Bayram tətilindən sonra Milli Məclis özünü buraxa bilər

Bayram tətilindən sonra Milli Məclis özünü buraxa bilərMilli Məclisin deputatı Ramin Məmmədovun Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə parlamentdə boşalan deputat yerlərinin sayı 10-a çatıb.

İndiyə kimi Milli Məclisdə 9 boş yer vardı.

2020-ci ilin fevralında keçirilən növbədənkənar parlament seçkiləri zamanı 4 dairənin - 33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan seçki dairələri üzrə nəticələr ləğv edilib.

116 saylı Qəbələ seçki dairəsindən deputat Fəttah Heydərov, 10 saylı Binəqədi seçki dairəsindən deputatı Madər Musayev, 105 saylı Tovuz seçki dairəsindən deputat Qənirə Paşayeva vəfat edib. 55 saylı Xaçmaz şəhər seçki dairəsinin deputatı Eldəniz Səlimov həbs olunub. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə keçmiş deputat 3 il 6 ay müddətinə azadlıq məhrum edilib. 50 saylı Abşeron-Qobustan seçki dairəsindən deputatı Şahin Seyidzadə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib.

Qeyd edək ki, konstitusiyanın 82-ci maddəsinə görə, Milli Məclis 125 deputatdan ibarət olmalıdır. Ramin Məmmədovun vəzifə təyinatından sonra deputatların sayı 115 nəfərə düşüb. YAP funksionerlərindən biri olan Siyavuş Novruzov "Yeni Müsavat"a müsahibəsində deyib ki, yeni parlament seçkiləri gündəmdə var, bu barədə müzakirələr aparılır: "Ümumilikdə götürəndə konstitusiyaya əsasən, parlament seçkiləri noyabr ayının birinci bazar günü, yəni 2024-cü ildən bəhs ediriksə, noyabrın 3-də keçirilməlidir. Amma noyabr ayında Azərbaycanda çox böyük beynəlxalq tədbir - COP-29 keçiriləcək. O baxımdan parlament seçkiləri Seçki Məcəlləsinə, həm də konstitusiyaya görə, fevralda da keçirilə bilər, qanun buna imkan verir. Konstitusiyada göstərilir ki, növbədənkənar seçkilər keçirilirsə, növbəti seçki 5 ilin tamamında keçirilə bilər. Əgər noyabrda keçirilsə, bu müddət tamam olmur. Amma konstitusiyada 5 illik müddət göstərilir. Bu baxımdan konstitusiyaya görə, 2025-ci ilin fevralında da keçirilə bilər. Seçki Məcəlləsində isə göstərilir ki, seçkilər müəyyən vəziyyətlə əlaqədar olaraq irəli və ya geri çəkilə bilər. Seçkilər irəli çəkilərsə, gərək bizim parlament özü özünü buraxsın. Bizim qanunvericiliyə uyğun olaraq bir neçə halda parlament buraxıla bilər. Tutaq ki, hökumətin hesabatını, baş naziri üç dəfə təsdiqləməsə, yaxud Mərkəzi Bankın namizədlərini təsdiqləməsə, belə hallarda parlament buraxıla bilər. Bundan əvvəl parlament özü özünü buraxdı, bu təcrübə mövcuddur. Mənim fikrimcə, parlament seçkilərinin vaxtından əvvəl keçirilməsi daha məqsədəuyğundur. Həm də dekabrda bələdiyyə seçkiləri var. Prezident seçkilərindən sonra gələn əsas seçkilər isə parlament seçkiləridir. O baxımdan seçkilərin irəli çəkilməsi məqsədəuyğundur və burada heç bir problem yoxdur. Bir neçə ayla heç nə dəyişməz".

Məlumata görə, yay aylarında ölkədə yeni parlament seçkiləri keçiriləcək. Bu istiqamətdə hazırlıqlar artıq yekunlaşıb. Mərkəzi Seçki Komissiyasının və icra qrurumlarının əməkdaşları mart-aprel aylarında məzuniyyətə göndərilib. Görünür, onlar qızmar istilərdə iş başında olacaqlar.

