ADB Azərbaycan iqtisadiyyatının 2024-25-ci illər üçün artım proqnozlarını yeniləyib
Asiya İnkişaf Bankı (ADB) dövlət xərcləri və xidmət sektorunda artımla əlaqədar Azərbaycanda ÜDM-in artım templərinin 2024-cü ildə 1,2%, 2025-ci ildə isə 1,6% səviyyəsində olacağını proqnozlaşdırır.
"Report" xəbər verir ki, bu barədə bankın bu gün açıqlanan "Asiyanın inkişaf perspektivləri"nin (ADO) aprel ayı üçün olan hesabatında deyilir.
Xatırladaq ki, ADB-nin əvvəlki (sentyabr 2023) qiymətləndirməsinə əsasən, 2024-cü il üçün Azərbaycanın ÜDM artımı 2,6% səviyyəsində proqnozlaşdırılmışdı.
"Pərakəndə ticarət və nəqliyyat sektorunda gözlənilən artımla əlaqədar olaraq, xidmət sektorunda artımın 2024-cü ildə 2,3%-ə, 2025-ci ildə isə 3%-ə qədər yüksələcəyi proqnozlaşdırılır. Nəqliyyat sektorunda qazanc Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Qazaxıstanın "KazMunayQaz" milli şirkəti arasında Qazaxıstan neftinin Azərbaycan ərazisindən tranzitinin artırılması haqqında saziş əsasında təmin ediləcək", - ADB-dən qeyd ediblər.
Bankın analitiklərinin fikrincə, neft platformasının məhsuldarlığının zəifləməsi səbəbindən sənaye sahəsində eniş 2024-cü ildə 1,6%-ə, qaz hasilatının daha vacib olması səbəbindən isə 2025-ci ildə 1%-ə qədər azalacaq.
"Ərzaq sənayesi, tikinti materialları və neft-kimya məhsulları istehsalı daha geniş sənaye sektorunda tənəzzülü məhdudlaşdıracaq. Kənd təsərrüfatına dəstək proqramlarının növbəti mərhələsi bitkiçilik və heyvandarlıq istehsalında artımı dəstəkləməyə kömək edəcək", - hesabatda deyilir.
ADB-də hesab edirlər ki, şəxsi istehlak və xalis ixrac tələb artımına stimul verəcək. İqtisadi artım və inflyasiyanın daha da yavaşlaması ailə təsərrüfatlarının real gəlirlərini artıracağından özəl istehlak artımının sürətlənəcəyi proqnozlaşdırılır. Dövlət qulluqçularının maaşlarının yüksək olması ictimai istehlakı stimullaşdıracaq.
Bank analitiklərinin fikrincə, dövlət investisiyaları proqnozlaşdırılan dövr ərzində ümumi investisiyaların əsas hərəkətverici qüvvəsi olaraq qalacaq, halbuki, neft hasilatının azalması və neft qiymətlərinin zəifləməsi planlaşdırılan xərclər üçün risklər yaradır. İxrac gəlirləri yavaş artan idxalı üstələdiyi üçün xalis ixrac da artacaq.
Qeyd edək ki, Azərbaycan hökuməti 2024-cü il üçün ÜDM artımını 2,4% səviyyəsində proqnozlaşdırır.
2023-cü ildə Azərbaycan iqtisadiyyatı 1,1% artıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Üzümün faydaları nələrdir və kimlər onu çox yeməməlidir?
Telefonunuzun ekranında "n" hərfi görünür? - Çoxlarının bilmədiyi funksiya
Bu ərazidə su olmayacaq - Xəbərdarlıq
Jurnalist Əvəz Zeynallının dəfn yeri bilindi
"Laser Beauty CLINIC"də "estetik kosmetoloq" kimi fəaliyyət göstərən Ramilə Əlizadə ilə bağlı iddialar
Prezident bəzi şəxslərə xüsusi və ali hərbi rütbələr verdi - SİYAHI
Sabiq nazir qardaşı oğlunu vəzifədən azad etdi
Avtomobilinizin təkərinə plastik butulka ilişibsə əsla düşməyin
10 milyonluq əməliyyatın nəticəsi - Ebru Gündeşin son halı gündəm oldu
90 min əhalisi var, yüzlərlə işçi axtarılır: xaricilərə 5000 avroyadək maaş təklif olunur
Səhrada tapılan daş 5,3 milyon dollara satıldı
Sabunun məişətdə 10 faydalı istifadə üsulu
SON DƏQİQƏ: Kiyev yaxınlığında azərbaycanlıların olduğu bazara DRON HÜCUMU: Ölən və yaralananlar var
Azərbaycanda zavodda YANĞIN: Bir neçə rayondan yanğınsöndürənlər çağırıldı
Yeni təyin olunan icra başçısı onun müavini imiş - Dosye