Azərbaycanlı uşaqlara amansız işgəncələr verən Aida Serobyan Azərbaycana VERİLƏ BİLƏR? - ŞƏRH

Azərbaycanlı uşaqlara amansız işgəncələr verən Aida Serobyan Azərbaycana VERİLƏ BİLƏR? - ŞƏRHXəbər verdiyimiz kimi, işğal vaxtı ermənilərin daha bir azərbaycanlının başına gətirdiyi işgəncəli acı taleyi məlum olub. Belə ki, 1993-cü ildə Xankəndidə doğulan sonuncu azərbaycanlı körpəyə qarşı erməni tibb bacısı inanılmaz qəddarlıq edib. Burada həmin erməni tibb bacısı Aida Serobyan olub. Ermənistan anası" adlandırılan, "Hərbi xidmətlərə görə", "İgidliyə görə" medalları ilə təltif edilən Aida Sergeyevna Serobyan yeni doğulmuş körpəni ömürlük şikəst edən, yaralı girovlara qarşı amansızlığı ilə seçilən, onları narkozsuz amputasiya edən və bundan böyük zövq alan iblis xislətli qadındır. Bəs bu terrorçuluq əməlləri ilə məşğul olan qadın Azərbaycana təhvil verilə bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan politoloq Kazım Kazımov deyib ki, Aida Serobyan Azərbaycan xalqına qarşı qətliam törədən, faşizm əməlləri ilə məşğul olan tək-tük ermənilərdən deyil:

"Aida Serobyan Monte Melkonyan, Serj Sarkisyan, Arkadi Qukasyan kimi məşhur terrorçulardan biridir. Aida Serobyanın ölkəmizə verilməsi ilə bağlı proses olacaqsa, Azərbaycanın burada bir sıra üstünlükləri var. Əvvəla onu qeyd etmək lazımdır ki, Kəlbəcərin işğalından sonra ələ keçirilən girovların ifadələri var. Bu şəxs "uşaq həkimi" idi. Onun uşaqlara qarşı xüsusi amansızlığı var. Bu qadının törətdiyi cinayət əməlləri ilə bağlı çoxsayda şahidin ifadəsi mövcuddur. Onun "həkim"lik fəaliyyəti ilə yanaşı sözügedən qadın həm də terrorçu olub. O, əlinə silah Azərbaycana qarşı vuruşmuş bir şəxs olub. Bildiyimiz kimi, Monte Melkonyan təkcə Qarabağ müharibəsində deyil, həm də türk diplomatlarına qarşı terrorçu fəaliyyəti göstərən ASALA-nın tərkibində olmuş bir şəxsdir. Aida Serobyanda bu terrorçu qruplaşmanın dəstəsində olub".

Politoloqun sözlərinə görə, bu qadın ASALA-nın bir üzvünə çevrilib. ASALA bu gün dünyanın bir çox nöqtəsində rəsmi terror təşkilatı kimi qəbul edilir:

"Onun ASALA-da və Azərbaycan xalqının uşaqlarına qarşı olan fəaliyyəti ilə bağlı faktlar toplanarsa, beynəlxalq ictimaiyyətdə bir çox şeylər əldə etmiş olarıq. Bəs Ermənistan bu qadını təhvil verəcək mi? Bu gün Aida Serobyanın Ermənistanda bir çox təltifləri var. Bu qadının igidliyə və hərbi xidmətlərinə görə təltifləri mövcuddur. Bütün bunları nəzərə aldıqda Ermənistanın onu təhvil vermə ehtimalı zəif görsənir. Beynəlxalq ictimaiyyətdə əfsuslar olsun ki, onun təhvil prosesi sürətli olmaya bilər. O cümlədən qərb ictimaiyyəti erməni lobbisinin dəstəyilə bunun qarşısını almağa çalışa bilər. Ən azından onun interpol axtarışına verilməsi, onun xarici ölkəyə çıxışının bağlanması və Ermənistanda yaşamağa məhkum edilməsi özlüyündə bir uğur olar".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1376   Tarix: 06 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Mərkəzi Bankın qərarı: Kredit faizləri aşağı düşəcək - Əhaliyə ŞAD XƏBƏR

Mərkəzi Bankın faiz dəhlizində etdiyi son dəyişiklik kredit bazarında faizlərin gələcək dinamikası ilə bağlı sualları yenidən gündəmə gətirib. Belə ki, Mərkəzi Bankın İdarə Heyəti sentyabrın 23-də uçot dərəcəsini 6,5 faiz səviyyəsində saxlayıb, faiz dəhlizinin aşağı həddini isə 0,5 faiz bəndi azaldara

28 sentyabr
.

