"Özləri həyatda olmasalar da, onların nəfəsi, izi hər zaman mənim qulağımda, ürəyimdə, yaradıcılığımda olacaq"

"Özləri həyatda olmasalar da, onların nəfəsi, izi hər zaman mənim qulağımda, ürəyimdə, yaradıcılığımda olacaq""4 iyun tarixində Heydər Əliyev adına sarayda "Ömrün Xanım fəsli" adlı yaradıcılıq gecəm keçiriləcək. Artıq uzun illərdir ki, mən yaradıcılıq gecəsi keçirmirəm. Bu fikrə sevənlərimin, pərəstişkarlarımın istəyi ilə gəldim. Öz istəyim də onların istəyi ilə üst-üstə düşdü. Düşündüm ki, həm özüm, həm də sevənlərim üçün sözümün, musiqimin bir bayramını keçirim".

Bunu Moderator.az-a açıqlamasında şair, bəstəkar Xanım İsmayılqızı deyib. O daha sonra əlavə edib.

"Bir neçə ildir ki, artıq bu gecə haqqında düşünürdüm, götür-qoy edirdim, planlar qururdum amma heç cür ürək edə bilmirdim. Çünki mənim sonuncu yaradıcılıq gecəm 22 il bundan əvvəl baş tutub. Sözün düzünü deyim ki, çox çətin prossesdir. Yaradıcılıq gecəsi keçirən insanlar bunu gözəl bilir. Çünki hər şeyin məsuliyyəti sənin çiynindədir. Səhnədən tutmuş ifaçı, orkestr, rejissor işi, təşkilati işlər və s. Hər işin başlanğıcında, önündə, arxasında sən durmalısan. Yazdıqlarımı onsuz da yazmışdım, yeni bir əsər yazmamışam. Amma bunları bir yerdə toplayıb bir gecəyə çevirmək çox zəhmət tələb edir. Hazırda o zəhmətin, işin içindəyəm, yorğun anlar da var. Təki belə yorğunluq olsun" deyə bəstəkar bildirib.

Xanım İsmayılqızı bildirib ki, gecədə sürprizlər olacaq.

"Gecədə həm sözü və musiqisi mənə aid olan mahnılarım, həm də başqa şairlərin sözlərinə bəstələdiyim mahnılar yer alacaq. Demək olar ki, bizim sənət, musiqi aləmində müxtəlif janrlarda ifa edən müğənnilərin böyük bir buketi olacaq. Eynilə gül dəstəsi kimi. Xanəndələrimiz, xalq musiqisinin, muğamlarımızın gözəl ifaçıları Teyyub Aslanov, Nəzakət Teymurova, Mələkxanım Eyubova, Nazpəri Dostəliyeva, Fərqanə Qasımova, Bəyimxanım Vəliyeva, Ayşən Mehdiyeva çıxış edəcəklər. Lirik ifaları ilə ürəklərə yol tapanlar ifa edəcəklər. Mətanət İsgəndərli, Abbas Bağırov, Samir Piriyev, Zabitə Alıyeva, Çinarə Məlikzadə, Lalə Məmmədova, Rəşad İlyasov, Cahangir Qurbanov və s. müğənnilər yer alacaqlar. Gənc ifaçılar Ağabala Sadıqzadə, Rasim Səfər, Orxan Bağırov, Pərviz Abdullayev olacaq. Və ən nəhayət.. Estrada musiqisinin seçilənləri, liderləri Faiq Ağayev, Röya Ayxan, Dilarə Kazımova, Elnur Hüseynov, Elnarə Xəlilova, Səidə Sultan gecədə ifalarını səsləndirəcəklər. Mən bütün ifaçıların, yaradıcılıq gecəmdə iştirak edənlərin adını çəkdim və onları birləşdirib, 4 hissəyə bölüb dedim. Onların hər biri mənim üçün xüsusi, özünəməxsusdur. Yaradıcılıq gecəmdə eksklüzivlər də olacaq. Bu seçimim mənim özümü də heyrətləndirib. Mən inanıram ki, siz də heyrətlənəcəksiz. Çünki elə mahnılarım elə müğənnilərin ifasında səslənəcək ki, bu da fərqli yanaşma olacaq və həmin mahnılara ikinci nəfəs veriləcək. Mənim yaradıcılığımda xüsusi yerləri olan amma bu gün dünyalarını dəyişmiş sənətkarlarımızın repertuarına müraciət olunacaq. Daha dəqiq desək İlhamə xanım Quliyeva, Elçin Cəlilov, Səməd Səmədovun yaradıcılığına. Bu insanlar yaradıcılığıma gəldikləri ilk günlərdən, yanımda olduqları son anlara qədər mənim yaradıcılığımda xüsusi yerləri olub. Onların repertuarlarındakı mahnıları oxumaqla həm xatirələrini yad edəcəyik, həm də ruhlarını şad edəcəyik. Mənim də ürəyim yerinə gələcək. Çünki onların nəfəsi, izi hər zaman mənim qulağımda, ürəyimdə, yaradıcılığımda var, olub və olacaq. Özləri olmasalar da bu ifaları onları yaşadır. Bütün yaradıcılığımı mən "Ömrün Xanım fəsli" nə sığışdıra bilməzdim. Amma ən sevilənlərini, seçilənlərini seçdim. Poeziya dəqiqələri də olacaq. Kamran Ağabalayevin, Kamal Yaşarın ifalarında şeirlərim səslənəcək. Gecənin aparıcılığını Leyla Quliyevaya, rejissorluğunu isə Nail Naiboğluna həvalə etmişəm. "Royal streeng" orkestrin rəhbəri Nərgiz Əliyevanın müşayiəti ilə canlı ifalar olacaq. Burada sənətçiləri rəqs ansamblları da müşayiət edəcək. İstər milli, istərsə də müasir rəqslərdən söhbət gedir. Səhnə tərtibatı, səslənmə və s. bütün hər şey peşəkar əllərdədir. Mən inanıram ki, bu gecədən özüm də, tamaşaşaçılar da məmnun qalacaq" deyə Xanım İsmayılqızı bildirib.


