FT: Britaniyanın neft və qaz şirkətləri Londonun vergi siyasəti səbəbindən böhran içindədir
Böyük Britaniyanın Şimal dənizi şelfində fəaliyyət göstərən müstəqil neft şirkətləri məhsullarının bahalaşmasına baxmayaraq, böhran içindədirlər.
"Report" xəbər verir ki, bu barədə "Financial Times" qəzeti bazar ekspertlərinə istinadən yazıb.
Sənaye assosiasiyaları və analitiklər bildirirlər ki, yeni fiskal rejim artıq şirkətlərin investisiya planlarına ciddi zərbə vurub və kapitalın daha da axını təhlükəsi yaradır.
2022-ci ilin may ayından Böyük Britaniyada standart 40% korporativ gəlir vergisinə əlavə olaraq 35% enerji izafi mənfəət vergisi tətbiq edilir. Beləliklə, neft-qaz sektoru üzrə ümumi vergi dərəcəsi 75%-ə çatıb.
"Offshore Energies UK" şirkətinin məlumatına görə, sənayeyə kifayət qədər sərmayə qoyulmaması səbəbindən 2030-cu ilə qədər 40 000 iş yeri itirilə bilər.
Artıq Britaniyanın neft-qaz sektorunda 200 minə yaxın insan çalışır ki, bu da on il əvvəlin yarısı qədərdir.
"Consultancy Wood Mackenzie", vergi rejimi ilə bağlı qeyri-müəyyənlik səbəbindən potensial investisiya itkilərini 16 milyard funt sterlinq qiymətləndirir.
Neft və qaz şirkətləri arasında narahatlıqlara əlavə olaraq, müxalifətdəki İşçi Partiyasının növbəti seçkilərdə qalib gələcəyi təqdirdə ümumi vergi dərəcəsini 78%-ə çatdırmaq və yeni layihələr üçün stimulları aradan qaldırmaq planları var.
Yüksək vergi yükləri qarşısında müstəqil Şimal dənizi operatorları resursları birləşdirmək və istismardan çıxarma xərclərini maliyyələşdirmək üçün getdikcə daha çox konsolidasiyaya müraciət edirlər.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 600 Tarix: 05 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Trampın İranın Hörmüz planını rədd etməsinin səbəbi açıqlanıb
ABŞ Prezidenti Donald Tramp İranın Hörmüz boğazından gəmiçiliyin bərpası ilə bağlı təklif etdiyi planı, xüsusilə İran tərəfinə etimadın olmaması səbəbindən rədd edib. "Report"un məlumatına görə, bunu ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts "Fox News" telekanalının efirində bildirib
27 sentyabrAdanada sərnişin avtobusu qəzaya uğrayıb, 10-dan çox şəxs xəsarət alıb
Türkiyənin Adana vilayətində sərnişin avtobusu yeraltı keçidin divarına çırpılıb. "Report" "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə nəticəsində 11 nəfər xəsarət alıb. Əraziyə polis, təcili tibbi yardım və yanğınsöndürənlər cəlb olunub. Qəzada xəsarət alan 11 nəfərə hadisə yerind
27 sentyabrƏzizi: Tehranın şərtləri icra olunana qədər Hörmüz boğazı açılmayacaq
Tehranın şərtləri icra olunana qədər Hörmüz boğazı yenidən açılmayacaq. "Report" ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İbrahim Əzizi bildirib. "Vaşinqton danışıqlar barədə yanlış anlayışa malikdir və yalnı
27 sentyabrFırtına Nyu-Yorkda bir nəfərin həyatına son qoyub
ABŞ-ın şimal-şərqini cərəyan edən güclü fırtına nəticəsində Nyu-Yorkda bir nəfər həyatını itirib. "Report" xəbər verir ki, bu barədə sentyabrın 26-da "The New York Post" qəzeti məlumat yayıb. Qəzetin məlumatına görə, 56 yaşlı mənzil idarəsinin əməkdaşı şəhərin şərqində yerləşən Brukli
27 sentyabrABŞ kəşfiyyatı: Səudiyyə Ərəbistanı nüvə silahı əldə edə bilər
ABŞ kəşfiyyat dairələri Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını nəzərdən keçirdiyini düşünürlər. xəbər verir ki, bu barədə "The Washington Post" ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb. Nəşrin yazdığına görə, Konqresə təqdim edilmiş məxfi sənədlərdə ABŞ kəşfiyya
27 sentyabr