Almaniyada bütün növ cinayətlərin sayı kəskin artaraq 6 milyona çatıb
Almaniyada qeydə alınan cinayətlərin sayı 2023-cü ildə 5,5% artaraq 6 milyona çatıb.
"Report" xəbər verir ki, bu barədə "Welt am Sonntag" qəzeti yazıb.
Nəşr qeyd edib ki, ümumilikdə polisə cinayətlərlə bağlı 5,94 milyon məlumat daxil olub. Sonuncu dəfə bu rəqəm 2016-cı ildə müşahidə olunub. Qeydə alınmış bütün cinayətlərin 58,4 faizinin açıldığı vurğulanır.
Zorakı cinayətlərin sayı isə son 15 ilin ən yüksək səviyyəsinə çatıb. Belə ki, bir ildə 214 099 belə cinayət faktı qeydə alınıb. Təhlükəli və ağır bədən xəsarətlərinin sayı 6,8% artaraq 154 541-ə çatıb.
Şimali Reyn-Vestfaliya federal əyalətinin daxili işlər naziri Herbert Reul cəmiyyətdə əhval-ruhiyyənin dəyişdiyini müşahidə edib: "Münaqişələri sözlə deyil, yumruqla həll etmək ehtimalı daha çoxdur".
Qeyd edək ki, Almaniyada 2022-ci ildə, bir neçə illik azalmadan sonra, ölkə üzrə cinayət yenidən 11,5% (təxminən 5,63 milyon) artıb. Lakin o zaman bu qismən koronavirusla əlaqədar tətbiq edilən tədbirlərin ləğvi ilə bağlı olub.
Eyni zamanda, ötən il 2022-ci ilə nisbətən daha çox oğurluq hadisəsi baş verib. İl ərzində bu rəqəm 18,1% artaraq 77 819-a çatıb. Berlin bu göstəriciyə görə 8 323 hadisə ilə liderdir. Şübhəlilərin sayı 2022-ci illə müqayisədə 7,3% artaraq 2,25 milyona çatıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 719 Tarix: 07 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ayı TƏHLÜKƏSİ: Rusiyanın ən uzun pilləkəninə giriş qadağan edildi
Rusiyanın Krasnoyarsk şəhərində Torqaşin pilləkəni ayıların hücum təhlükəsi səbəbindən ziyarətçilər üçün bağlanıb. xəbər verir ki, bu barədə şəhər meriyası "Telegram" kanalında məlumat yayıb. Rusiyanın ən uzun pilləkəni olan bu tikilinin uzunluğu 1 200 metrdir. O, "Stolbı" qoruğ
27 sentyabrYaponiya və ABŞ-dan Çinlə bağlı yeni mesaj
Yaponiyanın Baş naziri Sanae Takaiçi ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. TASS-a istinadən xəbər verir ki, tərəflər Trampın Çin Sədri Si Cinpinlə danışıqlarını müzakirə ediblər və Çinə qarşı siyasət də daxil olmaqla, gələcək əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər. Takaiçini
27 sentyabrİspaniyada Qərbi Afrikadan gələn 268 qeyri-qanuni miqrant xilas edilib
İspaniyada dəniz xilasetmə xidməti 268 qeyri-qanuni miqrantı, o cümlədən dörd yetkinlik yaşına çatmayan şəxsi və 17 qadını xilas edərək El-Yerro adasında sahilə çıxarıb. "Report" xəbər verir ki, bu barədə İspaniya mediası məlumat yayıb. Onların əksəriyyəti Varela milli parkından (Qvineya-Bisau
28 sentyabrTutanxamonun məzarındakı gizli otaqlar və Nefertiti şübhəsi
Bir əsr əvvəl kəşf edilən Tutanxamonun məzarı yenidən arxeologiya dünyasının gündəmindədir. Tədqiqatçılar məzarın bir kraliça üçün nəzərdə tutulmuş daha böyük tikilinin hissəsi ola biləcəyini və qapalı bölmələrdə Nefertitiyə aid otaqların yerləşə biləcəyini düşünür. Qaynarinfo xəbər verir ki, Tutanxamonu
28 sentyabrTramp ABŞ səfirinin Çinə silah satışı ilə bağlı açıqlamalarını təkzib etdi
ABŞ prezidenti Donald Tramp Oval Ofisdə bildirib ki, Vaşinqton Amerika silahlarının Çinə satılmasını yaxşı fikir hesab edir, lakin Pekinə belə bir təklif verməyib. xəbər verir ki, ABŞ-ın Çindəki səfiri Devid Perdu Fox News-a verdiyi açıqlamada bildirib ki, Amerika lideri Çin prezidenti Si Cinpindən n
29 sentyabrTokayev hərbçilərin ölümünə görə müdafiə nazirini işdən çıxarıb
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Daürən Kosanovu ölkənin müdafiə naziri vəzifəsindən azad edib. "Report"un məlumatına görə, bu barədə Qazaxıstan Prezidentinin Administrasiyası məlumat yayıb. Bildirilib ki, Tokayev bununla bağlı müvafiq sərəncam imzalayıb. Qeyd edək ki, Kosanovun vəzifədə
27 sentyabr5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb
Türkiyənin Muğla vilayətinin Fethiye rayonunda özəl klinikada diş müalicəsi alan 5 yaşlı Hatice Serra Kıl müalicədən sonra vəziyyəti pisləşərək xəstəxanada ölüb. xəbər verir ki, məlumata görə, kiçik qız müalicədən sonra ailəsi ilə birlikdə evə qayıdıb. Bir müddət sonra onun vəziyyəti pisləşib və valideynlər
27 sentyabrÇin qarşıdakı illərdə ABŞ-dan kömür tədarükünü artırmağı planlaşdırır
Pekin Vaşinqtonla kömür sənayesində əməkdaşlığı dərinləşdirmək, o cümlədən qarşıdakı illərdə Amerika kömürünün tədarükünü artırmaq istəyir. xəbər verir ki, bunu Çin Ticarət Nazirliyi bildirib. Çin tərəfinin açıqlamasına görə, ticarət-iqtisadi məsləhətləşmələrin nəticəsi olaraq, Çin və ABŞ qarşılıql
28 sentyabr