Zeynəb Xanlarovanın qudası alimin dediklərini eşidib insult keçirib

Zeynəb Xanlarovanın qudası alimin dediklərini eşidib insult keçiribQarabağda ekspedisiya aparılması üçün ayrılmış 92 min manatı mənimsəməkdə ittiham olunan tarixçi alim Səbuhi Hüseynov və arvadı Gülüstan İsayevanın məhkəməsi davam edir.

"Qafqazinfo"nun məlumatına görə, əvvəlki iclaslarda barələrində polis vasitəsilə məcburi gətirilmə qərarı çıxarılmış şahidlərdən 14-ü hələ də məhkəməyə gəlmir.

Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan budəfəki iclas da şahidlərsiz keçirilib. Sədrlik edən hakim Azad Məcidov iclasa yenidən çağırışlarına gəlməyən şahidlərdən gileylənməklə başlayıb.

Zeynəb Xanlarovanın qudası alimin dediklərini eşidib insult keçiribMəlumat üçün deyək ki, məhkəmədən yayınan şahidlər haqda dəfələrlə təkrar məcburi gətirilmə qərarı qəbul edilib, müxtəlif qurumlara, o cümlədən Milli Elmlər Akademiyasının vitse-prezidenti Gövhər Baxşəliyevaya məktub göndərilib.

Zeynəb Xanlarovanın qudası alimin dediklərini eşidib insult keçiribBudəfəki iclasda prokuror və AMEA-nın nümayəndəsi vəkil Orxan Zeynalov gəlməyən şahidlərlə bağlı mübarizəni dayandırıb əvvəlki ifadələrini elan etməyi təklif edib.

"Heç bir işdə məhkəmə bu qədər məcburi gətirilmə qərarı qəbul etmir."-prokuror deyib.

Sədrlik edən hakim bir daha təkrar edib ki, məhkəmə qalan şahidlərin gətirilməsi üçün bütün vasitələrdən istifadə edir: "Bakı Şəhər Baş Polis İdarəsi, AMEA, yerli polis şöbələri - hər yerə müraciət etmişik. Şahidlər məktub göndərirlər ki, istintaq vaxtı dediklərimizi təsdiq edirik. AMEA-nın vitse-prezidentinə də məktub yazdıq, bilərəkdən, ya bilməyərəkdən cavab vermədi. Nə edək?! Müdafiə tərəfi, siz deyin".

Həmin 14 nəfər şahiddən biri də Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun sabiq direktoru Maisə Rəhimovadır. Təqsirləndirilən tarixçi alim əvvəlki iclaslarda demişdi ki, ekspedisiya adı ilə maaş yazılmış, amma əslində işə gəlməyən şəxslərin pulunu Maisə Rəhimovaya verib.

Bu günlərdə isə məhkəməyə məlumat daxil olub ki, M.Rəhimova insult keçirib.

"Səbuhi Hüseynov burada pulları ona verdiyini deyəndən sonra Maisə Rəhimova insult olub. Yəqin ki, mediada yazılanları oxuyub" - hakim Azad Məcidov deyib.

54 il AMEA-da çalışan tarix elmləri doktoru Maisə Rəhimova 2021-ci ildə işdən çıxarılıb. Həmin vaxt AMEA-nın prezidenti Ramiz Mehdiyev idi. O, Xalq artisti Zeynəb Xanlarovanın qudasıdır.

Fotoda: Maisə Rəhimova

Zeynəb Xanlarovanın qudası alimin dediklərini eşidib insult keçiribTəqsirləndirilən şəxslər və vəkilləri isə bütün şahidlərin hakim qarşısına çıxmasını tələb edirlər. Səbuhi Hüseynov hesab edir ki, onlara şahidlərin dedikləri əsasında ittiham veriblər, bu səbəbdən də gəlib iclaslarda da danışmalıdırlar: "Şahidlərin dedikləri böyük bir cinayətin üstünü aça bilər. Ekspedisiyada iştirak etməyən şəxslərin pulları mənimsənilib. Maisə Rəhimova isə bu cinayətin təşkilatçısıdır. O, da daxil olmaqla, əsas şahidlərdən biri olan baş mühasib Züriyyə Cəfərova da dindirilməlidir. Tanınmış tarixçi alim mühakimə edilir, şahidlər isə məhkəməyə gəlmir".

Zeynəb Xanlarovanın qudası alimin dediklərini eşidib insult keçiribHakim Səbuhi Hüseynovdan olanları dürüst şəkildə danışmasını tələb edib: "Biz neçə müddət iş apardıq, siz ancaq son iclaslarda etiraf etdiniz ki, Maisə Rəhimovaya pul vermişəm. Təklif edirəm ki, hər şeyi düzgün deyəsiniz".

Gülüstan İsayeva da şahidlərin hər birinin məhkəməyə gətirilməsini istəyir. O, bir-bir ad çəkərək kimlərin nəyə görə hakim qarşısında danışmalı olduğunu elan edib: "Şahidlər Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə sevə-sevə gediblər. Ona görə də məhkəməyə də gəlməlidirlər".

