Əhməd azadlığa çıxır? - Hüquqşünasdan AÇIQLAMA

Əhməd azadlığa çıxır? - Hüquqşünasdan AÇIQLAMAAiləsinin beş üzvünü amansızca qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədov barəsində keçirilən psixoloji ekspertizanın rəyinə əsasən, onun hadisəni anlaqsız törətməsi, psixi xəstəliyinin olması ilə bağlı rəy verilib.

Əhməd Əhmədovun hadisəni anlaqsız vəziyyətdə törətməsi onu cinayət məsuliyyətindən azad edirmi?

Sonxeber.az Baku Tv-yə istinadən xəbər verir ki, hüquqşünas Hikmət Əliyev bildirib ki, məhkəmə-psixiatriya ekpertizasının rəyi nəzərə alınmaqla şəxs tərəfindən cinayəti anlaqsız vəziyyətdə törətməsi tam sübut olunduqda məhkəmə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır:

"Yəni belə şəxslərə cəza təyin edilmir. İntensiv və daimi müşahidə müəyyən edən ixtisaslaşdırılmış psixiatriya stasionarlarında psixi vəziyyətinə görə özü üçün və ya kənar şəxslər üçün təhlükəli olan şəxslər barəsində məcburi müalicə aparılmalıdır. Şəxsin psixi vəziyyəti yaxşılaşdığı halda həkim komissiyasının rəyinə əsasən məcburi müalicə dayandırıla bilər. Göründüyü kimi, şəxs anlaqsız vəziyyətdə cinayət törədibsə, sonradan sağaldığı təqdirdə belə, məsuliyyətə cəlb edilmir".

Psixiatr Nadir İsmayılov isə qeyd edib ki, Ə.Əhmədov adi xəstəxanada yox, xəstəxanaların xüsusi gücləndirilmiş rejimlə işləyən şöbəsində müalicəyə getməlidir:

"Müalicə altı ay, bir il, 10 il də ola bilər. Xəstə sağalana qədər xəstəxanadan buraxıla bilməz".


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 1365   Tarix: 13 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

20 yaşlı oğlan itkin düşüb

Göyçay rayon sakini itkin düşüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini, 2001-ci il təvəllüdlü Mustafayev Fuad Məzahir oğlu dünən yaşadığı evdən çıxaraq geri qayıtmayıb. F.Mustafayev evdən çıxarkən onun əynində göy rəngli gödəkcə, cins şalvar, ayağında göy rəngl

13 sentyabr 2021
.

Gəncədə üç yaşlı uşaq qaynar çaydanı üzərinə aşırıb

Gəncə şəhərində üç yaşlı qız ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb. "Report" xəbər verir ki, uşaq yaşadığı evdə oynayan zaman valideynlərinin nəzarətindən yayınaraq sobanın üzərində olan və içərisi qaynar suyla dolu çaydanı üzərinə aşırıb. Yanıq xəsarətləri alan azyaşlı yaxınları tərəfində

17 sentyabr 2021
.

Azərbaycanda QHT sədri vəfat edib

"Hüquqi Yardım" İctimai Birliyinin sədri, hüquqşünas və mediator İlqar Qasımov vəfat edib. "Report" xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb. Məlumata görə, o, bu gün dünyasını dəyişib. Mərhum sabah Lənkəranda dəfn olunacaq. Allah rəhmət eləsin!

12 sentyabr 2021
.

DİN-dən ƏMƏLİYYAT - 172 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 10-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən -a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 49 cinayətin üstünü "isti izlər"lə açıblar. Əvvəlki dövrlərdə

11 sentyabr 2021
.

Samuxda azyaşlı bacı-qardaşın çöplü şirədən zəhərlənib öldüyü güman edilir

Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb. -a istinadən xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətlər

13 sentyabr 2021
.

Antalyanın məşhur istirahət bölgəsində nəhəng burulğan - VİDEO

Bu gün səhər saatlarında Antalyanın Kəmər bölgəsində dəniz üzərində təxminən 15 dəqiqə davam edən nəhəng burulğan meydana gəlib. Ətrafda olan insanlar təbiət hadisəsini telefonları ilə qeydə alıblar. Qeyd olunur ki, nəhəng burulğan sahilə çatmayaraq tədricən zəifləyərək yox olub.\

15 sentyabr 2021
.

Gürcüstanda azərbaycanlıların "qızqaçırma"sı faciə ilə nəticələndi

Gürcüstanda azərbaycanlıların yaşadığı Marneuli rayonunda "qızqaçırma" faciə ilə nəticələnib. Hadisə Alqeti kəndində baş verib. Belə ki, qrup yoldaşı 23 yaşlı yerli sakini evlənmək məqsədi ilə qaçırmaq istəyib. Bu zaman avtomobil onun qarşısını kəsən qızın nənəsini vurub. Qadın yerindəcə keçinib

15 sentyabr 2021
.

Kranın dəmir qarmağı fəhlənin ölümünə səbəb oldu - FOTO

Salyan sakini bədbəxt hadisə nəticəsində ölüb. Məlumata görə, hadisə Şirvan şəhərinin "Qarasu OYL" şirkətinin podratçı təşkilatı olan "İlkin-N" firmasının sexində baş verib. Salyan rayonunun Qarabağlı kənd sakini, 1980-ci il təvəllüdlü Qurbanov Elman İsrail oğluna fəhlə işlədiyi sexd

17 sentyabr 2021
.

Samuxda FACİƏ - Körpə bacı-qardaş öldü

Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb. xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətləri ağırlaşa

12 sentyabr 2021