Dövlətin və əhalinin xərclərinin artdığı üç ay: Dörd faizlik göstərici yaxşıdırmı? - FOTO

Dövlətin və əhalinin xərclərinin artdığı üç ay: Dörd faizlik göstərici yaxşıdırmı? - FOTODövlət Statistika Komitəsinin yaydığı məlumata görə, bu ilin I rübündə Azərbaycanda 29 milyard 96,8 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 4% çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Cari ilin yanvar-mart aylarında Azərbaycanda əsas kapitala 3 milyard 809,2 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 4% çox investisiya yönəldilib.

Ölkə iqtisadiyyatındakı artım daha çox hansı sahələrdə nəzərə çarpır? Hökumətin bu rüb üçün verdiyi proqnozlarla mövcud artım nə dərəcədə uyğun gəlir?

Mövzu ilə bağlı Oxu.Az-ın suallarını iqtisadçı ekspert Xalid Kərimli cavablandırıb.

Ekspertin sözlərinə görə, bu ilin I rübündə ÜDM-in istehsalı ötənilki göstəricilərlə müqayisədə artsa da, 2023-cü ilin son iki ayı ilə müqayisədə azalıb:

"Bu azalma göstəricisi də 4% təşkil edib. Bunun əsas səbəbi qeyri-neft sektoru ilə bağlıdır. Son illərdə neft-qaz sektorunda azalmanı, qeyri-neft-qaz sektorunda isə artımı müşahidə edirdik. 2024-cü ilin birinci rübündə isə neft-qaz sektorunda 0,4% artım müşahidə olunub. Bunun əsas səbəbi qaz hasilatının və ixracatının artmasıdır".
X.Kərimli qeyd edib ki, ümumilikdə 4%-lik iqtisadi artım hökumətin proqnozlaşdırdığı səviyyədən çoxdur:

"Hökumət bu il üçün iqtisadi artım səviyyəsini 3% səviyyəsində proqnozlaşdırırdı. Burada əsas diqqəti çəkən məqamlardan biri də inflyasiya səviyyəsinin azalmasıdır. İnflyasiya hələ ki 0,4% səviyyəsində qərarlaşıb, bu da özlüyündə yaxşı göstəricidir.

Birinci rüb, adətən, iqtisadiyyatın böyüməsi baxımından aktiv olmur. Bu dövrdə həm dövlət büdcəsinin, həm də əhalinin xərcləri daha çox olur. Bu baxımdan, hazırkı artım üçün deyə bilərik ki, hər şey müsbətdir və ötən ilin sonlarında verilən proqnozlara uyğundur".


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 639   Tarix: 10 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Binəqədidə İÇMƏLİ SU PROBLEMİ: "Üç gündür susuz qalmışıq, cavab verən də yoxdur"

"Binəqədi rayonunda içməli suyun verilişində fasiləyə səbəb ərazini qidalandıran içməli su xəttində baş verən qəza olub. Bu məlumat -a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilib. "Ərazidə təmir işləri görülərək xətt bərpa edilib. Axşam saatlarına qədər bütün ərazilər üzrə suyu

16 iyun
.

Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu...

Gəncədə avtomobil alqı-satqısı adı ilə dələduzluq edən şəxsə hökm oxunub. Qaynarinfo xəbər verir ki, məhkəmə materiallarına görə, təqsirləndirilən şəxs özünə məxsus olmayan "Hyundai Sonata" markalı avtomobili satmaq adı ilə tanışını aldadaraq onun 2650 manat pulunu ələ keçirib. O, avtomobili

18 iyun
.

Ağdamda məktəbli velosipeddən yıxıldı: Vəziyyəti ağırdır

Ağdam rayonunda yeniyetmə oğlan velosipeddən yıxılıb. -ın məlumatına görə, hadisə iyunun 28-də günorta saatlarında rayonun Quzanlı qəsəbəsində baş verib. Qəsəbə sakini - 2012-ci il təvəllüdlü Xəyal Anar oğlu Muxtarlı qəsəbə ərazisində velosiped sürərkən müvazinətini itirərək yıxılıb. O, müxtəlif dərəcəl

29 iyun
.

Filippində 6.4 bal gücündə zəlzələ baş verib

Filippində 6.4 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, bu barədə Almaniya Geofizika Tədqiqatları Mərkəzi (GFZ) məlumat yayıb. Bildirilib ki, yeraltı təkanlar arxipelaqın böyüklüyünə görə ikinci adası olan Mindanaoda hiss edilib. Mütəxəssislər seysmik hadisənin episentrinin yer səthindən 29 kilomet

26 iyun
.

Rusiya ordusu Ukraynanın bir qəsəbəsini nəzarətə götürüb

Rusiya Silahlı Qüvvələri Ukraynada bir yaşayış məntəqəsini öz nəzarəti altına alıb. xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindən məlumat verilib. Məlumata görə, Rusiya hərbçiləri Dnepropetrovsk vilayətində Boqodarovka yaşayış məntəqəsinə nəzarəti ələ keçiriblər

29 iyun
.

İlham Əliyevdən Hüseyn Quliyevlə bağlı SƏRƏNCAM

Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Rzaqulu oğlu Quliyev 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, H.Quliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarınd

22 iyun
.

100 Manatlıq Kredit Qərarı Gündəlik Büdcə ilə Birlikdə Dəyərləndirilir

Azərbaycan Mərkəzi Bankının 2025-ci il "Rəqəmsal Ödənişlər İcmalı" hesabatına görə, ölkədə nağdsız ödənişlərin həcmi 99,1 milyard manata, elektron ticarət əməliyyatlarının sayı isə 1,5 milyard ədədə çatıb. Hər iki göstəricidə qeydə alınan artım rəqəmsal ödəniş davranışının gündəlik iqtisad

8 iyul
.

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusundan həyatını itirənlərin sayı artaraq 232 nəfərə çatıb. Oxu.Az "Reuters" agentliyinə ist

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusundan həyatını itirənlərin sayı artaraq 232 nəfərə çatıb. "Reuters" agentliyinə istinadən xəbər verir ki, təsdiqlənmiş yoluxma hallarının ümumi sayı 896-ya yüksəlib. Son hesabata əsasən, ölkədə sutka ərzində infeksiyaya 21 yeni yoluxma hal

19 iyun
.

Hava KƏSKİN DƏYİŞİR: Bu tarixdən LEYSAN BAŞLAYIR - XƏBƏRDARLIQ

Sentyabrın 5-i günün ikinci yarısında dağlıq ərazilərdə, 6-sı gündüz isə şimal və qərb rayonlarından başlayaraq 8-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli leysan xarakterli intensi

5 sentyabr