Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı: "İstəyirsənsə hakimiyyətdə olan, 2-3 arvad saxlayan məmurların adını çəkim!"

Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı: "İstəyirsənsə hakimiyyətdə olan, 2-3 arvad saxlayan məmurların adını çəkim!"Sabiq deputat, eks səfir Elmira Axundovanın Ramiz Mehdiyevə ünvanladığı, "hörmətli Ramiz müəllim, yalnız sizin oxumağınız üçündür" girişli, "siz mənim dostum və ağsaqqalımsız" sözləri ilə zəngin, hər sətri 1937-ci ilin danosunu xatırladan məktubu ortaya çıxıb.

Məktub Prezident Administrasiyasında 15244 nömrə ilə qeydiyyatdan keçib, Ramiz Mehdiyevə təqdim olunub, oradan Daxili İşlər Nazirliyinə, DİN-dən isə Ağır Cinayətlər Məhkəməsinin o zamankı sədri Mahmud Nəbiyevə göndərilib.

Elmira Axundova oğlu Həbib Axundovun adı qarışdığı 8 milyonluq dələduzluq işindən dolayı 30 iyul 2018-ci ildə, Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri postunu tutduğu günlərdə ona ünvanladığı "şanlı" məktubunda tanınmış jurnalistlərin – Mirşahin Ağayevin, Ləman Ələşrəfqızının, Afət Telmanqızının adlarını çəkir, onları satqın adlandırır, onların barəsində tədbirlər görülməsi üçün addımlar atılmasını tələb edir. Mirşahin Ağayevə yenidən efir verilməsinə görə ağsaqqalını qınayır.

Elmira Axundova nazirin (adı redaksiyaya məlumdur – E.M) və bəzi deputatların barəsində də eyni tərzdə fikirlərini izhar etməklə onları müxalifətə işləməkdə ittiham edir. Yazır ki, onda deputatların müxalifət qəzetlərini maliyyələşdirməsi barəsində məlumatlar var. Elmira Axundova Ramiz Mehdiyevə məktubunda respublikada Fərman Məmmədovun (Həbib Axundovun cinayət işi üzrə zərərçəkən) qabağına çıxarmaq üçün kişi axtardığını yazmaqla onu həbs etməyə çağırır.

Məktubun davamında qaçaq səfir, oğlu Həbib Axundovun 3 uşaq atası olduğunu yazmaqla bərabər oğlu Həbibin həyat yoldaşından əlavə daha bir qadın saxladığını gizlətmir, bunu adi bir hal kimi təqdim etməyə çalışır, oğlunun həmin qadınla yayılmış açıq-saçıq videolarına toxunur, oğluna haqq qazandırmaq üçün Ramiz Mehdiyevə müraciətlə,- "Yaxşı, Həbib qanuni arvadından başqa bir qızla maraqlandı. Azərbaycan kişiləri arasında o qadınları kim sevmir, demək olar ki, hər kəsin rəsmi olaraq ikinci, üçüncü olmasa da, arvadı və onlardan qeyri-qanuni uşaqları var. İstəyirsənsə, adlarını da çəkim",- deyə ağsaqqalı Ramiz Mehdiyevə sual edir. Ramiz Mehdiyevin bu suala nə cavab verdiyi bilinmir.

Ən maraqlısı isə Elmira Axundovanın Ramiz Mehdiyevdən məktubunda hökumət mətbuatında "Fərman Məmmədov kimdir?" kod adı ilə yazılar təşkil etməsini tələb etməsidir.

Məktubunda Ramiz Mehdiyevin diqqətinə sentyabrda mətbuat konfransı keçirəcəyini, "bütün kartlarımı ortaya qoyacağam.... bizim itirəcəyimiz heç nə yoxdur, amma onların itirəcəkləri var" şəkilində hədə tonlu sətirlərlə müraciət edir.

