Problem qadın paltarı geyinən aktyordadır, yoxsa ona gülən TAMAŞAÇIDA?
Bu gün çəkilən bir çox komediya proqramının qeyri-peşəkarlığı xalqın incəsənət zövqünü korlayır. Belə ki, bu kimi verilişlərdə aktyorlar tamaşaçını ya ancaq qadın paltarı geyinərək, bölgələrimizin ləhcələri ilə güldürməyə, ya da qeyri-etik ifadələrdən istifadə etməklə bayağı davranışlarla komedik səhnəciklər nümayiş etdirməyə çalışırlar. Səhnə dilinin bütünlüklə məişət üslubunda olması da müasir "yumor"umuzun diqqətçəkən problemli məqamlarındandır.
Maraqlısı isə odur ki, böyük əksəriyyət bu qeyri-peşəkarları izləmək üçün sıraya düzülür.
Bütün bunlar onu deməyə əsas verirmi ki, Azərbaycan xalqının yumor anlayışı dəyişib?
Tanınmış kinorejissor, ssenarist və aktyor Əbdül Mahmudov Bizim.media-ya bildirib ki, bu cür verilişlərin yayılmasının səbəbkarı cəmiyyətdir:
"Əgər xalqımız dəbdəbəli geyimdə, son model maşında gedib bu cür "hır-hırı" verilişlərə uğunub gedirlərsə, o aktyorlar əcəb edib belə verilişdə oynayırlar. Yəni nə tökürsənsə aşına, o da çıxır qaşığına... Hər bir halda günah ictimaiyyətdədir ki, əttökən, eybəcər, əxlaqsız, mənəviyyatsızlara baxırlar. Mən hələ borc edib 10 min manata toyuna əxlaqsız müğənniləri çağıranları demirəm.
Mədəniyyət və incəsənət sahəsində bir universitetimiz var, orada ancaq əttökən komediyaçılar istehsal edilir. Normal kadr yoxdur. Kütlə nə yeyirsə, onu verirlər. Görürlər ki, millət gəlib hırıltıya qulaq asır, aktyorlar nə etsinlər? Aktyorlar əslində zəmanələrinin güzgüləridir".
Əbdül Mahmudov qeyd edib ki, cəmiyyətin mənəviyyatını, ictimai şüuru təzədən qurmaq, formalaşdırmaq lazımdır, güzgünü sındırmağa ehtiyac yoxdur:
"Bizim tarixən Mirzəağa Əliyev, Məmmədəli Vəlixanlı, İsmayıl Osmanlı kimi komedioloqlarımız, nəhəng bir məktəbimiz olub. Bu gün kimsə özünə döş qoyub arvad obrazına girəndə, orasını-burasını oynadanda, dilimizi, sənətimizi təhrif edəndə, gülünc görünüş alanda xalq kütləvi şəkildə zalı tərk etsə, onda onlar bu qələti etməzlər. Hər şey xalqdan asılıdır".
Xalq artisti, aktyor və teatr rejissoru İlham Namiq Kamal isə sözügedən verilişləri izləmədiyini bildirib:
"Mən daha çox Azərbaycan Televiziyası, Mədəniyyət TV, İctimai TV-də oluram. Orada isə bu kimi layihələr çəkilmir. Başqa verilişlərə getmədiyim üçün ətraflı məlumat verə bilmirəm. Yəni mən baxmıram və görmürəm. Çalışıram ki, normal layihələrə, verilişlərə gedim".
Əməkdar artist, komediya aktyoru Tahir İmanov isə məsələ barədə ümumi anlayışı olsa da, münasibət bildirmək istəmədiyini bildirib. (oxu.az)
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Üzümün faydaları nələrdir və kimlər onu çox yeməməlidir?
Telefonunuzun ekranında "n" hərfi görünür? - Çoxlarının bilmədiyi funksiya
Bu ərazidə su olmayacaq - Xəbərdarlıq
Jurnalist Əvəz Zeynallının dəfn yeri bilindi
"Laser Beauty CLINIC"də "estetik kosmetoloq" kimi fəaliyyət göstərən Ramilə Əlizadə ilə bağlı iddialar
Prezident bəzi şəxslərə xüsusi və ali hərbi rütbələr verdi - SİYAHI
Sabiq nazir qardaşı oğlunu vəzifədən azad etdi
Avtomobilinizin təkərinə plastik butulka ilişibsə əsla düşməyin
90 min əhalisi var, yüzlərlə işçi axtarılır: xaricilərə 5000 avroyadək maaş təklif olunur
Səhrada tapılan daş 5,3 milyon dollara satıldı
Yeni təyin olunan icra başçısı onun müavini imiş - Dosye
Sabunun məişətdə 10 faydalı istifadə üsulu
SON DƏQİQƏ: Kiyev yaxınlığında azərbaycanlıların olduğu bazara DRON HÜCUMU: Ölən və yaralananlar var
Azərbaycanda zavodda YANĞIN: Bir neçə rayondan yanğınsöndürənlər çağırıldı
Deputatdan ŞAD XƏBƏR: Bu şəxslərin MAAŞI ARTIRILIR