Sevdiyi qadınlardan xəyanət görən, 19 anası olan Xalq artisti

Sevdiyi qadınlardan xəyanət görən, 19 anası olan Xalq artistiDeyirlər insan doğulanda alnına yazılan tale yolu, ömür payı da onunla ömürlük yol-yoldaşı olur... Əfsus ki, hər kəsin alın yazısı heç də ürəkaçan olmur. Onun da doğulduğu ilk gündən payına yalnızlıq, ayrılıq düşüb. Özü istəməsə belə... Hamını güldürən, ürəyində isə həmişə sakit, səssizcə ağlayan Xalq artisti Arif Quliyev. Bu gün sevimli sənətkarın anım günüdür.

Publika.az kiçikdən-böyüyə hamının sevimlisi olan Arif Quliyevi yad edir.

Bir anlıq təsəvvür edin ki, səni dünyaya gətirən qadının ətrini tam duymadan, onu doya-doya içinə çəkmədən səni bir uşaq evinin qapısında buraxıb gedir... Dünyaya gəldiyin tarixi, günü, saatı belə bilmirsən. Doğum tarixin isə uşaq evində yazılır... Lap filmlərdəki kimi. Bilmirəm təsadüfdür, ya zərurət, o, məhz aktyor olmağı seçir. Bəlkə də ona görə ki, amansız həyatın yaşatdığı ağrı-acıları, faciələri unutmaq üçün Arif Quliyev məhz komediya janrına üstünlük verir. Kim bilir, bəlkə bununla təskinlik, rahatlıq tapır?!

"Tufanlar, qaranlıqlar, çətinliklər içində Allah mənə bu sənəti verdi. Həyatıma əks olan obrazı seçdim - güldürmək. Mənim heç bir sənədim yox idi. Məni uşaq evinə qoyub gediblər. Orada mənə Arif deyiblər, doğum ilimi də orada yazdılar."

Arif Quliyev zamanında müsahibələrinin birində deyib bu sözləri.

Üç yaşı olanda qara çarşablı bir qadın onu gətirib Mərdəkanda yerləşən uşaq evinin qarşısına qoyur. Deyir ki, gedim sənə peçenye alıb gəlirəm. Axşam saat 8-ə qədər üç yaşlı Arif uşaq evinin qarşısında həmin qadını gözləyir. Uşaq evinin müdiri işdən çıxıb evə gedəndə, qapının qarşısında üç yaşlı uşağı görür və məsələni anlayıb, onu uşaq evinə aparır...

Soyadı olmadığına görə onu pionerə keçirmirlər. Hər dəfə onun adı gələndə deyirmişlər ki, sən hələ gözlə. Arif bir kənara çəkilib yeni pionerlərə baxıb ağlayırmış. Yəhya adlı müəllimi Arifə deyir ki, valideyninin adı və familiyası olmadığı üçün onu pionerə keçirə bilmirlər. Arif daha çox ağlayanda, müəllim pis olur. Ona deyir, öz atamın adını və soyadını sənə verirəm. Atamın adı Əlidir, qoy, Əli sənin köməyin olsun. Bundan sonra onu pionerə keçirirlər.

Sənədlərə görə, 1950-ci il mayın 16-da indiki Şirvan şəhərində anadan olub.1965-ci ildə Bakı Mədəni-Maarif Texnikumuna imtahan verib. İki imtahandan keçir, birindən isə kəsilir. Artıq internatda yaşamaq hüququ da başa çatdığından, küçədə qalan Arif çarəsiz halda texnikumun qarşısında dayanır. Oranın direktoru Cavahir xanım Arifi görüb yanına çağırır, biləndə ki, onun heç kimi və qalmağa yeri yoxdur, özü ilə evinə aparır, paltarlarını yuyub, yemək verir. Ertəsi gün isə onu texnikumun "Dram və kino aktyorluğu" fakültəsinə qəbul edir. Arif Quliyev 1965-1968-ci illərdə Bakı Mədəni-Maarif Texnikumunun Dram və kino aktyorluğu fakültəsində, 1973-1975-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili komediya aktyorluğu fakültəsində təhsil alıb.

