Bakıda kişi sevgilisinə "mənim olmalısan" deyib qanını tökdü
Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində yerləşən "Sahil bağı" parkında "yox" cavabı aldığı üçün sevdiyi qızı bıçaqlayan şəxsə hökm oxunub.
"Qaynarinfo"nun məlumatına görə, 1997-ci ildə Şəki şəhərində anadan olmuş Sadıq Hüseynovun (soyad şərti) cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Məhkəmə iclasında məlum olub ki, Sadıq 2017-ci ildən Şəki şəhərində Aytənlə (şərti ad) dostluq münasibətləri olub. 2021-ci ildə Aytən Azərbaycan Universitetinin Filologiya fakültəsinə daxil olduqdan sonra təhsil almaq üçün Bakı şəhərinə gəlib. Sadıq da Bakıda işləyib və mütəmadi onunla əlaqə saxlayıb, daha sonra evlənmək təklifini edib. Amma qız təklifə "yox" cavabı verib. Aytən Sadıqdan ona zəng etməməsini və axtarmamasını xahiş edib. Lakin oğlan ondan əl çəkməyib.
2023-cü ilin iyun ayında Şəki şəhərində olarkən Sadıq sosial şəbəkə vasitəsilə onunla əlaqə saxlayaraq, hədə-qorxu gəlib və qızın şəkillərini paylaşıb. Aytən Şəki şəhər Polis Şöbəsinə şikayət edib və bununla əlaqədar araşdırma aparılıb. Lakin Sadıq ondan əl çəkməyərək, mütəmadi qızla müxtəlif vasitələrlə əlaqə saxlayaraq onunla ailə həyatı qurmasa, onu öldürəcəyini deyib. Aytən 13 sentyabr 2023-cü il tarixdə Şəki şəhərindən Bakıya qayıdıb. 15 sentyabr 2023-cü il tarixdə saat 13 radələrində rəfiqəsi Aytacla birlikdə universitetdən çıxıb, metronun Sahil stansiyasına gedib. Onlar Nizami küçəsində sərgidə iştirak ediblər. Saat təxminən 14:15 radələrində rəfiqəsi Aytac metroya tərəf gedib, Aytən isə Sahil bağında skamyada oturub. Bundan bir neçə dəqiqə sonra Sadıq ona yaxınlaşıb, danışmağa başlayıb, "səni yaşamağa qoymayacağam, əl çəkməyəcəyəm, sən mənim olmalısan, əks təqdirdə səni öldürəcəyəm" deyib. Daha sonra Sadıq Aytənin kürəyindən, qolundan, belindən, boynundan və üzündən bıçaqla vurub.
Məhkəmənin qərarı ilə Sadıq Hüseynov Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 2 il müddətinə azadlıqdan məhrum edilib.
Sonxeber.az
Telegramda izləyin
Baxılıb: 706 Tarix: 08 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qızı şikayət etdi, anası cəzalandırıldı - Ailə münaqişəsinə səbəb nə olub?
Sumqayıt şəhərində azyaşlı övladının üzünü cıran ana cəzalandırılıb. Qaynarinfo-nun məlumatına görə, 1994-cü ildə Abşeron rayonunun Novxanı kəndində anadan olmuş C.V. barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş protokola məhkəmədə baxılıb. V.V. övladının şikayəti əsasınd
18 iyunZakir Həsənov yeni generallara rütbələrini təqdim etdi
Müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 26-da Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən ali hərbi rütbələr verilən hərbi qulluqçularla görüşüb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, tədbirdə Müdafiə Nazirliyinin hərbi qulluqçularına "general-mayor"
26 iyunTovuzda gənc oğlan çayda batdı
Tovuz rayonunda gənc oğlan çayda çimərkən batıb. -ın məlumatına görə, hadisə rayonun Dondar Quşçu kəndi ərazisində qeydə alınıb. Ağdam rayon sakini - 2004-cü il təvəllüdlü İlham Şirinov Tovuz çayında çimərkən boğulub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və polis əməkdaşları cəl
16 iyunTürkiyədə sursat anbarında PARTLAYIŞ: Ölənlər var
Türkiyənin Kırıkkale bölgəsində özəl bir şirkətə məxsus sursat anbarı və utilizasiya müəssisəsində baş verən partlayış nəticəsində iki nəfər həlak olub. xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Kırıkkale valiliyindən verilən məlumata görə, hadisədən dərhal sonra müvafiq qurumla
23 iyun26 yaşlı Yevlax sakininin meyiti kanalda tapıldı
Bərdə rayonunda kanaldan meyit tapılıb. -ın əldə etdiyi məlumata görə, hadisə rayonun Qarağacı kəndinin ərazisindən keçən Yuxarı Qarabağ su kanalında aşkar edilib. Yevlax rayon sakini 200-ci il təvəllüdlü Mahir Nadirovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti kanalda tapılıb. Faktla bağlı araşdırm
23 iyunAzərbaycanda bəzi dövlət qurumlarının qarşısında yeni tələblər qoyulur
Azərbaycanda bəzi dövlət qurumlarının qarşısında yeni tələblər qoyulur. Sözügedən məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə çıxarılan "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksin
24 iyunHava KƏSKİN DƏYİŞİR: Bu tarixdən LEYSAN BAŞLAYIR - XƏBƏRDARLIQ
Sentyabrın 5-i günün ikinci yarısında dağlıq ərazilərdə, 6-sı gündüz isə şimal və qərb rayonlarından başlayaraq 8-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli leysan xarakterli intensi
5 sentyabrTürkiyədə mədəndə uçqun: Ölən var
Türkiyənin Bolu bölgəsində mədəndə baş verən uçqun nəticəsində bir nəfər ölüb. xəbər verir ki, bu barədə "İhlas" agentliyi məlumat yayıb. Hadisə Mengen rayonu ərazində baş verib. Hələlik hadisənin səbəbi məlum deyil. Ərazidə axtarış-xilasetmə əməliyyatları aparılır
17 iyun