Ağdamda baş verən partlayışda xəsarət alan ANAMA əməkdaşının son durumu AÇIQLANDI - YENİLƏNİB
"Ağdam rayonunun Sarıcalı kəndi ərazisində detonator partlaması nəticəsində xəsarət alan Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Anar Mürşüd oğlu Piriyevin vəziyyəti stabil qiymətləndirilir".
Bu haqda Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Məlumatda qeyd olunur ki, 06.04.2024-cü il tarixində, 2000-ci il təvəllüdlü, Ağcabədi rayon Yuxarı Qiyaməddinli kənd sakini (kişi cinsli) saat 10:40-da Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə gətirilib.
Qeyd olunur ki, ona sağ baldırın ön səthinin kiçikölçülü qəlpə yaraları və sağ əlin iç səthinin kəsilmiş yarası diaqnozu təyin olunub, zəruri tibbi xidmətlər göstərilib.
Hazırda müalicəsi davam etdirilir və vəziyyəti stabil olaraq qiymətləndirilir".
16:35
Ağdam rayonunun Sarıcalı kəndi ərazisində baş partlayış nəticəsində bir nəfərin xəsarət alması faktı ilə bağlı araşdırma aparılır.
Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, aprelin 6-da Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində 1 nəfərin partlayış nəticəsində xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı, 2000-ci il təvəllüdlü Anar Mürşüd oğlu Piriyevin ərazidə minatəmizləmə işləri aparan zaman alışdırıcı kapsulun partlaması nəticəsində xəsarət alması müəyyən edilib.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər aparılıb.
Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1439 Tarix: 06 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Turşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqdan xəsarət aldı
Cəlilabad rayonunda qadın bıçaq xəsarəti alıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü Göytəpə şəhər sakini ehtiyatsızlıqdan yaşadığı evin pilləkənlərindən yıxılıb. Bu zaman qadının əlində olan mətbəx bıçağı onu
29 sentyabr77 yaşlı kişi supermarketdə döyülərək öldürülüb
ABŞ-ın Virciniya ştatının Norfolk şəhərində supermarketdə baş verən mübahisə 77 yaşlı Bert Atienzanın ölümü ilə nəticələnib. xarici mediaya istinadla xəbər verir ki, hadisənin 17 yaşlı qadın işçinin Atienzanın həyat yoldaşına alış-veriş arabası ilə az qala çırpılması ilə başladığı bildirilir. Mübahisədə
21 sentyabrBakı sakininin maşını Şuşada minaya düşdü
İşğaldan azad edilmiş Şuşa rayonunun Cəmillər kəndi ərazisində 2026-cı il 28 sentyabr tarixində mina partlayışı hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb. Bildirili
28 sentyabrÖtən gün axtarışda olan 159 nəfər saxlanılıb
Ötən gün axtarışda olduğuna görə ümumilikdə 159 nəfər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, o cümlədən borclu şəxs qismində axtarışda olan 138 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Polis əməkdaşlarının sentyabrın 18-də keçirdiklər
19 sentyabrSabirabadda bir ailə qəzaya düşdü
Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi olub. -a istinadən xəbər verir ki, hadisə rayonun Qəfərli kəndi ərazisində baş verib. Rayon sakini, 1988-ci il təvəllüdlü Yusif Rasim oğlu Fərzəliyev "Nissan" markalı avtomobil yolun kənarına aşırıb. Hadisə nəticəsində sürücü və həyat yoldaşı, 199-c
21 sentyabrŞİDDƏTLİ YAĞIŞLAR GƏLİR... - Təhlükəli xəbərdarlıq
Qlobal temperaturun yüksəlməsi Yer atmosferindəki su buxarının miqdarını da artırır. Alimlərin fikrincə, atmosferdə rütubətin çoxalması yalnız daha isti hava ilə nəticələnmir, eyni zamanda leysan yağışları, güclü fırtınalar, tropik siklonlar və istilik dalğaları ilə bağlı riskləri də yüksəldə bilər
19 sentyabr23 yaşlı Azərbaycan vətəndaşı Antalyada faciəvi şəkildə öldü - Video
Türkiyənin Antalya şəhərinin Manavqat rayonunda minik avtomobili ilə toqquşan TIR-ın dayanacağın üstünə aşması nəticəsində iki nəfər həyatını itirib. "Qafqazinfo" "Hürriyət"ə istinadən xəbər verir ki, hadisə D-400 avtomobil yolunun Çolaklı məhəlləsi ərazisində baş verib. Hadisə nəticəsind
28 sentyabrDƏHŞƏTLİ HADİSƏ! Kişi şalvar geyinən arvadını ÖLDÜRDÜ
Türkiyədə kişi arvadını öldürüb. Hadisə Diyarbəkirin Sur rayonunun Sarıkaş kəndində qeydə alınıb. Ötən il dekabrın 27-də itkin düşən üç uşaq anası, 28 yaşlı Rojda Yakışıklının öldürüldüyü və cəsədinin çay yatağında basdırıldığı müəyyən edilib. Qeyd olunur ki, mərhumun əri Okay Gürün Rojdanın telefondak
19 sentyabr