"Avropa legionu" yaradılır
"Avropa İttifaqı (Aİ) hücum halında regional birliyin üzvü olan ölkələrin müdafiəsi üçün çevik reaksiya qüvvələri yaratmaq niyyətindədir".
"Report" xəbər verir ki, bu barədə Yunanıstanın "Ekathimerini" nəşrinə müsahibəsində Polşanın xarici işlər naziri Radoslav Sikorski danışıb.
O qeyd edib ki, Aİ-nin vahid ordusunun yaradılması ilə bağlı müzakirələr lüzumsuz çaşqınlığa gətirib çıxarır. Bu təşəbbüs ayrı-ayrı dövlətlərin qoşunlarının birləşməsini nəzərdə tutur və belə bir inkişaf ehtimalı azdır.
"Lakin biz Avropanın hərbi potensialının - çevik reaksiya qüvvələrinin formalaşdırılması prosesindəyik. Mən onları "Avropa legionu" adlandırıram", - deyə Sikorski əlavə edib.
Nazir, Avropada yeni hərbi strukturun yaradılması zərurətinin ABŞ və Çin arasındakı qarşıdurma ilə bağlı yarandığını izah edib.
"Hazırda Vaşinqton bu məsələyə çox diqqət yetirir, ona görə də region ölkələri hücum zamanı müttəfiqin köməyinə ümid bəsləməməlidir. Əksinə, Aİ müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməli olacaq".
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1175 Tarix: 11 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Narkotik bağlaması həbsxanaya yox, uşaq baxçasına düşdü - DRONUN SƏHVİ...
ABŞ-ın Virciniya ştatında narkotik satıcıları yerli həbsxanaya narkotik bağlaması göndərmək üçün drondan istifadə ediblər. Lakin nəticə gözlədikləri kimi olmayıb. -a istinadən xəbər verir ki, narkotik dolu paket səhvən uşaq baxçasının həyətinə düşüb. Hadisə Brunsuik dairəsində baş verib. Dron isə yaxınlıqdak
18 sentyabr 2021Kürəkən 55 yaşlı qayınanasına aşiq oldu
Türkiyədə 32 yaşlı K.K qayınanasına aşiq olub. Qayınana kürəkənin sevgi etirafına yox cavabını verib onu bu münasibətin baş tutmayacağına inandırmağa çalışsa da, fikrindən döndərə bilməyib. -a istinadən xəbər verir ki, N.K adlı qadın 6 illik ərinin onun anasına aşiq olduğundan xəbər tutan kimi boşanmağ
16 sentyabr 2021Kadırov çeçen komandiri təhdid etdi: "Səni yandıracağam"
Çeçenistan lideri Ramzan Kadırov etdiyi sərt çıxışlarla gündəmə gəlib. Unikal.org xəbər verir ki, çeçen səhra komandiri Əhməd Zakayevi təhdid edib. Kadırov Zakayevlə bağlı təhdidlərini çeçen dilində səsləndirib. "Əgər sən bir daha atamın adını çəksən, görəcəksən başına nə gəlir. Hətta bu dünya yans
16 sentyabr 2021Bu ölkədə iki yaşdan yuxarı uşaqların vaksinasiyasına başlanıldı
Kubada 2-10 yaş arasında olan uşaqların vaksinasiyasına başlanılıb. Hazırda Kubada yerli istehsal olan "Abdala" və "Soberana" adlı iki peyvənd var. Hər iki peyvəndin üç dəfə vurulması tələb olunur. Ötən həftə isə hökumət 11-18 yaş arası kubalıların peyvəndləmə prosesinə başlayıb
17 sentyabr 2021Ərdoğan gənclərlə birgə mahnı oxudu - VİDEO
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Atatürk Mədəniyyət Mərkəzində hakim Ədalət və İnkişaf Partiyasının bölgə toplantısına qatılıb. Toplantının ardından Akkuyu Atom Elektrik Stansiyasında aparılan işlərlə tanış olan dövlət başçısı Cümhuriyyət meydanında açılış mərasimində iştirak edib. Daha sonr
18 sentyabr 202118 yaşlı tennisçinin geyimi sosial şəbəkələrdə ajiotaj yaratdı - FOTO
"US Open"in qalibi olan britaniyalı tennisçi Emma Radukanunun Açıq Çempionatda geyindiyi idman komplekti böyük ajiotaja səbəb olub. "Böyük Dəbilqə" turinirinin 18 yaşlı çempionu, "Nike" firmasının dar topunda və yubka-şortda korta çıxıb. Məlumata görə, elə həmin günü şirkəti
15 sentyabr 2021Oğrular bu dəfə onları çəkən təhlükəsizlik kamerasını oğurladılar - VİDEO
Türkiyənin Bursa şəhərində dəfələrlə oğurluq olan anbara daxil olan şəxslərin kimliyini müəyyənləşdirmək üçün sahibi orada təhlükəsizlik kameraları quraşdırıb. Növbəti dəfə oğurluq etmək məqsədilə oraya daxil olan şəxslər əvvəl nəzərdə tutduqları malları, daha sonra isə onları qeydə alan təhlükəsizli
18 sentyabr 2021