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 1004   Tarix: 03 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Nirezo Official Azərbaycanın tanınmış endirim bloq səhifəsi

Azərbaycanda sosial media üzərindən endirimlər, kampaniyalar və sərfəli alış-veriş imkanlarını izləyicilərə çatdıran Nirezo Official ölkənin ən tanınmış endirim platformalarından biri kimi fəaliyyət göstərir. Müxtəlif sosial şəbəkələrdə geniş auditoriyaya sahib olan platforma hər gün minlərlə istifadəçin

17 iyun
.

Yaşıl iqtisadiyyat və gələcəyin iqtisadi modeli - AÇIQLAMA

Yaşıl iqtisadiyyat nədir? Yaşıl iqtisadiyyat təbiətlə dost, ağıllı iqtisadiyyatdır. Planetə zərər vermədən işləmək, istehsal etmək -yaşıl iqtisadiyyat budur. Yaşıl iqtisadiyyatda az tullantı ilə çox fayda əldə edirik, ekologiya daha təmiz qalır. Yenidən istifadə və təkrar emal əsasdır. Bəs yaşıl iqtisadiyya

26 avqust
.

Samuxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını pozduğuna görə "Ford" markalı nəqliyyat vasitəsinin sürücüsü E.Həsənov saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, yoxlama zamanı müvafi

29 iyun
.

Kasım-Jomart Tokayev Azərbaycan və Gürcüstanla birgə layihələrdən danışdı

"Transxəzər beynəlxalq nəqliyyat marşrutunun potensialının gücləndirilməsi üçün Azərbaycan və Gürcüstanla vahid uzunmüddətli tarif modelinin tətbiqi müzakirə olunur". -ın -ya istinadən xəbərinə görə, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aralıq dənizi Gəmiçiliyi şirkətinin ba

24 iyun
.

Moldova səfiri Rusiya XİN-ə çağırılıb

Moldova səfiri Lilian Dariy bu gün Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. "Report" xəbər verir ki, bu barədə Rusiya mediası XİN-ə istinadən məlumat yayıb. Bildirilib ki, Rusiya diplomatik kuryerlərinin saxlanılmasına görə ona qəti etiraz bildirilib. "Rusiya XİN-ə çağırılan Moldov

26 iyun
.

Filippində 6.4 bal gücündə zəlzələ baş verib

Filippində 6.4 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, bu barədə Almaniya Geofizika Tədqiqatları Mərkəzi (GFZ) məlumat yayıb. Bildirilib ki, yeraltı təkanlar arxipelaqın böyüklüyünə görə ikinci adası olan Mindanaoda hiss edilib. Mütəxəssislər seysmik hadisənin episentrinin yer səthindən 29 kilomet

26 iyun
.

34 yaşlı Vətən müharibəsi iştirakçısı qəfil vəfat etdi

Naxçıvan Muxtar Respbulikasının Kəngərli rayonunda Vətən müharibəsi iştirakçısı ürək çatışmazlığından vəfat edib. -a istinadən xəbər verir ki, 44 günlük Vətən müharibəsi iştirakçısı Elvin Pənahov iş yerində idman edərkən dünyasını dəyişib. Qeyd edək ki, 34 yaşlı mərhum E.Pənahov ailəli olub, üç övlad

26 iyun
.

NASA-nın məxfi sənədlərində Ayda yadplanetli bazasının ehtimalı qeyd olunub

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) ictimaiyyətə açıqladığı yeni məxfi sənədlərdə Ay səthində yadplanetlilərə aid bazanın olması ehtimalından bəhs edilir. -ın məlumatına əsasən, sözügedən faktla bağlı "Daily Mirror" nəşri xəbər yayıb. Məlumata görə, ABŞ hakimiyyətini

17 iyun
.

Azərbaycanlı səfir Özbəkistanda ordenlə təltif edildi

Azərbaycanın Özbəkistanda fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev Özbəkistanda mükafata layiq görülüb. xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib. Qeyd olunub ki, iyunun 22-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu ölkədəki diplomati

22 iyun