Xəstəliyi olan çağırışçını orduya göndərən qurumlar CƏZALANDIRILMALIDIR
Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər İmran Rahim oğlu Əmrahov tibb müəssisəsində kəskin ürək-damar tənəffüs çatışmazlığından vəfat edib. Ümumi nəzər yetirsək, son zamanlar orduda intihar halları daxil olmaqla bu kimi hadisələri tez-tez eşidirik. Kimisi ya intihar edir, kimisi də xəstəlikdən dünyasını dəyişir. İlk olaraq sual vermək istəyirəm ki, xəstəliyi olan çağırışçının orduda nə işi var?
Baş verən hadisələrə diqqət etsək, ümumiyyətlə qeyri-döyüş şəraitində olan hərbçilərin ölümü bir çox məsələlərdən xəbər verir. Xüsusilə əsgərlərin hansısa bir xəstəlikdən ölməsi düzgün və ciddi şəkildə araşdırılmalıdır. Məsələ bununla bağlıdır ki, əsgərlər xüsusən çağırış dönəmində tibbi müayinədən keçir. Onların ürəyi yaxud bədən quruluşu, xəstəlikləri ilə bağlı hər bir şey yoxlanılır. Amma bəzi məqamlarda biz görürük ki, burada problemlər var. Bununla əlaqədar saysız-hesabsız problemləri nümunə göstərə bilərəm. Məsələn psixoloji problem burada əsas vacib məqamlardandır. Məsələn əsgərlərin intiharı, ürək tutması kimi halları yola verilə bilməz. Bunlar ciddi şəkildə araşdırılmalıdır. Daha sonra bu kimi hallar ordunun özünə problem yaradır. Məsələn bir əsgər əgər psixoloji cəhətdən problemi varsa və intihar edirsə, proses məhkəməyə qədər gedir. Heç kim bunu isə psixologiyaya bağlamır. Elə olub ki, əsgər özünü güllələyir, amma bu əsgərə təzyiq göstərən olmayıb. Amma hər nə olursa olsun burada cəzalandırılma olur. Ortada fakt var və araşdırma aparılır. Zabitlər bu istiqamətdə daha çox cəzalandırılır. Prokurorluq orqanlarının ağlına ilk gələn o olur ki, komandir əsgəri incidir yaxud bölükdə əsgəri sıxırlar. Bunun psixoloji tərəfinə işə baxan yoxdur. Hesab edirəm ki, ilk olaraq bunu yoxlamaq lazımdır. Çağırış zamanı psixoloji problemlər araşdırma aparılmalıdır. Azərbaycanda çox qəribə bir dönəmə gəlib çıxmışıq. İntiharın yaşı belə aşağı düşür. Gənc uşaqlar 17-18 yaşında deyir ki, orduya getmək istəmir. Bəziləri isə xarakter cəhətdən zəif olurlar və dözüm gətirə bilmirlər. Bu baxımdan özlərinə qəsd etməyə çalışırlar. Əsas bu məsələyə baxılmalıdır.
Bu gün əsgərlər özünə ziyan vurmaqla yaxud öldürməklə , həm də illərdir nizam-intizamlı bir zabiti həyatını məhv etmiş olur. Dövlət ən azından öz zabitini qorumaq üçün istər ürək xəstəsi, istərsə də psixoloji problemi olan çağırışçılara ciddi yanaşmalı və araşdırmalıdır. Ürək xəstəsi olan gəncləri yoxlamaq mütləq vacibdir. İlkin müayinə zamanı araşdırılmalıdır ki, nə vaxtsa bu adamın ürəyində problem olub yoxsa yox. Bəzən olur ki, həqiqətən deyirlər ki, bu adamın ürəyində problem var. Bununla bağlı hansısa xəstəxanada yaxud tibb mərkəzində sənədlər alınıb və xəstəliyi olduğu qeyd edilir. Amma bir çox hallarda buna baxmırlar. Dəfələrlə olub ki, ürək xəstəsi olan çağırışçıni orduya gətiriblər. Komissiyada belə bir hal olur ki, çağrışçıya əsgərliyə yararlı olduğunu deyirlər. Amma az qala təlimlərdə bu əsgər ölə bilər yaxud ürəyi dayana bilər. Təchizat ilə birlikdə təlimləri götürə bilməyən xeyli əsgər var. Bu halların sayı çoxdur. Mənə bu hallar çox qəribə gəlir. Azərbaycanda elə çağırışçıları araşdırmaq üçün ağ biletlər ilə bağlı yoxlanış aparılır. İndi daha da bu yoxlanışa ciddi yanaşırlar. Təzədən çağırışçı hərbi xidmətə getmədən əvvəl yenidən müayinədən keçir. Hətta problemi çıxanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibində olan qurumda həmin çağırışçını təzədən müayinə edirlər. Yəni bu qədər müayinədən sonra bu əsgər ürək tutmasından olur. Deməli burada ya inanmırlar, ya da düşünürlər ki, xəstəliyi azdır və xidmət edə bilər. Yəni bu məsələnin üzərinə dövlət ciddi şəkildə düşməlidir. Bütün ordularda qeyri-döyüş şəraitində ölüm halları var. Amma bütün dövlətlər çalışırlar ki, bunun faizini aşağı salsınlar. Təhlükəsizlik qaydalarının pozulması və əsgər tərəfindən edilən ehtiyatsızlıq başa düşüləndir və bu həmişə olacaq. Amma xəstəlik və psixologiya ilə bağlı ölümlər təkcə ordunu məsuliyyət altına almır. Bu zaman həmin çağırışçını göndərən qurumlarda məsuliyyətə cəlb edilməlidir. Niyə xəstəliyi olan əsgər vaxtında dəqiq şəkildə yoxlanılmayıb. Qurumların sayı çoxdu və yenə də problemlər var
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Üzümün faydaları nələrdir və kimlər onu çox yeməməlidir?
Telefonunuzun ekranında "n" hərfi görünür? - Çoxlarının bilmədiyi funksiya
Bu ərazidə su olmayacaq - Xəbərdarlıq
Jurnalist Əvəz Zeynallının dəfn yeri bilindi
"Laser Beauty CLINIC"də "estetik kosmetoloq" kimi fəaliyyət göstərən Ramilə Əlizadə ilə bağlı iddialar
Prezident bəzi şəxslərə xüsusi və ali hərbi rütbələr verdi - SİYAHI
Sabiq nazir qardaşı oğlunu vəzifədən azad etdi
Avtomobilinizin təkərinə plastik butulka ilişibsə əsla düşməyin
90 min əhalisi var, yüzlərlə işçi axtarılır: xaricilərə 5000 avroyadək maaş təklif olunur
Səhrada tapılan daş 5,3 milyon dollara satıldı
Sabunun məişətdə 10 faydalı istifadə üsulu
SON DƏQİQƏ: Kiyev yaxınlığında azərbaycanlıların olduğu bazara DRON HÜCUMU: Ölən və yaralananlar var
Azərbaycanda zavodda YANĞIN: Bir neçə rayondan yanğınsöndürənlər çağırıldı
Deputatdan ŞAD XƏBƏR: Bu şəxslərin MAAŞI ARTIRILIR