Taleh Yüzbəyov Rasim Balayevə "tərbiyəsiz" dedi

Taleh Yüzbəyov Rasim Balayevə "tərbiyəsiz" dedi"İctimai TV"də yayımlanan "Alatava" serialı müzakirələrə səbəb olub. Bir sıra mədəniyyət xadimləri serialın məzmunu ilə bağlı narazılıq ifadə edib.

Yenisabah.az xəbər verir ki, serialın ssenari müəlliflərindən olan aktyor Taleh Yüzbəyov tənqidlərə cavab verib.

O bildirib ki, səsləndirilən fikirləri "Alatava" serialı, dolayı yolla isə "İctimai tv"yə qarşı kampaniya adlandırıb.

"Kimsə eyni tənqid statusunu ayrı-ayrı səhifələrdə və profillərdə paylaşdırır, Xalq artistlərindən müsahibə alınıb, tirajlanır və s. Gözünə döndüyüm Xalq artistlərimiz də gözünü yumub, ağzını açıb. Biri deyir, "onların başlarını əzmək lazımdır", biri deyir, "Bu cür seriallara gerizəkalılar baxır", hər ikisi bir ağızdan deyir ki, "Bu tərbiyəsizlikdir!".

And içə bilər, amma sübut eləyə bilmərəm ki, həmin Xalq artistlərimiz serialımızın heç bir bölümünə də efirdə baxmayıb. Çünki baxsalar bilərdilər ki, efirdə heç bir vulqar ifadə, söyüş səslənmir. Serial yalnız Youtube-da olduğu kimi nümayiş olunur. Həm də siz niyə özünüzü əxlaq polisi kimi aparırsınız ki? Siz axı aktyorsunuz. Sənət adamlarısınız. Əgər doğrudan da öz sənət yoldaşıarınıza və cəmiyyətə faydalı olmaq istəyirsinizsə, serialda aktyor oyunundan danışın, bədii həllindən danışın, ssenariyə fikir bildirin. Bu baxımdan ürəyiniz istədiyi qədər tənqid eləyin. Əgər etiraz eləsək, siz dediyiniz kimi tərbiyəsiz olarıq. Onda bəlkə sizə qulaq asıb, sizdən öyrənərik, səhvlərimizi düzəldərik. Amma siz bu yaşda kiminsə oyununun aləti olursunuz. Vallah yaraşdırmıram sizə!

Söyüş söymək isə tərbiyəsizlik deyil. Bir sıra böyük şair və şairələrimizin şeirlərində, yazıçılarımızın əsərlərində, filmlərimizdə də söyüş var. Bir də hər personajın öz danışıq dili olur. Bu serial isə küçə uşaqlarından bəhs eləyir. Bağışlayın ki, onları səhnə danışığı müəllimi kimi danışdırmaq istəmirik. Və onların söyüşlərində biz tərbiyəsizlik görmürük. Lətifəsi bu Xalq artistlərimizdən uzaq, bizə görə tərbiyəsizlik məbəd dediyiniz teatrda gənc aktyor kirayədə qala-qala özünə dövlətdən ikinci evi istəməkdir. Tərbiyəsizlik həmin o əməkdar və xalq artisti adına görə hər cür hoqqdan çıxıb, layiqli başqa aktoyrun haqqına girməkdir. Tərbiyəsizlik dövlətin sənət üçün ayırdığı pulları yeməkdir. Tərbiyəsizlik o artisti olduğun xalqın bu seriala baxan hardasa 1 milyon şəxsinə "gerizəkalı" deməkdir. Tərbiyəsizlik bu sənətdə olub, bu sənətin inkişafı üçün heç nə eləməməkdir.

Bizim də serialda Xalq və Əməkdar artistlər var. Onlar bəzən ödənişsiz, bəzən çox aşağı məbləğə bizə dəstək olublar. Sizcə onlar nəyə və niyə çəkildiklərini bilmirlər?! Biz isə bəzən borca, bəzən öz pulumuza film və serial çəkənlərik. Heç kəsdən də heç nə umub, heç nə tələb eləmirik. Biz öz işimizi görürük. Qiyməti isə tamaşaçılar və zaman verəcək. Sizə isə, əziz Xalq artistlərimiz, Allahdan uzun ömür, can sağlığı arzulayırıq. Bu sənətə ömrünüzü həsr eləmisiniz. Çəkildiyiniz filmlərə, oynadığınız tamaşalara baxıb böyümüşük. Bunlara görə çox sağolun!