"Sevə-sevə çətin gələrlər. Amma yenə də gətirməyə çalışacağıq", - deyə hakim Məcidov prosesi 15 maya kimi təxirə salıb.

Qeyd edək ki, Səbuhi Hüseynov Azərbaycan Milli Elmlər Akademiyasında elmi işçi, onun həyat yoldaşı Gülüstan İsayeva isə kadrlar şöbəsinin müdiri olub. Onlar Qarabağda tədqiqat aparılması məqsədilə ayrılmış 92 min manatı mənimsəməkdə ittiham olunurlar. Təqsirləndirilən şəxslər ittihamı qəbul etmirlər.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1111   Tarix: 06 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Mərkəzi Bankın qərarı: Kredit faizləri aşağı düşəcək - Əhaliyə ŞAD XƏBƏR

Mərkəzi Bankın faiz dəhlizində etdiyi son dəyişiklik kredit bazarında faizlərin gələcək dinamikası ilə bağlı sualları yenidən gündəmə gətirib. Belə ki, Mərkəzi Bankın İdarə Heyəti sentyabrın 23-də uçot dərəcəsini 6,5 faiz səviyyəsində saxlayıb, faiz dəhlizinin aşağı həddini isə 0,5 faiz bəndi azaldara

28 sentyabr
.

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Azərbaycan qlobal investorlar üçün yeni imkanlar açır

Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxışı ölkəmizin iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərini, qarşıdakı illər üçün müəyyənləşdirilən prioritetləri və Azərbaycanın beynəlxalq iqtisadi sistemdə mövqeyinin gücləndirilməsi perspektivlərin

28 sentyabr
.

Qazi aşpaz vəfat etdi - Foto

Vətən müharibəsi qazisi, gənc aşpaz İlkin Baxışov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov məlumat verib. O bildirib ki, İ.Baxışov Qazaxıstanda fəaliyyət göstərirmiş və 2 ay əvvəl Vətənə qayıdıb. Qazinin ölü

28 sentyabr
.

Gələn ildən maaşlardan tutulmalar ARTACAQ - AÇIQLAMA

Gələn il yanvarın 1-dən etibarən muzdlu işdən əldə edilən gəlirlər üzrə gəlir vergisinin dərəcələri dəyişdiriləcək. Yeni qaydalara əsasən, çalışanların əməkhaqqından tutulacaq gəlir vergisi pilləli sistem üzrə hesablanacaq. Belə ki, aylıq gəlirin 2500 manatadək olan hissəsinə 5 faiz dərəcə tətbiq ediləcək

27 sentyabr
.

Lamiyyə Ələkbərova bu kanalda efirə çıxacaq

Aparıcı Lamiyyə Ələkbərova yeni layihə ilə tamaşaçıların qarşısına çıxacaq. Qaynarinfo xəbər verir ki, aparıcı bu barədə "Instagram" hesabında paylaşım edib. O bildirib ki, bu televiziya mövsümündə TMB kanalında efirə çıxacaq. L.Ələkbərova "Ulduzla danış" verilişinin aparıcısı olacaq

28 sentyabr
.

Bakıda oğlunu öldürən qadın özünü binadan atdı

Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində dəhşətli hadisə baş verib. "Unikal"a istinadən xəbər verir ki, Rəna adlı yaşlı qadın oğlunu bıçaqlayaraq qətlə yetirib. Daha sonra isə yaşadığı binanın 8-ci mərtəbəsinə qalxaraq oradan özünü yerə atıb. Faktla bağlı hadisə yerinə polis və prokurorlu

28 sentyabr
.

Əvəz Zeynallı vəfat etdi

Əvəz Zeynallı vəfat edib. Qaynarinfo xəbər verir ki, bu barədə vəkil Rəşad Vaqifoğlu məlumat yayıb. Qeyd edək ki, Əvəz Zeynallı uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkirdi

28 sentyabr
.

Övladınız 11-17 yaşındadırsa, DİQQƏT: Dələduzlar məhz onları hədəf seçirlər

"11-17 yaş qrupunda olanlar dələduzlar üçün ən əlverişli və asan hədəf sayılır". xəbər verir ki, bunu "RİA Novosti"yə rusiyalı psixoloq, psixologiya elmləri namizədi Svetlana Kolobova deyib. Mütəxəssisin sözlərinə görə, yeniyetmələr daim müstəqilliyə can atır və problemləri özlər

27 sentyabr
.

Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq

Azərbaycanda orta aylıq əməkhaqqının yaxın illərdə artacağı gözlənilir. Maliyyə Nazirliyinin proqnozuna görə, 2030-cu ildə orta maaş 1 551,5 manata çatacaq. Vətəndaşlar üçün əsas sual orta maaşdan daha çox, minimum əməkhaqqının necə dəyişəcəyi ilə bağlıdır. Orta maaş 1 551 manata çatacaqsa, minimum əməkhaqq

27 sentyabr