Tanınmış müğənnidən Aygün və Röya haqda ŞOK SÖZLƏR
"Mənim üçün Azərbaycanda iki ulduz var. Biri Aygün Kazımova, digəri isə Röya Ayxandır".
Bu sözləri müğənni Sərxan Kərəmoğlu "Həmin Zaur" verilişində səsləndirib. O, hazırda müğənni olaraq faəliyyət göstərən xanım ifaçılardan da söz açıb:
"Deyilə bilər ki, müstəqillik dövründə boşluğa düşüb, çox tanınanlar var. Amma boşluq deyildi. Faiq Ağayev, Zülfiyyə Xanbabayeva, Brilliant Dadaşova, Aygün Kazımova, daha sonra isə gələn Röyadır ki, onların oxuduqları mahnılar əsl Azərbaycan estradasıdır. Hazırda ifaçılar ancaq toylar, el şənlikləri, ad günləri, konsertlər üçün oxuyur. Çünki bizim başqa qazanc yerimiz yoxdur. Bilirik ki, bunu etməsək, kimsə bizə qazanc verməyəcək. Ona görə də, indiki gələn o qızlar ki var, hamı qınayır, qısqanclıq gözü ilə baxır, onlar çox ağıllı iş görürlər. Çünki onlar çox gözəl bilir ki, bir neçə il sonra olmayacaqlar. Qazandıqlarını yığmalıdırlar. Strategiyaları çox düzgündür. 70 yaş civarında olan müğənnilərimiz var, iki otaqlı evdə yaşayırlar, yeməyə çörəkləri belə yoxdur. İndiki qızlar isə çox düzgün yol tutublar, doğru edirlər. Toya gedirəm, toyda mənim qonağımı əyləndirəcək adam lazımdır. İstər aparıcı olsun, istər musiqiçi.. Bəzi aparıcılar toylarda mikrofonu əlinə alıb, zay-zay danışmağa başlayırlar. Sənə camaat pul verib gətirir ki, problemlərdən çıxan qonaqları əyləndirəsən. Sən kimə ağıl verirsən?"
Sərxan Kərəmoğlu aparıcı Zaur Kamalın "Sənin üçün əsl ulduz kimdir?" sualını belə cavablandırıb:
"Mənim üçün əsl ulduz Aygün Kazımovadır. Ancaq onun bəzi xasiyyəti və xarakterinə görə, bir qisim insan ola bilsin ki, Aygünü sevməsin. Lakin o, ulduz doğulub. Bir də Röyadır. Amma burada bir məsələ var ki, Aygün Kazımovanın elədiyi inqilabı heç kəs etməyib. O, ölənə qədər ulduz olacaq. Röya isə Azərbaycan sənəti üçün tapıntıdır. Bilirsiniz nəyə görə? Səsi, sənəti, hamısını kənara qoyuram. O, Zeynəb Xanlarovadan sonra ikinci adamdır ki, Azərbaycanın 99 faizi onu sevir. Elə adam çıxarın qarşıma ki, Röyanı sevməsin. Milyonda 3-4 nəfərdir. Heç bir ölkədə elə adam yoxdur ki, Röya kimi sevilsin. Ondan heç bir asılılığım yoxdur. Ancaq göydə Allah var".(Yenisabah.az)
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pünhan Priyevin toyunda 4 min qonaq olub? - Tamadadan açıqlama
Müğənni Pünhan Priyevin toyunda 4 mindən çox qonağın iştirak etdiyi barədə yayılan məlumatlara aydınlıq gətirilib. Bədii qiraətçi Pünhan İsmayıl Qaynarinfo-ya açıqlamasında sözügedən məclisin tamadası olduğunu bildirib. O, Pünhan Priyevin toyunda 2 minə yaxın qonağın iştirak etdiyini deyib:. "To
24 sentyabrSerenay Sarıkaya Paris Moda Həftəsində dünya ulduzları ilə eyni podiumda
Türkiyəli aktrisa Serenay Sarıkaya Paris Moda Həftəsində dünya şöhrətli ulduzlarla eyni podiumu bölüşüb. xarici mediaya istinadla xəbər verir ki, Eyfel qülləsinin qarşısında keçirilən möhtəşəm dəfilədə iştirak edən Sarıkayanın çıxışı sosial mediada böyük diqqət çəkib. 34 yaşlı aktrisa brend səfiri olduğ
29 sentyabrKardaşyan xəstəliyini açıqladı - Atası da eyni xəstəlikdən ölüb
Amerikalı televiziya ulduzu Kim Kardaşyan səhhəti ilə bağlı açıqlaması ilə gündəmə gəlib. 45 yaşlı məşhur yeni televiziya proqramının tanıtım çarxında ona özofajit diaqnozu qoyulduğunu açıqlayıb. xarici mediaya istinadən xəbər verir ki, "Kardaşyanlar" verilişinin yeni mövsümünün treylerind
20 sentyabrMüğənni Könül Kərimovanın 245 min manatı necə əldən çıxdı
Müğənni Könül Kərimovaya qarşı 245 min manatlıq dələduzluq etməkdə ittiham olunan "Hüquq-Ekspertiza Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) rəhbəri olmuş Mübariz Məmmədov və Elçin Bağırovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlə
16 sentyabrAlim Qasımovdan tənqidlərə reaksiya: "Üzeyir bizim qardaşımızdır"
Xalq artisti Alim Qasımov və müğənni Üzeyir Mehdizadə ötən gün yeni duet təqdim ediblər. Mahnı yayımlandıqdan sonra sosial şəbəkələrdə müxtəlif fikirlər səsləndirilib və duet tənqid olunub. xəbər verir ki, tənqidlərə cavab olaraq Alim Qasımov News.24-ə açıqlamasında mahnının zövq və əhvali-ruhiyyədə
20 sentyabrAlim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Xalq artisti Alim Qasımovun müğənni Üzeyir Mehdizadə ilə "Bu dünyanın nəyindən narahatsan" mahnısına duet oxuması son günlərin müzakirə olunan mövzularından birinə çevrilib. Duetin ərsəyə gəlməsi ilə bağlı sosial şəbəkələrdə müxtəlif iddialar yayılıb. Hətta Alim Qasımovun bu layihəyə görə bi
23 sentyabrZabitə Alıyevanın toyu oldu (FOTO)
Xanəndə Zabitə Alıyevanın toy mərasimi keçirilib. Qaynarinfo xəbər verir ki, məclisdən görüntülər sosial şəbəkələrdə sənət adamları tərəfindən paylaşılıb. Toy mərasimində Zabitə Alıyevanın yaxınları ilə yanaşı, şou-biznes nümayəndələri də iştirak edib
15 sentyabrEvliliyin ikinci ili
41 yaşlı müğınni Lana Del Reyin həyat yoldaşı müğənnini ikinci evlilik ildönümü münasibətilə təbrik edib. OLAY yazır ki, 51 yaşlı Ceremi Dyufren İnstaqram hesabında toy mərasimindən olan fotolar da daxil olmaqla, birlikdə çəkdirdikləri nadir və arxiv görüntülərini paylaşıb və yazıb: "İldönümümü
28 sentyabr