"Məni burada sayan yoxdur" - Elməddindən etiraz

"Məni burada sayan yoxdur" - Elməddindən etirazAktyor Elməddin Cəfərov "Demədi demə" layihəsində qonaq olub.

Axşam.az xəbər verir ki, aktyor "O dövrün aktyorları Səyavuş Aslan, Yaşar Nuri, Telman Adıgözəlov və indiki, Cəfərov, Fərda Xudaverdiyev, Müşviq Şahverdiyev... Müqayisə edəndə çoxu deyir ki, heyif köhnə aktyorlardan. Özünüzü onlarla müqayisə edəndə sizdə nə çatmır?" sualına əsəbiləşib. O, həmin dövrlə müqayisədə şəraitin eyni olmamasından gileylənib:

"Bəlkə də qalmaqal olacaq, amma deyim. O aktyorlar mənim üçün etalon, son həddir. Bəs onların öz cibindən maliyyələşdirib çəkdirdikləri filmləri sadalayın ki, Yaşar Nuri, Səyavuş Aslan bunu etdi. Sualın cavabı bəllidir. Mən öz cidimdən çəkirəm. Dövlət kömək etmir. 40 ildir köməksiz adamı rinqə qoyursan ki, heyif deyildi Tayson (red. - peşəkar boksçu Mayk Tayson)? Zarafat edirsiniz, bu nə sualdır? Məni Taysonla rinqə çıxarırsan, amma bir dəfə boksda döyüşməyi öyrətməmisən. Mən öz cibimdən etmişəm. Onların büdcəsi hətta o dövrdə 3-5 milyon rubl idi. İndiki pulla 10-15 milyon dollardır. Biz 100 min tapıb yalandan "Xoxan" çəkirik. Siz onu gətirib 15 milyonluq filmlə qoyub müayisə edirsiniz. Bu, zarafatdır?

Azərbaycan İngiltərəni niyə uda bilmir? Necə udsun? Onların özülü var. Bu yaxınlarda Qarabağın "Bayer"lə (Leverkuzen, Almaniya) oyunu oldu. Çoxu küsdü onlardan ki, niyə uduzdular? Ciddi deyirsiniz? Ora gəlib çıxmağımız böyük şeydir. Bəzən tərəzini qarışdırıq. Mənə nə vaxt o qədər pul verdilər, elə bil heyətlə çəkdilər, mən bacarmadım? Olmayan döyüşün sorğusunu aparırısınız.

O qədər şərait yaratsalar... Niyə elə düşünürsünüz ki, Allah bir dəfə yaradır istedadlı insanları. Mən elə düşünürəm ki, Allah mənə də o istedadı verib. Ona vermişəm, buna verməyim daha bu ölkədə. Elə bir şey yoxdur. Yeni nəslə də verib. Amma o şərtlər var? Allahın 4 ili Qarabağın qalibiyyətinə bir film çəkilmir, gəlib məndən özəl filmi sorğulayırsınız. Bu cür suallar ədalətsizlikdir. Bəzən də sual verirlər ki, o nəsil yetişir? O nəslin yetişməyi üçün o münbit şəraitlər var idi".

Elməddin ölkədə keçirilən tədbirlərə dəvət almadığını da vurğulayıb:

"Azərbaycanda tədbirə məni Türkiyədən çağırırlar. Azərbaycanda sayıb-çağıran yoxdur ki, sən hara, ora hara? Nə olub ki, o tədbirə? Mən gələndə onun səviyyəsi aşağı düşür? Türkiyədən çağırıldığıma görə məni birinci sırada əyləşdiriblər. Allaha and olsun, çünki Türkiyədən dəvət olunmuşdum. 2-3 küçə bu tərəfdəyəm, məni sayan yoxdur.

Bunun səbəbi özümüzü bəyənməməyimizdir. Türk onlara daha şirin gəlir. Azərbaycanda 17-18 ay filmə çəkildim, dəyər sıfırdır. Gedib Türkiyədə filmdə oynadım, dedilər ki, Elməddin kimi istedadlı aktyor yoxdur. Bu aktyor 2000-ci ildən özünü öldürür. Bizdə qırağa çıx, gəl, daha dəyərlisən. Sənin haqqında Türkiyədə kanallarda 2 süjet getsin, hamı ondan danışacaq ki, 900 minlik izləyicisi var. İndi də var da. O süjetdən əvvəldə var idi. Biz başqalarının gözündə dəyərli olanda özümüzü daha dəyərli bilirik. Belə özümüzə dəyər verə bilmirik. Bunun tarixi, coğrafi səbəbləri var".


