Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO

Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTOİlqar Anzor oğlu Mirzəyev 8 may 1973-cü ildə Gürcüstan Respublikasının Qardabani şəhərində anadan olub.

1980-ci ildə həmin şəhərdə orta məktəbə daxil olub, 1990-cı ildə bitirib. 1991-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olub. 1995-ci ildə Ali Hərbi Məktəbi bitirdikdən sonra leytenant rütbəsi ilə xidmətə başlayıb.

2000-ci ildə hərbi xidmətdə fərqlənərək, bir çox uğura imza atıb. Komandir kimi diviziya birincisi olduqdan sonra ona vaxtından əvvəl mayor rütbəsi verilib. 2003-2005-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında ixtisası üzrə təhsilini təkmilləşdirib. Müxtəlif illərdə Bakı, Gəncə, Naxçıvan, Beyləqan, Goranboy və Şəmkir şəhərlərində hərbi xidmətdə olub.

Xidməti dövründə " Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)", " Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)", " Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalları, "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı, " Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalı və "Qüsursuz xidmətə görə" medalının hər üç dərəcəsi ilə təltif olunub.

2016-cı ildə Aprel döyüşləri zamanı şücaət və qəhrəmanlıq göstərib, polkovnik-leytenant rütbəsindən polkovnik rütbəsinə yüksəlib. Həmin il "Vətənə Xidmətə görə" II və III dərəcəli ordenləri ilə təltif olunub.

2019-cu il fevralın 23-də 3-cü Ordu korpusunun Artilleriya rəisi təyin olunub. Azərbaycan Silahlı Qüvvələrinin polkovniki İlqar Mirzəyev 14 iyul 2020-ci ildə Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub.

Onun cənazəsi Bakıda böyük izdihamla qarşılanıb. Şəhid polkovnik İlqar Mirzəyev iyulun 15-də Bakı şəhərində yerləşən II Fəxri Xiyabanda dəfn edilib.

Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə polkovnik İlqar Mirzəyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" fəxri adına layiq görülüb.

İlqar Mirzəyev ailəli olub. Bir oğul və bir qızı yadigar qalıb.
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTOBu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTOBu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTOBu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTOBu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 1000   Tarix: 08 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qızı şikayət etdi, anası cəzalandırıldı - Ailə münaqişəsinə səbəb nə olub?

Sumqayıt şəhərində azyaşlı övladının üzünü cıran ana cəzalandırılıb. Qaynarinfo-nun məlumatına görə, 1994-cü ildə Abşeron rayonunun Novxanı kəndində anadan olmuş C.V. barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş protokola məhkəmədə baxılıb. V.V. övladının şikayəti əsasınd

18 iyun
.

Zakir Həsənov yeni generallara rütbələrini təqdim etdi

Müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 26-da Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən ali hərbi rütbələr verilən hərbi qulluqçularla görüşüb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, tədbirdə Müdafiə Nazirliyinin hərbi qulluqçularına "general-mayor"

26 iyun
.

Tovuzda gənc oğlan çayda batdı

Tovuz rayonunda gənc oğlan çayda çimərkən batıb. -ın məlumatına görə, hadisə rayonun Dondar Quşçu kəndi ərazisində qeydə alınıb. Ağdam rayon sakini - 2004-cü il təvəllüdlü İlham Şirinov Tovuz çayında çimərkən boğulub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və polis əməkdaşları cəl

16 iyun
.

Türkiyədə sursat anbarında PARTLAYIŞ: Ölənlər var

Türkiyənin Kırıkkale bölgəsində özəl bir şirkətə məxsus sursat anbarı və utilizasiya müəssisəsində baş verən partlayış nəticəsində iki nəfər həlak olub. xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Kırıkkale valiliyindən verilən məlumata görə, hadisədən dərhal sonra müvafiq qurumla

23 iyun
.

26 yaşlı Yevlax sakininin meyiti kanalda tapıldı

Bərdə rayonunda kanaldan meyit tapılıb. -ın əldə etdiyi məlumata görə, hadisə rayonun Qarağacı kəndinin ərazisindən keçən Yuxarı Qarabağ su kanalında aşkar edilib. Yevlax rayon sakini 200-ci il təvəllüdlü Mahir Nadirovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti kanalda tapılıb. Faktla bağlı araşdırm

23 iyun
.

Azərbaycanda bəzi dövlət qurumlarının qarşısında yeni tələblər qoyulur

Azərbaycanda bəzi dövlət qurumlarının qarşısında yeni tələblər qoyulur. Sözügedən məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə çıxarılan "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksin

24 iyun
.

Hava KƏSKİN DƏYİŞİR: Bu tarixdən LEYSAN BAŞLAYIR - XƏBƏRDARLIQ

Sentyabrın 5-i günün ikinci yarısında dağlıq ərazilərdə, 6-sı gündüz isə şimal və qərb rayonlarından başlayaraq 8-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli leysan xarakterli intensi

5 sentyabr
.

Ebola virusu Avropa və Asiyaya yayıla bilər - Yaxın bir ayda risk altında olan ölkələr

Ebola virusuna yoluxmuş Afrika sakinlərinin 30 gün ərzində Avropa və Asiyanın əsas tranzit hava limanlarında olması ehtimalı yüksəkdir. -ın xəbərinə görə, bu barədə yapon alimlərinin - Ryo Kinosita, Motoi Sudzuki və Daysuke Yoneokinin "medRxiv" portalında dərc olunmuş riyazi modelləşdirməsind

16 iyun
.

Türkiyədə mədəndə uçqun: Ölən var

Türkiyənin Bolu bölgəsində mədəndə baş verən uçqun nəticəsində bir nəfər ölüb. xəbər verir ki, bu barədə "İhlas" agentliyi məlumat yayıb. Hadisə Mengen rayonu ərazində baş verib. Hələlik hadisənin səbəbi məlum deyil. Ərazidə axtarış-xilasetmə əməliyyatları aparılır

17 iyun