"Titanik"lə bağlı SİRR AÇILIR: 80 nəfəri belə zəhərləyiblər

"Titanik"lə bağlı SİRR AÇILIR: 80 nəfəri belə zəhərləyiblər"Titanik" filminin çəkiliş qrupunun halüsinogen dərmanlarla kütləvi zəhərlənməsi ilə bağlı yeni məlumatlar mayın ortalarında məxfilikdən çıxarılacaq.

Publika.az xəbər verir ki, bu barədə " National Post" məlumat yayıb .

9 avqust 1996-cı ildə Kanadada Ceyms Kemeronun "Titanik" filminin çəkiliş meydançasında "mələk tozu" kimi tanınan dərman fensiklidin dəniz məhsulları şorbasına qarışdırılıb. Hadisəni törədənlər heç vaxt tapılmayıb.

2024-cü ilin mart ayının sonlarında Nova Scotia İnformasiya və Məxfilik Komissarı Trisha Ralph qərar verib ki, Halifax Regional Polisi mayın ortalarında on səhifəlik "sürətli insident hesabatından" əlavə məlumat yaymalıdır. Bu, ilkin istintaqın necə getdiyini təsvir edir və çəkiliş meydançasında olan insanların və bəzi ekipajın aparıldığı xəstəxananın ifadələrini ehtiva edir. Hadisənin üstündən 15 ildən çox vaxt keçdiyi üçün məxfi məlumatlar artıq məxfi hesab edilmir.

Nəşr bildirir ki, aktyorlar, ekipaj üzvləri və hətta Ceyms Kemeronun özü də daxil olmaqla, təxminən 80 nəfər zəhərli şorba yeyib. Maddənin istifadəsi səbəbindən onların bəziləri panikaya qapılıb, bəziləri isə özlərini sərxoş kimi aparıblar: həddən artıq həyəcanlanıb, çox cəld danışıb, rəqs ediblər. Qocalıqda baş obrazı canlandıran 86 yaşlı Qloriya Stüart, kiçik aktyorlar, eləcə də Leonardo Di Kaprio və Keyt Uinslet şorba dadmağa vaxt tapmayıb.

Filmdə rol alan aktyorlardan biri olan Bill Pakston bir dəfə Larri Kinqlə söhbətində bu hekayəni "dəli" adlandırmışdı.

"Mən bir şeyin və pis bir şeyin üzərində olduğumu bilirdim. Mən və Cim (Kameron) midye çorbasında neyrotoksin olduğunu düşündük. Bunun nə olduğunu bilmirdik. Biz güman edirdik ki, qabıqlı balıqlar günəşdə çox uzun müddət qalıblar".

Kameron özü belə hesab edirdi ki, kimsə bu şəkildə seti qida ilə təmin edən şirkəti tora salmaq qərarına gəlib.


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 1042   Tarix: 19 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Tovuzda gənc oğlan çayda batdı

Tovuz rayonunda gənc oğlan çayda çimərkən batıb. -ın məlumatına görə, hadisə rayonun Dondar Quşçu kəndi ərazisində qeydə alınıb. Ağdam rayon sakini - 2004-cü il təvəllüdlü İlham Şirinov Tovuz çayında çimərkən boğulub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və polis əməkdaşları cəl

16 iyun
.

Türkiyədə mədəndə uçqun: Ölən var

Türkiyənin Bolu bölgəsində mədəndə baş verən uçqun nəticəsində bir nəfər ölüb. xəbər verir ki, bu barədə "İhlas" agentliyi məlumat yayıb. Hadisə Mengen rayonu ərazində baş verib. Hələlik hadisənin səbəbi məlum deyil. Ərazidə axtarış-xilasetmə əməliyyatları aparılır

17 iyun
.

26 yaşlı Yevlax sakininin meyiti kanalda tapıldı

Bərdə rayonunda kanaldan meyit tapılıb. -ın əldə etdiyi məlumata görə, hadisə rayonun Qarağacı kəndinin ərazisindən keçən Yuxarı Qarabağ su kanalında aşkar edilib. Yevlax rayon sakini 200-ci il təvəllüdlü Mahir Nadirovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti kanalda tapılıb. Faktla bağlı araşdırm

23 iyun
.

Ərini öldürəndən sonra silahla arvadını da hədələyibmiş - Yevlaxdakı qətlin təfərrüatı

Ötən ilin iyulunda Yevlaxın Malbinəsi kəndində 1985-ci il təvəllüdlü Ruslan Mustafayevi güllələyərək öldürən şəxsin məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə mərhumun 1957-ci il təvəllüdlü həmkəndlisi Əli Rəsulova hökm oxunub. Bildirili

23 iyun
.

İlham Əliyevdən Hüseyn Quliyevlə bağlı SƏRƏNCAM

Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Rzaqulu oğlu Quliyev 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, H.Quliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarınd

22 iyun
.

Hava KƏSKİN DƏYİŞİR: Bu tarixdən LEYSAN BAŞLAYIR - XƏBƏRDARLIQ

Sentyabrın 5-i günün ikinci yarısında dağlıq ərazilərdə, 6-sı gündüz isə şimal və qərb rayonlarından başlayaraq 8-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli leysan xarakterli intensi

5 sentyabr
.

KDR-də Eboladan bir gündə 13 nəfər öldü: Yoluxma sayı ARTIR

Konqo Demokratik Respublikasında (KDR) Ebola xəstəliyi səbəbindən həyatını itirənlərin təsdiqlənmiş sayı son sutka ərzində 13 nəfər artaraq 267-ə yüksəlib. xəbər verir ki, bu barədə ölkənin Rabitə və Mətbuat Nazirliyi rəsmi məlumat yayıb. Məlumata görə, virusuna yoluxan şəxslərin ümumi sayı 1 048 nəfə

23 iyun
.

Çörək almağa gedən gənc qız itkin düşdü

Sumqayıtda 20 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, Hacı Zeynalabdin qəsəbəsində yaşayan 2006-cı il təvəllüdlü Aysel Rüstəmli iyunun 28-i saat 17:00 radələrində yaşadığı evdən çörək almaq məqsədilə çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb. Yaxınları onun itki

30 iyun
.

Moldova səfiri Rusiya XİN-ə çağırılıb

Moldova səfiri Lilian Dariy bu gün Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. "Report" xəbər verir ki, bu barədə Rusiya mediası XİN-ə istinadən məlumat yayıb. Bildirilib ki, Rusiya diplomatik kuryerlərinin saxlanılmasına görə ona qəti etiraz bildirilib. "Rusiya XİN-ə çağırılan Moldov

26 iyun