Əmək fəaliyyətinə 1965-ci ildə Mingəçevir Dövlət Dram Teatrında aktyor kimi başlayan Arif Quliyev 1975-ci ildə Musiqili Komediya Teatrına dəvət edilib. Bu teatrın səhnəsində bir-birindən fərqli, özünəməxsus obrazlar yaradıb. "Təzə gəlin", "Gözün aydın", "Durna", "Gurultulu məhəbbət", "Özümüz bilərik", "Hicran", "Ev bizim, sirr bizim", "Məşədi İbad", "Məhəbbət, şeytan və ağ ölüm" səhnə əsərlərində canlandırdığı obrazlar tamaşaçılar tərəfindən həmişə sevilərək izlənilib.

Mingəçevir Dövlət Dram Teatrında işləyən dövrdə bir gün aktyorlardan biri xəstələndiyi üçün Arif Quliyev səhnəyə onun yerinə çıxmalı olur. Gənc aktyorun çıxışı birinci katibin çox xoşuna gəlir. Bu çıxışdan sonra katibin göstərişi ilə Arifə mənzil verilir. Evsiz-eşiksiz doğulan Arifin artıq öz evi var idi. İndi qalırdı o evə gəlin gətirmək. Bu məsələdə də teatrın kollektivi ona yardım edir. Tanış ailənin qızına elçi gedirlər. Kollektivin öz pulu ilə qıza nişan üzüyü də alırlar. Həmin ərəfədə Arif hərbi xidmətə gedir. Qayıdanda isə həyatının ikinci böyük xəyanəti ilə üzləşir. Nişanlısının başqasının sevdiyini eşidən Arif ondan ayrılır. Onu dünyaya gətirən ana kimi, seçib-sevdiyi yarı da onu yarı yolda buraxır. Elə həmin ərəfədə başqa bir qızı sevir, ona çox bağlanır. Onların evinə gedib anasına qızını istədiyini və fikrinin ciddi olduğunu deyir. Qızın anası artistə qız verməyəcəyini deyir. Arif məcburiyyət qarşısında qalıb, sevdiyi qızdan ayrılır. Arif Quliyev aktyor kimi məşhurlaşandan sonra qızın anası onun yanına "elçiliyə" gəlir, qızını ona vermək istədiyini bildirir. Bu dəfə də Arif onlara "yox" cavabını verərək yola salır.

Arif Quliyev 1977-ci ildə Gülzar adlı xanımla ailə həyatı qurur. Toy ərəfəsində bir qadın onun yanına gəlib anası olduğunu deyir. Arif onun dediyi nişanələrə əhəmiyyət vermədən, həmin qadını anası kimi qəbul edib, onunla ünsiyyət qurur, toyuna dəvət edir. Sonrakı illərdə isə özünü Arifin anası hesab edən on doqquz qadın ona müraciət edir. Arif onların hamısını ana kimi qəbul edir, heç birinin xətrinə dəymir. Gülzar xanımla evlilikdən onların iki oğlu, bir qızı dünyaya gəlir. Həyat isə onu sınamağa davam edir. Arif Quliyevin oğlu Fərid günlərin birində dostları ilə birlikdə Fariz adlı bir gəncin ölümünə bais olur. Fərid həbs olunur, uzun illik həbs həyatı və vərəm xəstəliyi Fəridin həyatdan erkən köçməsinə səbəb olur. 2012-ci ildə Arif Quliyev oğlunu torpağa tapşırır. Övlad itkisi onu növbəti dəfə sındırır bu həyatda. O isə üzdə gülərək, acısını ürəyində yaşayır hər zaman etdiyi kimi.

Arif Quliyevin "Şans", "Bığ əhvalatı", "Qayınana", "Lift əhvalatı", "Yarım ştat", "Evləri köndələn yar" və digər teletamaşalarda yaratdığı rollar onu böyük uğur gətirir.

"Bəyin oğurlanması", "Yaramaz", "Bəxt üzüyü", "O dünyadan salam", "Qəm pəncərəsi", "Mənim ağ şəhərim", "Alma almaya bənzər", "Ağ gəmi" bədii filmlərindəki obrazları isə onun bu həyatdakı ən böyük uğuru olur. Təkcə "Bəyin oğurlanması" filmindəki "Mənəm ey ad dədə, Miriş" və ya "Salam, sağ ol" səhnələri bu gün də hər birimizin dillər əzbəridir. Bir sənətkar üçün bundan böyük uğur ola bilməz.

