Azərbaycan da hazır olmalıdır - Ekspertdən XƏBƏRDARLIQ

Azərbaycan da hazır olmalıdır - Ekspertdən XƏBƏRDARLIQİsrailin İranın konsulluq binasına raket atəşi və Tehranın gözlənilən reaksiyası beynəlxalq aləmdə daşları yerindən oynadıb, Rusiya-Ukrayna müharibəsi arxa plana keçib.

Musavat.com xəbər verir ki, bu sözləri "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Ekspertin sözlərinə görə, İsrail-İran müharibəsinin müxtəlif ölkələrin qərarlarına təsirləri hesablanır, bu sırada ABŞ və Türkiyədən tutmuş Cənubi Qafqaz və Azərbaycana qədər dövlətlərin adları çəkilir:

"Qəzzanın aylardır bombalanmasına görə Türkiyə siyasi dairələrinin və cəmiyyətinin İsrailə nifrəti artıb. Ancaq Ankara İsrail-İran qarşıdurmasına birmənalı mövqe bildirməkdə çətinlik çəkir. Çünki İranın Suriya rejimini dəstəkləməsi və bunu Suriyadakı diplomatik və hərbi mərkəzləri tərəfindən həyata keçirməsi Türkiyədə hər zaman mənfi qarşılanıb. İsrail də məhz Suriya rejiminə xidmət edən mərkəzlərdən birinə raket zərbəsi endirib. Bundan başqa İrandakı dairələrin PKK ilə qeyri-rəsmi təmasları da məlum faktdır. Buna baxmayaraq, türkiyəli ekspertlər Suriya kimi İranın da qarışmasından ehtiyatlanaraq hesab edirlər ki, Tel-Əvivin planı məhz İranı qarışdırmaq, bu dövləti parçalayaraq Suriyanın gününə salmaqdır. Bunun isə Türkiyə üçün təhlükəli ola biləcəyi vurğulanır".

E. Şahinoğlu vurğulayıb ki, Azərbaycan da İsrail-İran qarşıdurmasının və mümkün müharibəsinin müxtəlif nəticələrinə hazır olmalıdır:

"Türkiyə kimi Azərbaycan da qonşuluğunda müharibə istəmir, ancaq Tehranın illərdir Azərbaycan əleyhinə açıq və gizli təbliğatını, Ermənistana dəstəyini, hətta indiki qarışıq vəziyyətdə İran təyyarələrinin qonşu dövlətə hərbi texnika daşımasını arxa plana ata bilmərik".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3961   Tarix: 14 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Jurnalist Əvəz Zeynallının dəfn yeri bilindi

Jurnalist Əvəz Zeynallının dəfn yeri məlum olub. xəbər verir ki, bu barədə vəkil Rəşad Vaqifoğlu məlumat yayıb. "Əvəz Zeynallının cənazəsi sabah saat 11.00-da öz evindən - Binəqədi rayonu, Batabat küçəsindən götürüləcək və Kürdəxanı qəbiristanlığında dəfn ediləcək", - deyə vəkil qeyd edib

28 sentyabr
.

Bu ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanlar...

2026-cı ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 883 084 nəfər olub. Onların 477 042 nəfərini aylıq sosial müavinət, 406 042 nəfərini isə təqaüd alanlar təşkil edib

27 sentyabr
.

Azərbaycanda Anım Günü qeyd olunur

Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. Bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur. Altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandan

27 sentyabr
.

Deputatdan ŞAD XƏBƏR: Bu şəxslərin MAAŞI ARTIRILIR

Hərbi qulluqçuların əməkhaqlarının artırılması onların sosial təminatı və ailə büdcəsinin formalaşması baxımından mühüm məsələdir. Maaşlarda nəzərdə tutulan 22,8 faizlik artım hərbçilərin nominal gəlirlərinin yüksəlməsinə səbəb olmaqla yanaşı, inflyasiya və gündəlik xərclərin artımı fonunda real gəlirlər

28 sentyabr
.

Əmlakçı mənzil kirayələmək istəyən vətəndaşı DOLANDIRDI - ŞİKAYƏT

Mənzil kirayələmək istəyən vətəndaş özünü makler kimi təqdim edən şəxsin 100 manat beh alaraq onu aldatdığını iddia edir. -ın redaksiyasına daxil olan şikayətə görə, Samir Abdullayev adlı şəxs kirayə mənzillə bağlı elan yerləşdirib. Şəxs mənzili başqasına verməmək və saxlatmaq bəhanəsi ilə vətəndaşda

29 sentyabr
.

Sabiq nazir qardaşı oğlunu vəzifədən azad etdi

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsus "İmprotex Group"a daxil şirkətlərdən biri - "İmprotex İndustries" MMC-nin rəhbəri dəyişib. Qaynarinfo Yurd.Media-ya istinadən xəbər verir ki, Ruslan Ələkbərov şirkətin qanuni təmsilçisi vəzifəsindən azad olunub

28 sentyabr
.

Pensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR

Bu ilin yanvar-avqust ayları ərzində 124 026 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə

27 sentyabr
.

Kolleclərə boş qalan plan yerlərinə qəbulun nəticələri AÇIQLANDI - 1818 nəfər qəbul oldu

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kollec) boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Bildirilib ki, müsabiqədə iştirak etmək üçün 2393 abituriyent ixtisas seçimi edib. Müsabiq

28 sentyabr
.

Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq

Azərbaycanda orta aylıq əməkhaqqının yaxın illərdə artacağı gözlənilir. Maliyyə Nazirliyinin proqnozuna görə, 2030-cu ildə orta maaş 1 551,5 manata çatacaq. Vətəndaşlar üçün əsas sual orta maaşdan daha çox, minimum əməkhaqqının necə dəyişəcəyi ilə bağlıdır. Orta maaş 1 551 manata çatacaqsa, minimum əməkhaqq

27 sentyabr