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 1312   Tarix: 14 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Zeynəb Xanlarova əməliyyat olundu

Azərbaycanın Xalq artisti, görkəmli müğənni Zeynəb Xanlarova əməliyyat olunub. -a istinadən xəbər verir ki, 89 yaşlı sənətçi Türkiyədə implant əməliyyatı keçirib. Prosedur uğurlu alınıb. Z.Xanlarovanın qısa zamanda sağaldığı bildirilib

23 sentyabr
.

Evliliyin ikinci ili

41 yaşlı müğınni Lana Del Reyin həyat yoldaşı müğənnini ikinci evlilik ildönümü münasibətilə təbrik edib. OLAY yazır ki, 51 yaşlı Ceremi Dyufren İnstaqram hesabında toy mərasimindən olan fotolar da daxil olmaqla, birlikdə çəkdirdikləri nadir və arxiv görüntülərini paylaşıb və yazıb: "İldönümümü

28 sentyabr
.

77 yaşlı Alla Puqaçova həyatında ilk dəfə İstanbula gedib

Məşhur cütlük Maksim Qalkin və Alla Puqaçova Türkiyənin ən böyük şəhərinə işgüzar səfərə gediblər. xarici mediaya istinadən xəbər verir ki, primadonna səfərindən bir anını "Instagram" səhifəsində paylaşıb. Kadrlarda onların otel otağında İstanbula heyranlıqla baxdıqları görünür. Qalkin 77 yaşl

11 sentyabr
.

"Alatoranlığ"ın aktyoru ata oldu

"Alatoranlıq" filminin qəhrəmanlarından olan Teylor Lotner ata olub. Axşam.az xəbər veirr ki, Tey Doumay adlı xanımla ailəli olan aktyorun qızı dünyaya gəlib. Cütlük övladlarına Lennon adını qoyublar. Qeyd edək ki, cütlük 2022-ci ildən evlidir

24 sentyabr
.

Təcili əməliyyat olunan məşhur müğənnidən xəbər var

"Atamı öd kisəsindəki problemlə bağlı əməliyyat etdirməli olduq, hazırda vəziyyəti yaxşıdır". Bunu -a açıqlamasında tanınmış müğənni Tacir Şahmalıoğlunun oğlu Şahmalı Taciroğlu deyib. "Çox şükür danışır, yeyir, gəzir. Hər şey qaydasındadır. Bu günə, sabaha yəqin ki evə buraxılacaq"

22 sentyabr
.

Alimlər yeni həşərat cinsinə Teylor Sviftin adını verdi

ABŞ-ın Kaliforniya Universitetinin Riversayd kampusunun alimləri yeni həşərat cinsini amerikalı müğənni Teylor Sviftin şərəfinə adlandırıblar. Qaynarinfo xəbər verir ki, bu barədə "People" məlumat yayıb. Taxtabitilər cinsinə Swiftiephylus adı verilib. Cinsə dörd növ daxildir. Onların latınc

10 sentyabr
.

Fatma Mahmudova qızının nişanını qaytardığını açıqladı

Xalq artisti Fatma Mahmudovanın qızı Nigar Tofiqqızının nişanını qaytardığını açıqlayıb. xəbər verir ki, bu barədə aktrisa aparıcı Elgiz Əkbərin "Şadlıq olsun" verilişində danışıb. O veriliş zamanı toyla bağlı verilən suala aktrisa etiraz edib. Fatma Mahmudova bildirib ki, nişan qayıdıb v

10 sentyabr
.

Hakan Sabancı Bakıda

Məşhur türkiyəli iş adamı Hakan Sabancı Azərbaycana səfər edib. Axşam.az xəbər verir ki, o, "Formula 1" Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gəlib. Hakan yarışda lentə aldığı görüntüləri izləyiciləri ilə bölüşüb. Qeyd edək ki, Hakan daha əvvəl aktrisalar Hande Erçel, Rabia Soytürkl

25 sentyabr
.

Ledi Qaqa ana oldu - Foto

Dünyaca məşhur müğənni Ledi Qaqa ilk dəfə ana olub. "Qafqazinfo" xəbər verir ki, iş adamı Maykl Polanski ilə birlikdə olan 40 yaşlı sənətçi körpəsi ilə görüntülənib. Qeyd edək ki, L.Qaqa və M.Polanski 2024-cü ildə nişanlanıblar

12 sentyabr