Müxtəlif teatrlarda çalışan Arif Quliyevin yaradıcılığı qiymətləndirilib, 1989-cu ildə Əməkdar artist, 1993-cü ildə Xalq artisti fəxri adlarına layiq görülüb. "Humay", "Qızıl dərviş" mükafatları və "Sənətkar" medalı ilə təltif olunan aktyor Prezidentin fərdi təqaüdçüsü olub.

Müsahibələrinin birində deyib ki, "Mən Allahımdan çox razıyam. Məndən ata-ana sevgisini alsa da, o hissin nə olduğunu yaşatmasa da, böyük bir xalqın, Azərbaycan boyda böyük günəşin, sevgisini, məhəbbətini mənə hər zərrəsinə kimi yaşadıb".

Ruhunuz şad olsun, xalqın ən sevimli sənətkarı! Nə qədər ki, o günəş parlayır, siz də hər zaman yaddaşlarda qalacaqsınız!


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 946   Tarix: 08 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Nirezo Official Azərbaycanın tanınmış endirim bloq səhifəsi

Azərbaycanda sosial media üzərindən endirimlər, kampaniyalar və sərfəli alış-veriş imkanlarını izləyicilərə çatdıran Nirezo Official ölkənin ən tanınmış endirim platformalarından biri kimi fəaliyyət göstərir. Müxtəlif sosial şəbəkələrdə geniş auditoriyaya sahib olan platforma hər gün minlərlə istifadəçin

17 iyun
.

Gəncədə 11-ci sinif şagirdini öldürən məktəbliyə hökm oxundu - FOTO

Gəncədə orta məktəbin qarşısında şagirdi qətlə yetirən yeniyetməyə hökm oxunub. -ın məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Fərid Şabanovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Məhkəmənin hökmü ilə F.Şabanov 10 il azadlıqdan məhru

29 iyun
.

Kasım-Jomart Tokayev Azərbaycan və Gürcüstanla birgə layihələrdən danışdı

"Transxəzər beynəlxalq nəqliyyat marşrutunun potensialının gücləndirilməsi üçün Azərbaycan və Gürcüstanla vahid uzunmüddətli tarif modelinin tətbiqi müzakirə olunur". -ın -ya istinadən xəbərinə görə, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aralıq dənizi Gəmiçiliyi şirkətinin ba

24 iyun
.

Kafedə dava: Ünvansız söyüş söydü, dostunu qətlə yetirdi

Gəncə Ağır Cinayətlər Məhkəməsində tanışını qətlə yetirməkdə təqsirləndirilən Xudat Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. -ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə X.Məmmədov 11 il azadlıqdan məhrum edilib. İttihama görə, Xudat Məmmədo

19 iyun
.

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

2026-cı ilin yanvar-may ayları üzrə ölkədə ən yüksək maaş mədənçıxarma sənayesində olub. Qaynarinfo xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, mədənçıxarma sənayesində orta aylıq əməkhaqqı 4 327,8 manat təşkil edib. Belə ki, mədənçıxarma sənayesində dövlət işçilərinin orta aylıq maaş

18 iyun
.

Prezidentlər İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar

İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar. AZƏRTAC xəbər verir ki, Türkmənistan Prezidentinə işğal dövründ

23 iyun
.

NASA-nın məxfi sənədlərində Ayda yadplanetli bazasının ehtimalı qeyd olunub

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) ictimaiyyətə açıqladığı yeni məxfi sənədlərdə Ay səthində yadplanetlilərə aid bazanın olması ehtimalından bəhs edilir. -ın məlumatına əsasən, sözügedən faktla bağlı "Daily Mirror" nəşri xəbər yayıb. Məlumata görə, ABŞ hakimiyyətini

17 iyun
.

Avropa Azərbaycanla əməkdaşlığı genişləndirir

Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin iyulun 1-də Azərbaycana səfəri 2022-ci ildən sonra onun ölkəmizə ikinci səfəri kimi dəyərləndirilir. Belə ki, 2022-ci ildə Ursula fon der Lyayen Azərbaycana səfər etmiş və həmin səfər çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsind

3 iyul
.

Binəqədidə İÇMƏLİ SU PROBLEMİ: "Üç gündür susuz qalmışıq, cavab verən də yoxdur"

"Binəqədi rayonunda içməli suyun verilişində fasiləyə səbəb ərazini qidalandıran içməli su xəttində baş verən qəza olub. Bu məlumat -a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilib. "Ərazidə təmir işləri görülərək xətt bərpa edilib. Axşam saatlarına qədər bütün ərazilər üzrə suyu

16 iyun