İran Xarici İşlər Nazirliyi İsrailə hücumun məqsədini açıqlayıb
İran İsrailə hücum etməklə Tehranın cavab vermək üçün vasitələri olduğunu göstərmək istəyib.
Bu barədə İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian bildirib.
"Məqsəd İsrail hökumətinə aydın siqnal göndərmək və onlara bildirmək idi ki, bizim cavab vermək üçün imkanlarımız var. Bir daha təkrar edirəm: biz regionda xaosun, müharibənin və gərginliyin genişlənməsinin əleyhinəyik", - deyə o bildirib.
Diplomat vurğulayıb ki, 13 aprel hücumu məhdud xarakter daşıyır və minimum çərçivədən kənara çıxmayıb.
Xatırladaq ki, aprelin 14-nə keçən gecə İran silahlı qüvvələri İsrail ərazisinə 185 pilotsuz uçuş aparatı, 36 qanadlı raket və "yer-yer" sinfinə aid olan 110 raket atıb. Tehran bəyan edib ki, bu, aprelin 1-də ölkənin Dəməşqdəki (Suriya) konsulluğuna edilən hücuma cavabdır./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 753 Tarix: 19 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gürcüstanın sabiq müdafiə naziri həbs olundu
Tbilisi məhkəməsi Gürcüstanın keçmiş müdafiə naziri Baçane Axalayanın barəsində həbs qətimkan tədbiri seçib. xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Xəbərə görə, Gürcüstan Prokurorluğu Axalayanın ölkəni tərk etmək və istintaqın gedişini pozmaq ehtimalını nəzərə alaraq, araşdırma dövründ
27 dekabrZeytun yağı qulluq vasitəsi kimi hansı dəriyə uyğundur?
Zeytun yağı ev şəraitində ən mübahisəli qulluq maddələrindən biridir. O, qidalandırıcılığına görə təriflənir, lakin məsamələrin tıxanma riskinə görə tənqid olunur. Həqiqətən də, bu yağ quru və zədələnmiş dəriyə kömək edə bilər, lakin eyni zamanda, hər kəs üçün uyğun deyil. xəbər verir ki, bu barədə "Rea
28 dekabrTuristlərin tanımadığı inanılmaz məkanlar
Avropa hər il ən populyar səyahət yerlərindən biri olaraq qalır, lakin tanınmış şəhərlərdə qonaqlar getdikcə daha çox izdiham və şişirdilmiş qiymətlərlə üzləşirlər. Buna görə də turistlər sıxlıq və artıq ödənişlər olmadan eyni səviyyədə tarixi ənənələr, memarlıq şedevrləri və qeyri-adi atmosfer təkli
28 dekabrYakutskda avtomobil buzun altına düşüb, iki nəfər ölüb
Rusiyanın Yakutsk şəhərində avtomobil buzun altına düşüb. "Report"un xəbərinə görə, bu barədə Rusiya Federasiyasının Saxa Respublikası (Yakutiya) üzrə İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, hadisə nəticəsində iki nəfər ölüb, sürücü daxil olmaqla 4 şəxs xəstəxanay
27 dekabr