Məmurla həbs olunan iş adamı arasında nə baş verib? - "Restoranda 500 min verdim" (TƏFƏRRÜAT)
Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin İşlər İdarəsinin müdiri Hikmət Xəlilovdan hədə-qorxu yolu ilə 4 milyon 165 min manat pul tələb edən Vahid Xələfov 14 il azadlıqdan məhrum edilib.
Qaynarinfo-nun məlumatına görə, dövlət məmurundan pul tələb edən Vahid Xələfov "XP inşaat", "EDM Qrup" və digər bir neçə şirkətin təsisçisi olub.
O, Hikmət Xəlilovu 2009-cu ildən tanıyıb. Elə həmin ildən Hikmət Xəlilov və onun yaxınlarına məxsus mülklərdə tikinti işləri aparıb. Hikmət Xəlilov Qobu qəsəbəsində Vahid Xəlilova məxsus ticarət mərkəzinin yaxınlığında həyat yoldaşı Südabə Xəlilovanın adına 5 ha 95 sot torpaq sahəsini 550.000 manata satın alıb. Vahid Xəlilov Südabə Xəlilovanın istəyi ilə həmin ərazidə "Azdekopanel" zavodu tikməyə başlayıb. Hətta bunun üçün Çindən 7 mütəxəssis gətirib. 2013-cü ildə təmir işləri bitib və açılışı Südabə Xəlilova ilə Hikmət Xəlilov ediblər.
Təqsirləndirilən şəxs məhkəmədə iddia edib ki, zavoda cibindən 1 milyon 450 min manat xərcləyib. Məhz bundan sonra tərəflər arasında narazılıqlar başlayıb. Vahid Xələfov digər yerlərdə də apardığı tikinti işlərinə görə zərərçəkmiş şəxsin ona 4 milyon manatdan çox borcu yarandığını iddia edib. O, pulunu almaq üçün Hikmət Xəlilovu 2015-ci ildən hədələməyə başlayıb.
Lakin Hikmət Xəlilov dövlət qurumunda yüksək vəzifə tutduğundan bu məsələni ört-basdır etməyi üstün tutub. Zərərçəkmiş məhkəmədə deyib ki, 2015-ci ilin payız aylarında təqsirləndirilən şəxslə "Riviera" restoranında görüşüb:
"Həmin gün Vahid Xələfov mənə qarşı çox aqressiv münasibət göstərərək pul tələbi ilə üstümə bıçaq çəkdi, mənə əl qaldırdı. Restorandan küçəyə çıxmağıma imkan vermədi. Ailə, iş nüfuzuma görə çox qorxdum. Çünki vəzifədə işləyirəm və bu məsələnin ictimailəşməsindən ehtiyat edirdim. Bu işdən yaxamı qurtarmaq üçün ona 500 min manat pul verdim. Bundan sonra Vahid Xələfovun mənə qarşı aqresiyası daha da artdı və bu barədə hüquq-mühafizə orqanlarına məlumat verməli oldum".
Vahid Xələfov isə məhkəmədə ifadəsində bildirib ki, sonuncu hadisəyə görə özünü günahkar bilmir:
"Hikmət Xəlilovdan pulumu almaq üçün onunla görüşmək istəyirdim. Lakin görüşdən yayınırdı. Buna görə də məni tanımasın deyə gəlməzdən əvvəl özümə mağazadan dezinfeksiya forması, dezinfeksiya aparatı, eynək aldım. Bundan sonra Hikmət Xəlilovun idarə etdiyi avtomobili dayandırıb, onunla danışmaq istədim".
Qeyd edək ki, 6 aprel 2023-cü il tarixdə, saat 08.30 radələrində Hikmət Xəlilov və həyat yoldaşı Südabə Xəlilova Xəzər rayonu, Şağan qəsəbəsindən işə gedərkən təqsirləndirilən şəxs "Lexus" markalı avtomobillə, kamuflaj olunmuş formada onların qarşısına çıxıb. Vahid Xələfov Hikmət Xəlilovun maşınına yaxınlaşaraq, əlindəki aparatla onun şüşəsinə naməlum maddə püskürdüb və cibindən silah çıxarıb. Təqsirləndirilən şəxs avtomobilin qapısına zərbələr endirib.
Hikmət Xəlilov avtomobili sürətli şəkildə sürərək hadisə yerindən uzaqlaşa bilib. O, dərhal polisə yaxılaşaraq, ərizə yazıb və təqsirləndirilən şəxslə barışıq əldə etmədiyinə görə məhkəmədə şikayətçi olub.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Üzümün faydaları nələrdir və kimlər onu çox yeməməlidir?
Telefonunuzun ekranında "n" hərfi görünür? - Çoxlarının bilmədiyi funksiya
Bu ərazidə su olmayacaq - Xəbərdarlıq
Jurnalist Əvəz Zeynallının dəfn yeri bilindi
"Laser Beauty CLINIC"də "estetik kosmetoloq" kimi fəaliyyət göstərən Ramilə Əlizadə ilə bağlı iddialar
Prezident bəzi şəxslərə xüsusi və ali hərbi rütbələr verdi - SİYAHI
Sabiq nazir qardaşı oğlunu vəzifədən azad etdi
Avtomobilinizin təkərinə plastik butulka ilişibsə əsla düşməyin
90 min əhalisi var, yüzlərlə işçi axtarılır: xaricilərə 5000 avroyadək maaş təklif olunur
Səhrada tapılan daş 5,3 milyon dollara satıldı
Sabunun məişətdə 10 faydalı istifadə üsulu
SON DƏQİQƏ: Kiyev yaxınlığında azərbaycanlıların olduğu bazara DRON HÜCUMU: Ölən və yaralananlar var
Yeni təyin olunan icra başçısı onun müavini imiş - Dosye
Azərbaycanda zavodda YANĞIN: Bir neçə rayondan yanğınsöndürənlər çağırıldı
Deputatdan ŞAD XƏBƏR: Bu şəxslərin MAAŞI ARTIRILIR