Rusiya - Ukrayna müharibəsi bu halda BİTƏ BİLƏR - ŞƏRH
Uzun müddətdir Rusya-Ukrayna müharibəsi davam edir. Bu ilin fevralından artıq sözügedən müharibənin iki ili tamam olub. Gedən proseslər onu deməyə əsas verir ki, hər iki tərəf arasında sülh müqaviləsinin imzalanması üçün bir zəmin görünmür. Kiyev administrasiyası beynəlxalq səviyyədə tanınmış sərhədlərin bərpası və rus qoşunlarının ölkədən çıxarılması ilə bağlı qətiyyətli mövqe nümayiş etdirir. Moskva administrasiyası isə Ukraynanın real ölkə olmadığını və Rusiya qüvvələrinin öz məqsədlərinə çatana qədər müharibəni davam etdirəcəyini iddia edir. Bəs hansı halda Rusiya-Ukrayna müharibəsi bitə bilər?
Mövzu ilə bağlı Sonxeber.az-a danışan politoloq Kazım Kazımov deyib ki, Rusiya - Ukrayna müharibəsi 2022-ci ilin fevralından aramsız şəkildə davam edir:
"Əslində hər iki tərəf məqsədinə nail olmayıb. Rusiyanın hücumundakı əsas məqsədi ölkəni NATO istiqamətinə aparan Velodimir Zelenskidən qurtarmaq idi. Onu devirib Rusiyaya meyilli və etnik olaraq Rusiyanın olduğu bölgələrdə özünə bağlı yerli idarəetmə orqanları formalaşdırmaq idi. Zelenski isə Putinin üzərində qələbə çalaraq Donbas və ona yaxın əraziləri, o cümlədən Krımı azad etmək idi. Ancaq hər iki tərəf burada mövqe müharibəsində qalıb. Nə rus ordusu tam irəliləyə bilir, nə də Ukrayna ordusu işğal edilmiş əraziləri geri ala bilmir. Buna görə də hər iki tərəfdə səngərdə ciddi itkilər verir. Heç bir tərəfin qələbəsi yoxdur. Bu gün Rusiya Ordusu bir az daha üstün mövqedədir deyə bilərik. Xüsusilə qərbdən Ukraynaya yardımların kəsilməsi, İsrail müharibəsinin Ukraynanın önünə keçdiyi üçün, onlara olan diqqəti bir az azaldıb".
Politoloqun sözlərinə görə, ikiki tərəfdən biri ya Moskva yaxud Kiyev müharibəyə davam edərək istədikləri nöqtəyə çatarsa müharibə sona çata bilər:
"Digər tərəfdən atəşkəs müzakirələrinə şərtlər yerinə yetirilməlidir. Məsələn aktiv əməliyyatların davam etdiyi bu günlərdə kim hansı ərazidədirsə, o bölgələrdə qalacaq. Müharibə sonlanacaq. Rusiyaya yönəlik sanksiyalar azaldılacaq. Kiyev NATO-ya girməmək haqqında , Rusiya isə bir daha Ukrayna ərazilərinə hücum etməmək haqqında öhdəlik götürəcəksə, NATO-ya girməsə belə Ukraynanın hər hansı bir müdafiə konsepsiyasına üzv olması və belə bir mexanizmin tətbiqi nəticəsində bu vəziyyət dəyişə bilər. Üçüncü variant odur ki, bu da hakimiyyət dəyişikliyidir. Ya Vladimir Putin, ya da Zelenski öz komandalarını hakimiyyət ilə dəyişəcəksə müharibənin sonlanacağını düşünürəm".
Sonxeber.az
Telegramda izləyin
Baxılıb: 1457 Tarix: 03 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Nirezo Official Azərbaycanın tanınmış endirim bloq səhifəsi
Azərbaycanda sosial media üzərindən endirimlər, kampaniyalar və sərfəli alış-veriş imkanlarını izləyicilərə çatdıran Nirezo Official ölkənin ən tanınmış endirim platformalarından biri kimi fəaliyyət göstərir. Müxtəlif sosial şəbəkələrdə geniş auditoriyaya sahib olan platforma hər gün minlərlə istifadəçin
17 iyunYaşıl iqtisadiyyat və gələcəyin iqtisadi modeli - AÇIQLAMA
Yaşıl iqtisadiyyat nədir? Yaşıl iqtisadiyyat təbiətlə dost, ağıllı iqtisadiyyatdır. Planetə zərər vermədən işləmək, istehsal etmək -yaşıl iqtisadiyyat budur. Yaşıl iqtisadiyyatda az tullantı ilə çox fayda əldə edirik, ekologiya daha təmiz qalır. Yenidən istifadə və təkrar emal əsasdır. Bəs yaşıl iqtisadiyya
26 avqustKasım-Jomart Tokayev Azərbaycan və Gürcüstanla birgə layihələrdən danışdı
"Transxəzər beynəlxalq nəqliyyat marşrutunun potensialının gücləndirilməsi üçün Azərbaycan və Gürcüstanla vahid uzunmüddətli tarif modelinin tətbiqi müzakirə olunur". -ın -ya istinadən xəbərinə görə, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aralıq dənizi Gəmiçiliyi şirkətinin ba
24 iyunMoldova səfiri Rusiya XİN-ə çağırılıb
Moldova səfiri Lilian Dariy bu gün Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. "Report" xəbər verir ki, bu barədə Rusiya mediası XİN-ə istinadən məlumat yayıb. Bildirilib ki, Rusiya diplomatik kuryerlərinin saxlanılmasına görə ona qəti etiraz bildirilib. "Rusiya XİN-ə çağırılan Moldov
26 iyunFilippində 6.4 bal gücündə zəlzələ baş verib
Filippində 6.4 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, bu barədə Almaniya Geofizika Tədqiqatları Mərkəzi (GFZ) məlumat yayıb. Bildirilib ki, yeraltı təkanlar arxipelaqın böyüklüyünə görə ikinci adası olan Mindanaoda hiss edilib. Mütəxəssislər seysmik hadisənin episentrinin yer səthindən 29 kilomet
26 iyun34 yaşlı Vətən müharibəsi iştirakçısı qəfil vəfat etdi
Naxçıvan Muxtar Respbulikasının Kəngərli rayonunda Vətən müharibəsi iştirakçısı ürək çatışmazlığından vəfat edib. -a istinadən xəbər verir ki, 44 günlük Vətən müharibəsi iştirakçısı Elvin Pənahov iş yerində idman edərkən dünyasını dəyişib. Qeyd edək ki, 34 yaşlı mərhum E.Pənahov ailəli olub, üç övlad
26 iyunNASA-nın məxfi sənədlərində Ayda yadplanetli bazasının ehtimalı qeyd olunub
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) ictimaiyyətə açıqladığı yeni məxfi sənədlərdə Ay səthində yadplanetlilərə aid bazanın olması ehtimalından bəhs edilir. -ın məlumatına əsasən, sözügedən faktla bağlı "Daily Mirror" nəşri xəbər yayıb. Məlumata görə, ABŞ hakimiyyətini
17 iyunAzərbaycanlı səfir Özbəkistanda ordenlə təltif edildi
Azərbaycanın Özbəkistanda fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev Özbəkistanda mükafata layiq görülüb. xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib. Qeyd olunub ki, iyunun 22-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu ölkədəki diplomati
22 iyun