17 yaşlı qızın ölümündə günahkar kimdir?

17 yaşlı qızın ölümündə günahkar kimdir?Hacıqabulun II Udulu kənd sakini 2007-ci il təvəllüdlü Ayişə Qarayeva Eyvaz qızı qızılcadan ölüb.

Atası Eyvaz Qarayev Bizim.Media-ya verdiyi açıqlamada bildirib ki, qızının ölümünə həkim səhlənkarlığı səbəb olub.

Eyvaz Qarayevin sözlərinə görə, mayın 2-də Ayişə Qarayevaya Hacıqabul Mərkəzi Xəstəxanasının pediatrı Flora Mənsimova əvvəl zəhərlənmə, bir gün sonra isə qızılca diaqnozu qoyub. Mayın 3-də Ayişənin halı pisləşib və qusmağa başlayıb, buna görə də, Təcili Tibbi Yardıma müraciət ediblər.

Atanın iddiasına görə, Təcili Tibbi Yardımın əməkdaşı 20 qramlıq şprislə Ayişənin qol damarında iynə vurub və bir dəqiqənin içində qızın halı ağırlaşıb. Buna görə də, onu Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili Yardım şöbəsinə çatdırıblar.

Təcili Tibbi Yardım Stansiyasının əməkdaşı bildirib ki, Ayişə Qarayevaya iynə vurulanda onsuz da vəziyyəti ağır olub:

"Briqadamız çağırış üçün gedəndə, qızın qızdırması 36 dərəcə olub. Anası əməkdaşlarımıza bildirib ki, qıza Analgin və Dimedrol vurub. Sadəcə o, dayanmadan qusurmuş. Buna görə, Ayişə Qarayevaya qızılcanın ağırlaşması səbəbi ilə venadaxili Kokarboksilaza, Natrium Xlorid və Dimedrol vurulub. Lakin briqadamız iynəni pediatrla məsləhətləşib vurub. Həmin gün növbədə həkim olmadığı üçün qıza ilkin yardımı feldşerlər Tağıyeva Kifayət və Mahmudova Yeganə göstəriblər.

Təcili Yardım şöbəsinə gətiriləndə isə qız qollarında huşunu itirmiş vəziyyətdə imiş, buna görə də, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına göndəriliblər. Bizdə olan məlumata görə, Şirvan Xəstəxanası da qızın vəziyyəti ağır imiş deyə, qəbul etməyib, Bakıya göndərib.

Şirvan Şəhər Mərkəzi Xəstəxanasından isə bildiriblər ki, Ayişə Qarayeva xəstəxanaya gətiriləndə vəziyyəti ağır olub:

"Ayişə Qarayevanın növbətçi həkimi Həmid Pənahov olub. Xəstənin vəziyyəti ağırlaşandan sonra bura gətirilib. Qızılcaya yoluxan bir günün içində rəhmətə gedə bilməz. Onlar evdə yubadıb, sonra xəstəni bura gətiriblər. Valideynin hirsini başa düşürük, övladını itirib, hər şey deyə bilər. Biz vəziyyəti ağırlaşan xəstələri Bakıya göndəririk. Ayişə Qarayeva üçün də Bakı xəstəxanaları ilə əlaqə saxlanılıb, yer olmadığı üçün gözlədiliblər".

"Şirvan Şəhər Mərkəzi Xəstəxanası tibbi avadanlıq və həkimlə təchiz olunmur ki, vəziyyəti ağırlaşan xəstəni Bakıya göndərirsiniz?" sualına isə "Bu mövzuya ancaq rəhbərlik cavab verə bilər", - deyə cavab verilib.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) hələ ki açıqlama verilməyib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1225   Tarix: 06 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Mərkəzi Bankın qərarı: Kredit faizləri aşağı düşəcək - Əhaliyə ŞAD XƏBƏR

Mərkəzi Bankın faiz dəhlizində etdiyi son dəyişiklik kredit bazarında faizlərin gələcək dinamikası ilə bağlı sualları yenidən gündəmə gətirib. Belə ki, Mərkəzi Bankın İdarə Heyəti sentyabrın 23-də uçot dərəcəsini 6,5 faiz səviyyəsində saxlayıb, faiz dəhlizinin aşağı həddini isə 0,5 faiz bəndi azaldara

28 sentyabr
.

