Ağzıkaraca məhəlləsində baş verən burulğan fermaların damların

29 sentyabr
.

Aç qurd sürüsü gecə yarısı fermaya girdi: iti parçaladılar - VİDEO

Gecə saatlarında fermaya daxil olan ac qurd sürüsü həyətdəki itə hücum edib. xarici mediaya istinadla xəbər verir ki, hadisə yaşayış məntəqəsinə yaxın ərazidə yerləşən fermalardan birində baş verib. Gecə yarısı ac qaldıqları ehtimal edilən qurdlar ferma ərazisinə daxil olaraq həyətdəki itə yaxınlaşıblar

23 sentyabr
.

Qadın duşda gizli kamera aşkarladı: idman salonunda araşdırma başladı

İzmirin Karşıyaka rayonunda fəaliyyət göstərən idman salonunun duş bölümündə gizli kamera obyektivi aşkarlanıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə "SlimShape" adlı idman salonunda baş verib. Duşdan istifadə edən H.C. adlı qadın müştəri ərazidə gizli kamera obyektivini görərək on

21 sentyabr
.

Həkəri çayında iyulda batmış şəxsin meyiti tapılıb

Bu ilin iyul ayında Həkəri çayında batmış kişinin meyiti tapılıb. Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, 4 iyul 2026-cı il tarixində Həkəri çayının Zəngilan rayonu, Ağalı kəndindən keçən hissəsində batan 1962-ci il təvəllüdlü Həsənov Nuşirəvan Mehd

19 sentyabr
.

HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir

Sentyabrın 21-də gözlənilən hava şəraiti açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətl

20 sentyabr
.

Zəlzələ zamanı jurnalistlərin işi tərk etməməsi təqdir edildi - VİDEO

Türkiyənin Şanlıurfa şəhərinin Karaköprü rayonunda 5,4 bal gücündə zəlzələ baş verib. xarici mediaya istinadla xəbər verir ki, zəlzələnin ocağı təxminən 7,4 kilometr dərinlikdə yerləşib. Təkanları hiss edən bəzi sakinlər təhlükəsizlik məqsədilə ev və iş yerlərindən çıxaraq açıq ərazilərə üz tutublar

24 sentyabr
.

Bakıda açıq ərazidə YANĞIN BAŞLADI

Paytaxtın Xətai rayonunda, "NZS" ərazisində təkər tullantıları yığılmış anbarda yanğın başlayıb. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, hazırda yanğın baş vermiş əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınl

25 sentyabr
.

Ağsuda dağlıq ərazidə yanğın - Video

Ağsu rayonu, Kalva kəndi yaxınlığında dağlıq ərazidə yanğın baş verib. xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğının yayılmasının qarşısının alınması və söndürülməs

28 sentyabr