Yeni Kaledoniyada Fransa əleyhinə aksiya: afişanın əsas loqosu kimi İlham Əliyevin "dəmir yumruğ"u seçilib
Aprelin 13-də Yeni Kaledoniyada Fransa hökumətinin davam etdirdiyi müstəmləkəçilik siyasətinə qarşı geniş etiraz aksiyası keçirilib.
"Report" xəbər verir ki, Yeni Kaledoniyanın Yerlərdə Fəaliyyətin Koordinasiyası Mərkəzi tərəfindən paytaxt Noumea-nın "Sülh" adlandırılan əsas meydanında təşkil edilən etiraz aksiyasında 30 000-dən çox insan iştirak edib.
Aksiyanın proqramına əsasən adət-ənənələr ritualları həyata keçirilib, müstəqillik tərəfdarlarının siyasi liderləri və mərkəzin nümayəndələri çıxış ediblər. Daha sonra "Sülh" meydanından yürüş başlayıb.
Etiraz aksiyasının afişasının əsas loqosu kimi Azərbaycan Prezidenti İlham Əliyevin "Dəmir yumruğu" seçilib. Bundan əlavə, Fransa kolonializminə qarşı təşkil olunan etiraz aksiyasında iştirakçılar Azərbaycan bayrağını mərkəzi meydanda qaldırıblar.
Çıxış edən Yerlərdə Fəaliyyətin Koordinasiyası Mərkəzinin nümayəndəsi Dominique Fochi layihənin Senatda keçməsi səbəbindən vəziyyətin gərgin olduğunu deyib, rəsmi Parisi yerli Kanak xalqı ilə razılaşdırmadan bunu etməməyə çağırıb, əks təqdirdə mövcud olan sülh tarazlığına xələl gətiriləcəyini vurğulayıb.
Maraqlıdır ki, Fransadan köçən şəxslər belə yerli Kanak xalqının hüquqlarına hörmət edilməli olduğunu bildirir. Məsələn, 1993-cü ildən Fransadan Yeni Kaledoniyaya köçmüş Claude Ayrault Yelisey sarayının addımları ilə bağlı deyib ki, Kanak xalqına hörmət etmək lazımdır: "Bizim buraya köç etdiyimizi qəbul etmək lazımdır".
Ümumiyyətlə, son günlər Yeni Kaledoniyada Fransaya qarşı etirazlar səngimək bilmir. Aprelin 2-də Fransa parlamentinin yuxarı Palatası Senat Yeni Kaledoniyada seçki qanunvericiliyini dəyişmək məqsədilə hökumətin zorla qəbul etdirmək istədiyi qanun layihəsinin lehinə səs verib. Həmin layihəyə görə Parisin Yeni Kaledoniyaya məqsədli şəkildə köçürdüyü insanlar səsvermək hüququna malik olacaqlar. Burada Fransa hökumətinin əsas məqsədi yerli Kanak xalqının öz ölkəsində azlıqda qalmasını təmin etməkdir.
Qeyd edək ki, Paris Yeni Kaledoniyada öz kolonial hökmranlığını saxlamaq üçün buraya əlavə polis qüvvələrini ezam edib.
Sonxeber.az
Telegramda izləyin
Baxılıb: 516 Tarix: 13 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşŞuşada TDT-nin dini qurum rəhbərlərinin ilk görüşü keçiriləcək
İyunun 30-da Şuşada Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin birinci görüşü keçiriləcək. xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, tədbirdə TDT Baş katibinin, eləcə də üzv ölkələri
24 iyunQızı şikayət etdi, anası cəzalandırıldı - Ailə münaqişəsinə səbəb nə olub?
Sumqayıt şəhərində azyaşlı övladının üzünü cıran ana cəzalandırılıb. Qaynarinfo-nun məlumatına görə, 1994-cü ildə Abşeron rayonunun Novxanı kəndində anadan olmuş C.V. barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş protokola məhkəmədə baxılıb. V.V. övladının şikayəti əsasınd
18 iyun"Focus": "Madyarın qərarı Ukrayna üçün zərbə olacaq"
Macarıstanın Baş naziri Peter Madyarın Ukraynanın Avropa İttifaqına (Aİ) sürətləndirilmiş şəkildə qoşulması ilə bağlı bəndi Aİ sammitinin ilk gününün yekun sənədindən çıxarması Kiyevə zərbə olacaq. xəbər verir ki, bu barədə Almaniyanın "Focus" jurnalında məqalə dərc edilib. Yazının müəllif
20 iyunGəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu...
Gəncədə avtomobil alqı-satqısı adı ilə dələduzluq edən şəxsə hökm oxunub. Qaynarinfo xəbər verir ki, məhkəmə materiallarına görə, təqsirləndirilən şəxs özünə məxsus olmayan "Hyundai Sonata" markalı avtomobili satmaq adı ilə tanışını aldadaraq onun 2650 manat pulunu ələ keçirib. O, avtomobili
18 iyunAvropa Azərbaycanla əməkdaşlığı genişləndirir
Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin iyulun 1-də Azərbaycana səfəri 2022-ci ildən sonra onun ölkəmizə ikinci səfəri kimi dəyərləndirilir. Belə ki, 2022-ci ildə Ursula fon der Lyayen Azərbaycana səfər etmiş və həmin səfər çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsind
3 iyulNirezo Official Azərbaycanın tanınmış endirim bloq səhifəsi
Azərbaycanda sosial media üzərindən endirimlər, kampaniyalar və sərfəli alış-veriş imkanlarını izləyicilərə çatdıran Nirezo Official ölkənin ən tanınmış endirim platformalarından biri kimi fəaliyyət göstərir. Müxtəlif sosial şəbəkələrdə geniş auditoriyaya sahib olan platforma hər gün minlərlə istifadəçin
17 iyunRusiya ordusu Ukraynanın bir qəsəbəsini nəzarətə götürüb
Rusiya Silahlı Qüvvələri Ukraynada bir yaşayış məntəqəsini öz nəzarəti altına alıb. xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindən məlumat verilib. Məlumata görə, Rusiya hərbçiləri Dnepropetrovsk vilayətində Boqodarovka yaşayış məntəqəsinə nəzarəti ələ keçiriblər
29 iyun26 yaşlı Yevlax sakininin meyiti kanalda tapıldı
Bərdə rayonunda kanaldan meyit tapılıb. -ın əldə etdiyi məlumata görə, hadisə rayonun Qarağacı kəndinin ərazisindən keçən Yuxarı Qarabağ su kanalında aşkar edilib. Yevlax rayon sakini 200-ci il təvəllüdlü Mahir Nadirovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti kanalda tapılıb. Faktla bağlı araşdırm
23 iyun