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Azərbaycan qlobal investorlar üçün yeni imkanlar açır

Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxışı ölkəmizin iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərini, qarşıdakı illər üçün müəyyənləşdirilən prioritetləri və Azərbaycanın beynəlxalq iqtisadi sistemdə mövqeyinin gücləndirilməsi perspektivlərin

28 sentyabr
.

Qazi aşpaz vəfat etdi - Foto

Vətən müharibəsi qazisi, gənc aşpaz İlkin Baxışov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov məlumat verib. O bildirib ki, İ.Baxışov Qazaxıstanda fəaliyyət göstərirmiş və 2 ay əvvəl Vətənə qayıdıb. Qazinin ölü

28 sentyabr
.

Gələn ildən maaşlardan tutulmalar ARTACAQ - AÇIQLAMA

Gələn il yanvarın 1-dən etibarən muzdlu işdən əldə edilən gəlirlər üzrə gəlir vergisinin dərəcələri dəyişdiriləcək. Yeni qaydalara əsasən, çalışanların əməkhaqqından tutulacaq gəlir vergisi pilləli sistem üzrə hesablanacaq. Belə ki, aylıq gəlirin 2500 manatadək olan hissəsinə 5 faiz dərəcə tətbiq ediləcək

27 sentyabr
.

Lamiyyə Ələkbərova bu kanalda efirə çıxacaq

Aparıcı Lamiyyə Ələkbərova yeni layihə ilə tamaşaçıların qarşısına çıxacaq. Qaynarinfo xəbər verir ki, aparıcı bu barədə "Instagram" hesabında paylaşım edib. O bildirib ki, bu televiziya mövsümündə TMB kanalında efirə çıxacaq. L.Ələkbərova "Ulduzla danış" verilişinin aparıcısı olacaq

28 sentyabr
.

Bakıda oğlunu öldürən qadın özünü binadan atdı

Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində dəhşətli hadisə baş verib. "Unikal"a istinadən xəbər verir ki, Rəna adlı yaşlı qadın oğlunu bıçaqlayaraq qətlə yetirib. Daha sonra isə yaşadığı binanın 8-ci mərtəbəsinə qalxaraq oradan özünü yerə atıb. Faktla bağlı hadisə yerinə polis və prokurorlu

28 sentyabr
.

Əvəz Zeynallı vəfat etdi

Əvəz Zeynallı vəfat edib. Qaynarinfo xəbər verir ki, bu barədə vəkil Rəşad Vaqifoğlu məlumat yayıb. Qeyd edək ki, Əvəz Zeynallı uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkirdi

28 sentyabr
.

Övladınız 11-17 yaşındadırsa, DİQQƏT: Dələduzlar məhz onları hədəf seçirlər

"11-17 yaş qrupunda olanlar dələduzlar üçün ən əlverişli və asan hədəf sayılır". xəbər verir ki, bunu "RİA Novosti"yə rusiyalı psixoloq, psixologiya elmləri namizədi Svetlana Kolobova deyib. Mütəxəssisin sözlərinə görə, yeniyetmələr daim müstəqilliyə can atır və problemləri özlər

27 sentyabr
.

Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq

Azərbaycanda orta aylıq əməkhaqqının yaxın illərdə artacağı gözlənilir. Maliyyə Nazirliyinin proqnozuna görə, 2030-cu ildə orta maaş 1 551,5 manata çatacaq. Vətəndaşlar üçün əsas sual orta maaşdan daha çox, minimum əməkhaqqının necə dəyişəcəyi ilə bağlıdır. Orta maaş 1 551 manata çatacaqsa, minimum əməkhaqq

27 sentyabr