"Oralarda necədir?": Bütün ailə birlikdə çimir, qocalara robotlar baxır - VİDEO
Gülnar Muradovanın təqdimatında yayımlanan "Oralarda necədir?" rubrikasının yeni buraxılışı efirə gedib.
Bu dəfə fərqli mədəniyyəti, gülərüz insanları, texnoloji çağın önündə gedən və qeyri-adi adətləri olan Yaponiyadan bəhs olunub.
Yaponiya əhalisinin sayı 125 milyon nəfərdir. Amma gündoğan ölkədə doğulanların sayı ilbəil 3-4 faiz aşağı düşür. Yaponiyada dünyaya uşaq gətirmək üçün klinikaya 450 dollar ödəniş etməlisən.
Bu bizim pulla 765 manat edir. Bələdiyyə hamilə qadınlara xüsusi nişan təqdim edir.
Bu nişanı yanında gəzdirən qadına, necə deyərlər, bütün qapılar açıq olur. Onlara ictimai nəqliyyatda yer verirlər, heç bir yerdə növbədə gözlətmirlər və s. Yapon uşaqlarına qayda-qanunu elə kiçik yaşlarından öyrədirlər.
Bağçaya hələ bir yaşı tamam olmayan uşaqlar da qəbul olunur. Üç yaşa qədər olan uşaqlar üçün ödəniş aylıq 300 dollar (510 manat), üç yaşdan altı yaşına qədər isə 250 dollar (425 manat) təşkil edir. Yaponiya "anime"ləri ilə də dünyada məşhurdur. Tokioda "anime" kolleci belə var. Məzun olanlar Hollivud cizgi filmləri üzərində işləyə, kompüter oyunları yarada, hətta avtomobil markaları üçün yeni dizayn da təqdim edə bilirlər.
"Anime" ilə iki milyard dollar gəlir gətirir və kontentin 80 faizi Yaponiyada hazırlanır. Kollecdə oxumaq üçün ildə 9000 dollar (13500) manat ödənilməlidir. Yaponiyada bir peşə var ki, buna dünyanın heç yerində rast gəlmək olmaz. Bu da qadın tərifləmək, onu dünyanın ən gözəl sözləri ilə vəsf etmək peşəsidir. Qadınlar bu peşəni icra edənlərin olduğu klublara adətən yaxşı vaxt keçirməyə gəlirlər.
Klubda oğlanlar işləyir. Onları "host oğlan" deyə çağırırlar və gələn qadın müştəriləri əyləndirirlər. Oğlanların xarici görünüşü və qadınlarla ünsiyyət bacarığı əsasdır. Müştəri nə qədər çox pul xərcləyərsə, bu "host oğlan"ın maaşına təsir göstərir. "Host"un əsas işi qızlara əla komplimentlər deməkdən ibarətdir.
Bu klubun qadın müştərilərindən yaş soruşmaq, onlara toxunmaq, hansı işlə məşğul olduqlarını öyrənmək qadağandır.
Ətraflı süjetdə:
Sonxeber.az
Telegramda izləyin
Baxılıb: 985 Tarix: 03 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Nirezo Official Azərbaycanın tanınmış endirim bloq səhifəsi
Azərbaycanda sosial media üzərindən endirimlər, kampaniyalar və sərfəli alış-veriş imkanlarını izləyicilərə çatdıran Nirezo Official ölkənin ən tanınmış endirim platformalarından biri kimi fəaliyyət göstərir. Müxtəlif sosial şəbəkələrdə geniş auditoriyaya sahib olan platforma hər gün minlərlə istifadəçin
17 iyunYaşıl iqtisadiyyat və gələcəyin iqtisadi modeli - AÇIQLAMA
Yaşıl iqtisadiyyat nədir? Yaşıl iqtisadiyyat təbiətlə dost, ağıllı iqtisadiyyatdır. Planetə zərər vermədən işləmək, istehsal etmək -yaşıl iqtisadiyyat budur. Yaşıl iqtisadiyyatda az tullantı ilə çox fayda əldə edirik, ekologiya daha təmiz qalır. Yenidən istifadə və təkrar emal əsasdır. Bəs yaşıl iqtisadiyya
26 avqustKasım-Jomart Tokayev Azərbaycan və Gürcüstanla birgə layihələrdən danışdı
"Transxəzər beynəlxalq nəqliyyat marşrutunun potensialının gücləndirilməsi üçün Azərbaycan və Gürcüstanla vahid uzunmüddətli tarif modelinin tətbiqi müzakirə olunur". -ın -ya istinadən xəbərinə görə, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aralıq dənizi Gəmiçiliyi şirkətinin ba
24 iyunMoldova səfiri Rusiya XİN-ə çağırılıb
Moldova səfiri Lilian Dariy bu gün Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. "Report" xəbər verir ki, bu barədə Rusiya mediası XİN-ə istinadən məlumat yayıb. Bildirilib ki, Rusiya diplomatik kuryerlərinin saxlanılmasına görə ona qəti etiraz bildirilib. "Rusiya XİN-ə çağırılan Moldov
26 iyunFilippində 6.4 bal gücündə zəlzələ baş verib
Filippində 6.4 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, bu barədə Almaniya Geofizika Tədqiqatları Mərkəzi (GFZ) məlumat yayıb. Bildirilib ki, yeraltı təkanlar arxipelaqın böyüklüyünə görə ikinci adası olan Mindanaoda hiss edilib. Mütəxəssislər seysmik hadisənin episentrinin yer səthindən 29 kilomet
26 iyun34 yaşlı Vətən müharibəsi iştirakçısı qəfil vəfat etdi
Naxçıvan Muxtar Respbulikasının Kəngərli rayonunda Vətən müharibəsi iştirakçısı ürək çatışmazlığından vəfat edib. -a istinadən xəbər verir ki, 44 günlük Vətən müharibəsi iştirakçısı Elvin Pənahov iş yerində idman edərkən dünyasını dəyişib. Qeyd edək ki, 34 yaşlı mərhum E.Pənahov ailəli olub, üç övlad
26 iyunNASA-nın məxfi sənədlərində Ayda yadplanetli bazasının ehtimalı qeyd olunub
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) ictimaiyyətə açıqladığı yeni məxfi sənədlərdə Ay səthində yadplanetlilərə aid bazanın olması ehtimalından bəhs edilir. -ın məlumatına əsasən, sözügedən faktla bağlı "Daily Mirror" nəşri xəbər yayıb. Məlumata görə, ABŞ hakimiyyətini
17 iyunAzərbaycanlı səfir Özbəkistanda ordenlə təltif edildi
Azərbaycanın Özbəkistanda fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev Özbəkistanda mükafata layiq görülüb. xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib. Qeyd olunub ki, iyunun 22-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu ölkədəki diplomati
22 iyun