Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?

Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?İsti havalar infeksiya xəstəliklərinin artmasına səbəb olub. Bu cür infeksiyalar özünü hərarət, boğaz ağrısı, gözdə qızartılar, ürəkbulanma, öskürək, ishalla özünü büruzə verir.

Yazda ortaya çıxan infeksiya xəstəliklərini təqdim edirik:

Onlarda biri diabakteriozdur: Disbakterioz zamanı normal və atipik mikroflora arasındakı tarazlıq pozulur. Disbakterioz əsasən, nazik və yoğun bağırsaqda aşkarlanır. Nazik bağırsaqda disbakterioz sərbəst yox, hansısa bir xəstəlikdən sonra meydana gəlir. Yoğun bağırsağın disbakteriozu isə normal mikrofloranın müxtəlif səbəblərindən (orqanizmin müdafiə qüvvəsinin zəifləməsi, həzm traktı xəstəlikləri, qeyri-düzgün qidalanma) baş verə bilər. Yaranmasına antibiotiklər, hormonal dərmanlar, antidepressantlar, konservləşdirilmiş ərzaqlar, keyfiyyətsiz ət səbəb olur. Əlamətləri isə bunlardır: ishal, steatoreya, çəkinin günü-gündən azalması, anemiya, iştahasızlıq, qarında köp, ağızda xoşagəlməz dad, ürəkbulanma, saçların tökülməsi və aqressivlik. Bu xəstələrə spirtli içki qəti qadağandır. Xroniki stres faktorlarından uzaq olmaq lazımdır. Qidalanma rejiminə nəzarət edilməlidir. Süd məhsullarının qəbulu məsləhət görülür. Antibiotik və digər infeksiyaəleyhinə preparatlar qəbul edilməlidir. Disbakterioz zamanı yeməkdən sonra çay və ya kofe içmək olmaz. Qətiyyən duza qoyulmuş tərəvəzlər yemə. Çalışın, qızartma yeməklərdən uzaq olun.

Adenovirus infeksiyası: Tənəffüs yolları, gözlər, limfoid toxuma, həzm traktının zədələnməsi ilə müşayiət olunan kəskin virus infeksiyasıdır. Xəstəliyin əlamətlərinə mülayim intoksikasiya, hərarət, rinoreya, səsi batıqlıq, konyunktivanın hiperemiyası, gözlərdən selikli ifrazat, bağırsaq funksiyalarının pozulması aiddir. Yazda daha çox uşaqlarda rast gəlinir. Bu cür insanlarla təmasdan qaçın, çünki yoluxa bilərsiniz.
Lejyoner xəstəliyi: Ən çox isti havada rast gəlinən infeksiya növüdür. Ciddi bir ağciyər infeksiyasıdır. Əsasən kondisioner altında çox oturmaqdan yaranır. Soyuq su içmək xəstəliyi daha da alovlandırır. Qripi xatırladan xəstəlik özünü ən çox qızdırma, halsızlıq və yorğunluq, öskürək, bəlğəm, dərin və xırıltılı nəfəsalma, əzələ ağrıları ilə göstərir. Çalışın kondisioner altında çox oturmayasınız. Suyu qaynatmadan içməyin. (oxu.az)


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 827   Tarix: 14 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Çinin "01.AI" və "Sinovation Ventures" şirkətlərinin baş icraçı direktoru Kei-Fu Lini, İtaliyanın "TEHA Group" şirkətinin Beynəlxalq sammitlər üzrə kordinatoru və Səudiyyə Ərəbistanı üzrə inkişaf rəhbər

24 sentyabr
.

D vitamini kimlər üçün xüsusilə vacibdir? - 5 risk qrupu

D vitamini orqanizmdə sümük sağlamlığından immun sisteminin fəaliyyətinə qədər bir sıra mühüm proseslərdə iştirak edir. Lakin bu maddənin qəbulu ilə bağlı cəmiyyətdə hələ də müxtəlif fikirlər mövcuddur. Qaynarinfo xəbər verir ki, endokrinoloq Karin Amrayn D vitamini çatışmazlığı baxımından daha yüksə

23 sentyabr
.

Şirin və faydalı: Alimlər sağlamlıq üçün ən yaxşı mürəbbəni açıqladı

Mürəbbənin faydası onu alarkən və ya hazırlayarkən nadir hallarda nəzərə alınır. Çünki mürəbbə adətən çay yanında sadəcə şirin desert hesab edilir. Lakin əslində mürəbbə sağlam qidalanmaya müəyyən qədər faydalı əlavə ola bilər. Qaynarinfo xəbər verir ki, "Antioxidants" jurnalının tədqiqat qrupunda

14 sentyabr
.

Enerjini bərpa etmək üçün gündüz nə qədər yatmaq lazımdır?

Bəzən günün ortasında gözləriniz öz-özünə yumulur və o qədər yuxunuz gəlir ki, işləmək çətinləşir. Yuxu üzrə mütəxəssislər belə hallarda enerji toplamaq üçün qısa müddətə mürgüləməyə icazə verməyin faydalı olduğunu bildirirlər. Qaynarinfo xəbər verir ki, bu barədə "EatingWell" yazıb. Laki

21 sentyabr
.

Təzyiqi aşağı salan 5 əsas qida - Açıqlandı

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. "Qafqazinfo" xəbər verilir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağı salan 5 əsas qidanın adı açıqlanıb:. "Üzüm, qaragilə, qırmızı soğan, böyürtkə

15 sentyabr
.

Üzümün faydaları: Kimlər onu böyük porsiyalarla yeməməlidir?

Payızda üzüm demək olar ki, hər süfrədə olur. Onu olduğu kimi yeyir, salat və desertlərə əlavə edir, mürəbbə hazırlayır, şirəsini çəkir və kişmişə çevirirlər. Lakin çox az insan şirin giləmeyvələrlə birlikdə orqanizmin nələr qəbul etdiyini və üzümün nə qədər yeyilməli olduğunu düşünür. Qaynarinfo xəbə

24 sentyabr
.

Bu insanların ömrü daha qısa olur - Alimlər səbəbini AÇIQLADI

Aparılan yeni araşdırma ağır psixi pozuntulardan əziyyət çəkən insanların orta ömür uzunluğu ilə bağlı diqqətçəkən nəticələri ortaya çıxarıb. xəbər verir ki, avstraliyalı alimlərin araşdırmasına görə, ağır psixi pozuntuları olan insanlar digər əhali qrupları ilə müqayisədə orta hesabla 10 il daha a

22 sentyabr
.

Xərçəng riskini artıran çay və ya qəhvənin özü deyilmiş: Əsl təhlükə budur

Oksford Universiteti təxminən 1 milyon şəxsin məlumatlarını tədqiq edib. Çay və qəhvə istehlakının özündən əlavə, içkilərin içilmə tərzinə dair ortaya çıxan təəccüblü detal qida borusu xərçəngi riskinə birbaşa təsir edir. xəbər verir ki, tədqiqatçılar hədsiz isti çay və qəhvə istehlakı ilə qida borus

13 sentyabr
.

Pula görə orqanlarını satmaq istəyirlər: Yalnız bu halda MÜMKÜNDÜR

Orqan donorluğu həyati əhəmiyyət daşıyan tibbi prosedur olsa da, donor üçün də müəyyən sağlamlıq riskləri yarada bilər. Əməliyyatın özü, bərpa dövrü və orqan funksiyasındakı dəyişikliklər donorun sağlamlıq vəziyyətindən və hansı orqanın bağışlanmasından asılı olaraq müxtəlif fəsadlara səbəb ola bilər

25 sentyabr