İrandan Ermənistana silah-sursat buna görə daşınır – Sensasiya

İrandan Ermənistana silah-sursat buna görə daşınır – Sensasiya5 aprel Brüssel görüşündən öncə və sonrakı günlərdə Ermənistan Azərbaycan Ordusunun mövqelərini atəşə tutur. Bunun açıq təxribat olduğu, Azərbaycanı provokasiyaya çəkməyə hesablandığı deyilir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov deyib ki, təxribatlar və atəşkəsin pozulması halları hələ uzun müddət davam edəcək:

"Bu addımlar məqsədyönlüdür, lakin genişmiqyaslı hərbi əməliyyatların başlaması mümkünsüzdür. Çünki Ermənistanın hazırkı vəziyyəti Azərbaycanla qarşı-qarşıya gəlməsinə imkan vermir: ordusunun canlı qüvvə və silah-sursat ehtiyatı rəsmi Bakı ilə müharibəyə başlamaq üçün kifayət deyil. Yəni bu, İrəvan üçün böyük faciə ilə nəticələnə bilər".

Hərbi ekspertin fikrincə, Azərbaycan və Ermənistanın bir araya gəlib sülh müqaviləsini imzalamasını istəməyən qüvvələr var:

"Onlardan birincisi Rusiya Federasiyasıdır. Ermənistan sərhədini qoruyan da elə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarıdır. Bəs necə olur ki, ermənilər bu qədər rahatlıqla təxribatlar törədirlər? Açılan atəşlər rus hərbçilərini də pis vəziyyətdə qoya bilər".

Ü.Cəfərov qeyd edib ki, regionda və dünyada Azərbaycanı istəməyən dövlətlər var:

"COP29-un ölkəmizdə keçirilməsinə qısqanclıqla yanaşırlar. Bunun üçün "erməni kartı"ndan və başqa amillərdən istifadə etməyə çalışırlar. Regionda müharibə əhvali-ruhiyyəsi yaratmağa cəhd edirlər. 2023-cü ildən etibarən bu gün-sabah müharibə olacağı ritorikasını yaradırlar.

Ermənistana İrandan silah daşınması ilə bağlı xəbərlər dövriyyəyə buraxılıb. Amma bu məsələnin dərinliyinə getdikdə aydın olur ki, İrəvan ərazisindən üçüncü ölkəyə – Rusiyaya 102-ci bazanın xətti ilə silah-sursat, PUA daşınır. Bunlar da İrandan gətirilən silahlardır. Rəsmi Tehran birbaşa yardım etməkdən qorxur".

Ekspert bir neçə ölkədən Ermənistana silah daşınması ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib:

"Hindistan, İran, Fransadan silah, hərbi texnika daşınması ilə bağlı məlumatlar var. Bu silahlar verilsə belə, Ermənistan ordusuna həmin texnikalardan istifadə etmək üçün təlim keçirilməlidir.

Azərbaycan isə nə addım atacağını çox yaxşı bilir. Təxribat olacağı təqdirdə cavabını alacaqlar".

Üzeyir Cəfərov Azərbaycanın zor yolu ilə Zəngəzura girəcəyini düşünmür:

"Doğrudur, Naxçıvanla əlaqələrimiz bərpa olunmalıdır, amma hərbi yola əl atsaq, problem yaranacaq. Onsuz da Azərbaycanı etmədiyi əməllərdə günahlandırırlar.

Bəzi dövlətlər toqquşmanın baş verməsində maraqlı olduğu üçün iki tərəfi də buna təhrik edirlər".


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 2002   Tarix: 10 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Binəqədidə İÇMƏLİ SU PROBLEMİ: "Üç gündür susuz qalmışıq, cavab verən də yoxdur"

"Binəqədi rayonunda içməli suyun verilişində fasiləyə səbəb ərazini qidalandıran içməli su xəttində baş verən qəza olub. Bu məlumat -a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilib. "Ərazidə təmir işləri görülərək xətt bərpa edilib. Axşam saatlarına qədər bütün ərazilər üzrə suyu

16 iyun
.

Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu...

Gəncədə avtomobil alqı-satqısı adı ilə dələduzluq edən şəxsə hökm oxunub. Qaynarinfo xəbər verir ki, məhkəmə materiallarına görə, təqsirləndirilən şəxs özünə məxsus olmayan "Hyundai Sonata" markalı avtomobili satmaq adı ilə tanışını aldadaraq onun 2650 manat pulunu ələ keçirib. O, avtomobili

18 iyun
.

Ağdamda məktəbli velosipeddən yıxıldı: Vəziyyəti ağırdır

Ağdam rayonunda yeniyetmə oğlan velosipeddən yıxılıb. -ın məlumatına görə, hadisə iyunun 28-də günorta saatlarında rayonun Quzanlı qəsəbəsində baş verib. Qəsəbə sakini - 2012-ci il təvəllüdlü Xəyal Anar oğlu Muxtarlı qəsəbə ərazisində velosiped sürərkən müvazinətini itirərək yıxılıb. O, müxtəlif dərəcəl

29 iyun
.

Filippində 6.4 bal gücündə zəlzələ baş verib

Filippində 6.4 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, bu barədə Almaniya Geofizika Tədqiqatları Mərkəzi (GFZ) məlumat yayıb. Bildirilib ki, yeraltı təkanlar arxipelaqın böyüklüyünə görə ikinci adası olan Mindanaoda hiss edilib. Mütəxəssislər seysmik hadisənin episentrinin yer səthindən 29 kilomet

26 iyun
.

Rusiya ordusu Ukraynanın bir qəsəbəsini nəzarətə götürüb

Rusiya Silahlı Qüvvələri Ukraynada bir yaşayış məntəqəsini öz nəzarəti altına alıb. xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindən məlumat verilib. Məlumata görə, Rusiya hərbçiləri Dnepropetrovsk vilayətində Boqodarovka yaşayış məntəqəsinə nəzarəti ələ keçiriblər

29 iyun
.

İlham Əliyevdən Hüseyn Quliyevlə bağlı SƏRƏNCAM

Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Rzaqulu oğlu Quliyev 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, H.Quliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarınd

22 iyun
.

100 Manatlıq Kredit Qərarı Gündəlik Büdcə ilə Birlikdə Dəyərləndirilir

Azərbaycan Mərkəzi Bankının 2025-ci il "Rəqəmsal Ödənişlər İcmalı" hesabatına görə, ölkədə nağdsız ödənişlərin həcmi 99,1 milyard manata, elektron ticarət əməliyyatlarının sayı isə 1,5 milyard ədədə çatıb. Hər iki göstəricidə qeydə alınan artım rəqəmsal ödəniş davranışının gündəlik iqtisad

8 iyul
.

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusundan həyatını itirənlərin sayı artaraq 232 nəfərə çatıb. Oxu.Az "Reuters" agentliyinə ist

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusundan həyatını itirənlərin sayı artaraq 232 nəfərə çatıb. "Reuters" agentliyinə istinadən xəbər verir ki, təsdiqlənmiş yoluxma hallarının ümumi sayı 896-ya yüksəlib. Son hesabata əsasən, ölkədə sutka ərzində infeksiyaya 21 yeni yoluxma hal

19 iyun
.

Hava KƏSKİN DƏYİŞİR: Bu tarixdən LEYSAN BAŞLAYIR - XƏBƏRDARLIQ

Sentyabrın 5-i günün ikinci yarısında dağlıq ərazilərdə, 6-sı gündüz isə şimal və qərb rayonlarından başlayaraq 8-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli leysan xarakterli intensi

5 sentyabr