Son günlər ölkə mətbuatında və ictimaiyyətdə növbədənkənar parlament seçkilərinin yaxın aylarda keçiriləcəyi ilə bağlı müzakirə gedir. Bu ilin noyabrında Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyini nəzərə alsaq, parlament seçkilərinin may-iyunda baş tutması istisna edilmir.

Məlumatlara görə, Ramazan bayramı tətili başa çatdıqdan az sonra Milli Məclis özünü buraxdığı barədə qərar qəbul edəcək və dərhal da növbədənkənar parlament seçkiləri təyin olunacaq.

Ölkəmizdə sonuncu növbədənkənar parlament seçkiləri 9 fevral 2020-ci ildə baş tutub.

Konstitusiyanın 84-cü maddəsinin ikinci bəndinə əsasən Azərbaycanda Milli Məclisin hər çağırışının seçkiləri beş ildən bir noyabrın birinci bazar günü keçirilir. Növbəti parlament seçkiləri 2024-cü il noyabr ayının 3-də keçirilməlidir. Bu, konstitusiyamızın tələbidir. Prosedura görə, parlamentin buraxılması ilə bağlı Milli Məclisdə iclas keçiriləcək və bundan sonra Prezident növbədənkənar seçkinin vaxtını təyin edəcək.

Majoritar seçki sistemi ilə keçirilən seçkilərdə Milli Məclisin 125 deputatının seçilməsi nəzərdə tutulur. Amma hələlik bu barədə rəsmi açıqlama verilməyib. Bəzi siyasi partiyaların növbədənkənar parlament seçkiləri ilə bağlı hazırlıqlara başladığı da açıqlanıb.

AMİP funksioneri, seçki mütəxəssisi Əli Orucov "Yeni Müsavat"a şərhində bildirdi ki, növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ilə bağlı informasiyaların yayılması təsadüfi deyil. Böyük ehtimalla bu dəfə yayılan xəbər reallaşacaq. Bunu zəruri edən səbəb mövcuddur: "Azərbaycan Konstitusiyasına görə, növbəti parlament seçkiləri bu il noyabrın 3-də keçirilməlidir. Sadəcə olaraq, noyabrın 11-də ölkəmizdə COP29 kimi böyük beynəlxalq tədbir keçirilməsi nəzərdə tutulduğu üçün seçkinin bir qədər də ertələnəcəyi və ya gələn ilin fevralında keçiriləcəyi şübhəsizdir. Ən dəqiq olan odur ki, seçki noyabrda, hətta oktyabrda keçirilməyəcək. Əgər fevralda deyil, bu il noyabrdan öncə keçiriləcəksə, parlament növbəti dəfə özünü buraxmalı və növbədənkənar parlament seçkiləri elan olunmalıdır. Fikrimcə, belə də olacaq. Fevralda seçkilərin keçirilməsi ehtimalı həm də ona görə çox azdır ki, bu ilin dekabrında bələdiyyə seçkiləri keçiriləcək. Azərbaycan qanunvericiliyinə əsasən, iki seçki kampaniyası eyni anda keçirilə bilməz. Fevralın 9-da parlament seçkilərinin keçirilməsi o deməkdir ki, seçki kampaniyası dekabrdan başlamalıdır. Bu da o deməkdir ki, növbəti parlament seçkilərinin fevralda keçirilməsi ehtimalı azdır. Deməli, qalır növbədənkənar seçkiyə getmək variantı. Milli Məclisin özünü buraxmasından və növbədənkənar seçkilərin təyin edilməsindən başqa variant yoxdur". (yenisabah.az)


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 2770   Tarix: 10 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Binəqədidə İÇMƏLİ SU PROBLEMİ: "Üç gündür susuz qalmışıq, cavab verən də yoxdur"

"Binəqədi rayonunda içməli suyun verilişində fasiləyə səbəb ərazini qidalandıran içməli su xəttində baş verən qəza olub. Bu məlumat -a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilib. "Ərazidə təmir işləri görülərək xətt bərpa edilib. Axşam saatlarına qədər bütün ərazilər üzrə suyu

16 iyun
.

Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu...

Gəncədə avtomobil alqı-satqısı adı ilə dələduzluq edən şəxsə hökm oxunub. Qaynarinfo xəbər verir ki, məhkəmə materiallarına görə, təqsirləndirilən şəxs özünə məxsus olmayan "Hyundai Sonata" markalı avtomobili satmaq adı ilə tanışını aldadaraq onun 2650 manat pulunu ələ keçirib. O, avtomobili

18 iyun
.

Ağdamda məktəbli velosipeddən yıxıldı: Vəziyyəti ağırdır

Ağdam rayonunda yeniyetmə oğlan velosipeddən yıxılıb. -ın məlumatına görə, hadisə iyunun 28-də günorta saatlarında rayonun Quzanlı qəsəbəsində baş verib. Qəsəbə sakini - 2012-ci il təvəllüdlü Xəyal Anar oğlu Muxtarlı qəsəbə ərazisində velosiped sürərkən müvazinətini itirərək yıxılıb. O, müxtəlif dərəcəl

29 iyun
.

Filippində 6.4 bal gücündə zəlzələ baş verib

Filippində 6.4 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, bu barədə Almaniya Geofizika Tədqiqatları Mərkəzi (GFZ) məlumat yayıb. Bildirilib ki, yeraltı təkanlar arxipelaqın böyüklüyünə görə ikinci adası olan Mindanaoda hiss edilib. Mütəxəssislər seysmik hadisənin episentrinin yer səthindən 29 kilomet

26 iyun
.

Rusiya ordusu Ukraynanın bir qəsəbəsini nəzarətə götürüb

Rusiya Silahlı Qüvvələri Ukraynada bir yaşayış məntəqəsini öz nəzarəti altına alıb. xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindən məlumat verilib. Məlumata görə, Rusiya hərbçiləri Dnepropetrovsk vilayətində Boqodarovka yaşayış məntəqəsinə nəzarəti ələ keçiriblər

29 iyun
.

İlham Əliyevdən Hüseyn Quliyevlə bağlı SƏRƏNCAM

Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Rzaqulu oğlu Quliyev 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, H.Quliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarınd

22 iyun
.

100 Manatlıq Kredit Qərarı Gündəlik Büdcə ilə Birlikdə Dəyərləndirilir

Azərbaycan Mərkəzi Bankının 2025-ci il "Rəqəmsal Ödənişlər İcmalı" hesabatına görə, ölkədə nağdsız ödənişlərin həcmi 99,1 milyard manata, elektron ticarət əməliyyatlarının sayı isə 1,5 milyard ədədə çatıb. Hər iki göstəricidə qeydə alınan artım rəqəmsal ödəniş davranışının gündəlik iqtisad

8 iyul
.

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusundan həyatını itirənlərin sayı artaraq 232 nəfərə çatıb. Oxu.Az "Reuters" agentliyinə ist

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusundan həyatını itirənlərin sayı artaraq 232 nəfərə çatıb. "Reuters" agentliyinə istinadən xəbər verir ki, təsdiqlənmiş yoluxma hallarının ümumi sayı 896-ya yüksəlib. Son hesabata əsasən, ölkədə sutka ərzində infeksiyaya 21 yeni yoluxma hal

19 iyun
.

Hava KƏSKİN DƏYİŞİR: Bu tarixdən LEYSAN BAŞLAYIR - XƏBƏRDARLIQ

Sentyabrın 5-i günün ikinci yarısında dağlıq ərazilərdə, 6-sı gündüz isə şimal və qərb rayonlarından başlayaraq 8-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli leysan xarakterli intensi

5 sentyabr