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Azərbaycan qlobal investorlar üçün yeni imkanlar açır

Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxışı ölkəmizin iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərini, qarşıdakı illər üçün müəyyənləşdirilən prioritetləri və Azərbaycanın beynəlxalq iqtisadi sistemdə mövqeyinin gücləndirilməsi perspektivlərin

28 sentyabr
.

Qazi aşpaz vəfat etdi - Foto

Vətən müharibəsi qazisi, gənc aşpaz İlkin Baxışov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov məlumat verib. O bildirib ki, İ.Baxışov Qazaxıstanda fəaliyyət göstərirmiş və 2 ay əvvəl Vətənə qayıdıb. Qazinin ölü

28 sentyabr
.

Gələn ildən maaşlardan tutulmalar ARTACAQ - AÇIQLAMA

Gələn il yanvarın 1-dən etibarən muzdlu işdən əldə edilən gəlirlər üzrə gəlir vergisinin dərəcələri dəyişdiriləcək. Yeni qaydalara əsasən, çalışanların əməkhaqqından tutulacaq gəlir vergisi pilləli sistem üzrə hesablanacaq. Belə ki, aylıq gəlirin 2500 manatadək olan hissəsinə 5 faiz dərəcə tətbiq ediləcək

27 sentyabr
.

Lamiyyə Ələkbərova bu kanalda efirə çıxacaq

Aparıcı Lamiyyə Ələkbərova yeni layihə ilə tamaşaçıların qarşısına çıxacaq. Qaynarinfo xəbər verir ki, aparıcı bu barədə "Instagram" hesabında paylaşım edib. O bildirib ki, bu televiziya mövsümündə TMB kanalında efirə çıxacaq. L.Ələkbərova "Ulduzla danış" verilişinin aparıcısı olacaq

28 sentyabr
.

Bakıda oğlunu öldürən qadın özünü binadan atdı

Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində dəhşətli hadisə baş verib. "Unikal"a istinadən xəbər verir ki, Rəna adlı yaşlı qadın oğlunu bıçaqlayaraq qətlə yetirib. Daha sonra isə yaşadığı binanın 8-ci mərtəbəsinə qalxaraq oradan özünü yerə atıb. Faktla bağlı hadisə yerinə polis və prokurorlu

28 sentyabr
.

Əvəz Zeynallı vəfat etdi

Əvəz Zeynallı vəfat edib. Qaynarinfo xəbər verir ki, bu barədə vəkil Rəşad Vaqifoğlu məlumat yayıb. Qeyd edək ki, Əvəz Zeynallı uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkirdi

28 sentyabr
.

Övladınız 11-17 yaşındadırsa, DİQQƏT: Dələduzlar məhz onları hədəf seçirlər

"11-17 yaş qrupunda olanlar dələduzlar üçün ən əlverişli və asan hədəf sayılır". xəbər verir ki, bunu "RİA Novosti"yə rusiyalı psixoloq, psixologiya elmləri namizədi Svetlana Kolobova deyib. Mütəxəssisin sözlərinə görə, yeniyetmələr daim müstəqilliyə can atır və problemləri özlər

27 sentyabr
.

Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq

Azərbaycanda orta aylıq əməkhaqqının yaxın illərdə artacağı gözlənilir. Maliyyə Nazirliyinin proqnozuna görə, 2030-cu ildə orta maaş 1 551,5 manata çatacaq. Vətəndaşlar üçün əsas sual orta maaşdan daha çox, minimum əməkhaqqının necə dəyişəcəyi ilə bağlıdır. Orta maaş 1 551 manata çatacaqsa, minimum əməkhaqq

27 sentyabr