Bu oyunu quranlara isə yaxşı heç nə arzulamırıq. Çünki elədikləri şey yaxşı iş deyil. Bakı balaca şəhərdir, axır-əvvəl kim olduqları üzə çıxacaq. Oğurluq və "belə oyun qurmağın" ömrü 40 gündür. Heç olmasa Xalq artistlərimizi bu oyunda alət eləməyin. Açıq mübarizə aparın. Amma çətin sizdə o göz olsun. Bir filmimizdə deyildiyi kimi: "Kişinin də qoluna qandalı gərək kişi taxsın!".

Qeyd edək ki, Xalq artisti Rasim Balayev ötən gün "Yeni Sabah"a açıqlama verərək, "Alatava" serialında söyüş söyülməsini və qeyri-etik ifadələrin ekrana gətirilməsini tərbiyəsizlik adlandırmışdı.

Sənətkarın fikirləri ilə bu link vasitəsilə tanış ola bilərsiniz:

https://yenisabah.az/rasim-balayev-itv-deki-seriali-yixdi-surudu-senet-deyil-terbiyesizlikdir


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 2027   Tarix: 25 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Brent markalı neftin qiyməti artaraq 107,44 dollar/barelə çatıb

Bazarın Yaxın Şərqdəki vəziyyətə diqqəti davam etdirməsi ilə çərşənbə axşamı səhəri neft qiymətləri yüksəlir. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün çatdırılma ilə Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 1,76 dollar (1,67%) çox, bir barel üçü

15 sentyabr
.

Azərbaycanda vergi ödəyicilərinin sayı 5 %-ə yaxın artıb

Bu il sentyabrın 1-nə Azərbaycanda 1 722 227 vergi ödəyicisi olub. bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, bu, ötən il sentyabrın 1-i ilə müqayisədə 4,7 % çoxdur. Vergi ödəyicilərinin 86,7 %-i fiziki şəxslər, 13,3 %-i hüquqi şəxslər və digə

10 sentyabr
.

Azərbaycanın bank sektorunun aktivləri 12 %-dən çox artıb

Bu il sentyabrın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 62 milyard 475,9 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il sentyabrın 1-i ilə müqayisədə 12,2 % çoxdur. Bankların aktivlərinin 30 milyard 841,3 milyon manatını müştərilərə verilmiş xalis kreditlə

25 sentyabr
.

Azərbaycan meyvə-tərəvəz ixracından gəlirini 14 %-ə yaxın artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 637 milyon 106 min ABŞ dolları dəyərində 540 min 918,5 ton meyvə-tərəvəz ixrac edib. Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 76,3 milyon ABŞ dolları (13,6 , həcm baxımından isə 1 433 ton (0,

22 sentyabr
.

Brent markalı neftin qiyməti artaraq 101,74 dollar/barelə çatıb

Bazar iştirakçıları Yaxın Şərqdəki vəziyyəti və onun həlli perspektivlərini qiymətləndirərkən, neft qiymətləri çərşənbə axşamı səhər dörd günlük enişdən sonra yüksəlir. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışl

22 sentyabr
.

Gürcüstan Azərbaycandan pomidor idxalına çəkdiyi xərci 2,5 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycandan 2,71 milyon ABŞ dolları dəyərində 3 min 790 ton pomidor idxal edib. "Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind

23 sentyabr
.

Azərbaycan diri heyvan ixracından gəlirini 45 dəfəyədək artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 12,6 milyon dollar dəyərində diri heyvan ixrac edib. bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,7 dəfə çoxdur

14 sentyabr
.

Bitkoinin qiyməti azalıb

Bitkoinin qiyməti son 24 saatda 0,86% azalaraq 77,3 min ABŞ dollarına bərabər olub. xəbər verir ki, bu barədə "Binance" platforması məlumat yayıb. "Ethereum"un dəyəri isə son sutkada 0,27% artaraq 2475 dollar təşkil edib

11 sentyabr
.

Brent neftinin qiyməti bir qədər aşağı düşdü

Neft qiymətləri, Yaxın Şərqdəki münaqişənin gərginləşməsi ilə bağlı narahatlıqlar səbəbindən əvvəlki gün güclü bir artımdan sonra cümə axşamı səhər bir qədər aşağı düşüb. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçersləri əvvəlki bağlanışdan 0,3

10 sentyabr