Elmira Axundovanın rus dilində yazdığı, 5 səhifəlik, yalnız "Ramiz Mehdiyevin oxuması üçün" girişli məktubu "Yeni Müsavat"ın redaksiyasındadır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1782   Tarix: 06 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Mərkəzi Bankın qərarı: Kredit faizləri aşağı düşəcək - Əhaliyə ŞAD XƏBƏR

Mərkəzi Bankın faiz dəhlizində etdiyi son dəyişiklik kredit bazarında faizlərin gələcək dinamikası ilə bağlı sualları yenidən gündəmə gətirib. Belə ki, Mərkəzi Bankın İdarə Heyəti sentyabrın 23-də uçot dərəcəsini 6,5 faiz səviyyəsində saxlayıb, faiz dəhlizinin aşağı həddini isə 0,5 faiz bəndi azaldara

28 sentyabr
.

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Azərbaycan qlobal investorlar üçün yeni imkanlar açır

Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxışı ölkəmizin iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərini, qarşıdakı illər üçün müəyyənləşdirilən prioritetləri və Azərbaycanın beynəlxalq iqtisadi sistemdə mövqeyinin gücləndirilməsi perspektivlərin

28 sentyabr
.

Qazi aşpaz vəfat etdi - Foto

Vətən müharibəsi qazisi, gənc aşpaz İlkin Baxışov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov məlumat verib. O bildirib ki, İ.Baxışov Qazaxıstanda fəaliyyət göstərirmiş və 2 ay əvvəl Vətənə qayıdıb. Qazinin ölü

28 sentyabr
.

Gələn ildən maaşlardan tutulmalar ARTACAQ - AÇIQLAMA

Gələn il yanvarın 1-dən etibarən muzdlu işdən əldə edilən gəlirlər üzrə gəlir vergisinin dərəcələri dəyişdiriləcək. Yeni qaydalara əsasən, çalışanların əməkhaqqından tutulacaq gəlir vergisi pilləli sistem üzrə hesablanacaq. Belə ki, aylıq gəlirin 2500 manatadək olan hissəsinə 5 faiz dərəcə tətbiq ediləcək

27 sentyabr
.

Lamiyyə Ələkbərova bu kanalda efirə çıxacaq

Aparıcı Lamiyyə Ələkbərova yeni layihə ilə tamaşaçıların qarşısına çıxacaq. Qaynarinfo xəbər verir ki, aparıcı bu barədə "Instagram" hesabında paylaşım edib. O bildirib ki, bu televiziya mövsümündə TMB kanalında efirə çıxacaq. L.Ələkbərova "Ulduzla danış" verilişinin aparıcısı olacaq

28 sentyabr
.

Bakıda oğlunu öldürən qadın özünü binadan atdı

Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində dəhşətli hadisə baş verib. "Unikal"a istinadən xəbər verir ki, Rəna adlı yaşlı qadın oğlunu bıçaqlayaraq qətlə yetirib. Daha sonra isə yaşadığı binanın 8-ci mərtəbəsinə qalxaraq oradan özünü yerə atıb. Faktla bağlı hadisə yerinə polis və prokurorlu

28 sentyabr
.

Əvəz Zeynallı vəfat etdi

Əvəz Zeynallı vəfat edib. Qaynarinfo xəbər verir ki, bu barədə vəkil Rəşad Vaqifoğlu məlumat yayıb. Qeyd edək ki, Əvəz Zeynallı uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkirdi

28 sentyabr
.

Övladınız 11-17 yaşındadırsa, DİQQƏT: Dələduzlar məhz onları hədəf seçirlər

"11-17 yaş qrupunda olanlar dələduzlar üçün ən əlverişli və asan hədəf sayılır". xəbər verir ki, bunu "RİA Novosti"yə rusiyalı psixoloq, psixologiya elmləri namizədi Svetlana Kolobova deyib. Mütəxəssisin sözlərinə görə, yeniyetmələr daim müstəqilliyə can atır və problemləri özlər

27 sentyabr
.

Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq

Azərbaycanda orta aylıq əməkhaqqının yaxın illərdə artacağı gözlənilir. Maliyyə Nazirliyinin proqnozuna görə, 2030-cu ildə orta maaş 1 551,5 manata çatacaq. Vətəndaşlar üçün əsas sual orta maaşdan daha çox, minimum əməkhaqqının necə dəyişəcəyi ilə bağlıdır. Orta maaş 1 551 manata çatacaqsa, minimum əməkhaqq

27 sentyabr