Bu ailələrə 120 manat uşaqpulu VERİLƏ BİLƏR! - AÇIQLAMA

Bu ailələrə 120 manat uşaqpulu VERİLƏ BİLƏR! - AÇIQLAMAİllərdir Azərbaycanda ən aktual məsələlərdən biri uşaqpulunun bərpasıdır. Uşaqpulu əsasən dövlət tərəfindən ailələrə övladlarının ehtiyaclarını qarşılaması üçün verdiyi bir müavinət növüdür. Bu yardım əsasən dünya ölkələri və qonşu dövlətlərdə maddi cəhətdən problemli olan, uşaqların daha sağlam böyüməsi və həyatını davam etdirmələri üçün verilir. Bildiyimiz kimi, Azərbaycanda uzun ilərdir uşaqpulu ləğv edilir. Hər il aktuallaşsa da bu istiqamətdə müəyyən bir nəticə əldə olunmur. İqtisadçı ekspertlər bu yardımın bərpa edilməməsini dövlət büdcəsinə ağır yük gətirməsi ilə əlaqələndirirlər.

Lakin, sosioloqlar bu yanaşma ilə razılaşmır. Onlar düşünür ki, bu gün əhalinin sayının artmasını istəyiriksə, mütləq uşaqpulu verilməlidir. Bəs Azərbaycanda 14 yaşına qədər uşağı olan ailələrə 120 manat məbləğində uşaqpulu verilə bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan sosioloq Əhməd Qəşəmoğlu deyib ki, hər dəfə bu uşaqpulu məsələsi gündəmə gələndə ölkədə bir problem yaranır.

"Dərhal deyirlər ki, fond bu pulun bərpasına çatmır. Sanki bu məsələyə qarşı səhlənkar bir münasibət var. Amma ölkədə doğurdan bir çox uşaqların bu pula böyük ehtiyacı var. Amma birdən deyəndə ki, bu pul bütün uşaqlara verilsin. Sonra hesablayanda görülür ki, büdcədə uşaqpulu üçün çox pul lazım olur. Həqiqətən hesablanmış məbləğ böyük olur. Mənim fikrimcə buna differensial yanaşma lazımdır. Elə ailələr var ki, orada maddi imkanlar normal olduğundan, onlara uşaqpulu verilməsə elə böyük problem olmur. Əlbəttə ki, onlarada bu pul verilsə mənəvi cəhətdən yaxşı olar. Amma indi əgər ölkənin imkanı yoxdursa, təbii ki, bu pulu hamıya verə bilmərik".

Sosioloqun sözlərinə görə, bu baxımdan məsləyə real baxmaq lazımdır. Elə uşaqlar var ki, onların bu pula çox ehtiyacı var:

"Həmin uşaqlara bu məbləği vermək lazımdır. 100-120 belə olsa bu məbləğ həmin uşaqlara verilməlidir və lazımdır. Çünki uşağın yetişməsi üçün buna ehtiyac var. Lakin burada müvafiq işlər görülməlidir. Amma veriləcək pulun üzərində nəzarət mexanizmi olmalıdır. Həqiqətən valideyn həmin pulu nəyə xərcləyir. Belə ki, valideyn o pulu yığıb uşağa xərcləməyə belə bilər. Bu kimi məsələlərin həll yolunu tapmaq lazımdır. Amma mənim fikrimcə, ölkədə uşaqların çox böyük hissəsinə hökmən bu pul verilməlidir. Elə olur ki, uşaq xəstələnir yaxud qidalanmasında problem yaranır. Ona görə də burada yaxşı bir sistem yaradılmalı və həmin məbləğ mütləq şəkildə verilməlidir".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 1355   Tarix: 08 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qızı şikayət etdi, anası cəzalandırıldı - Ailə münaqişəsinə səbəb nə olub?

Sumqayıt şəhərində azyaşlı övladının üzünü cıran ana cəzalandırılıb. Qaynarinfo-nun məlumatına görə, 1994-cü ildə Abşeron rayonunun Novxanı kəndində anadan olmuş C.V. barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş protokola məhkəmədə baxılıb. V.V. övladının şikayəti əsasınd

18 iyun
.

Zakir Həsənov yeni generallara rütbələrini təqdim etdi

Müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 26-da Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən ali hərbi rütbələr verilən hərbi qulluqçularla görüşüb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, tədbirdə Müdafiə Nazirliyinin hərbi qulluqçularına "general-mayor"

26 iyun
.

Tovuzda gənc oğlan çayda batdı

Tovuz rayonunda gənc oğlan çayda çimərkən batıb. -ın məlumatına görə, hadisə rayonun Dondar Quşçu kəndi ərazisində qeydə alınıb. Ağdam rayon sakini - 2004-cü il təvəllüdlü İlham Şirinov Tovuz çayında çimərkən boğulub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və polis əməkdaşları cəl

16 iyun
.

Türkiyədə sursat anbarında PARTLAYIŞ: Ölənlər var

Türkiyənin Kırıkkale bölgəsində özəl bir şirkətə məxsus sursat anbarı və utilizasiya müəssisəsində baş verən partlayış nəticəsində iki nəfər həlak olub. xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Kırıkkale valiliyindən verilən məlumata görə, hadisədən dərhal sonra müvafiq qurumla

23 iyun
.

26 yaşlı Yevlax sakininin meyiti kanalda tapıldı

Bərdə rayonunda kanaldan meyit tapılıb. -ın əldə etdiyi məlumata görə, hadisə rayonun Qarağacı kəndinin ərazisindən keçən Yuxarı Qarabağ su kanalında aşkar edilib. Yevlax rayon sakini 200-ci il təvəllüdlü Mahir Nadirovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti kanalda tapılıb. Faktla bağlı araşdırm

23 iyun
.

Azərbaycanda bəzi dövlət qurumlarının qarşısında yeni tələblər qoyulur

Azərbaycanda bəzi dövlət qurumlarının qarşısında yeni tələblər qoyulur. Sözügedən məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə çıxarılan "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksin

24 iyun
.

Hava KƏSKİN DƏYİŞİR: Bu tarixdən LEYSAN BAŞLAYIR - XƏBƏRDARLIQ

Sentyabrın 5-i günün ikinci yarısında dağlıq ərazilərdə, 6-sı gündüz isə şimal və qərb rayonlarından başlayaraq 8-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli leysan xarakterli intensi

5 sentyabr
.

Ebola virusu Avropa və Asiyaya yayıla bilər - Yaxın bir ayda risk altında olan ölkələr

Ebola virusuna yoluxmuş Afrika sakinlərinin 30 gün ərzində Avropa və Asiyanın əsas tranzit hava limanlarında olması ehtimalı yüksəkdir. -ın xəbərinə görə, bu barədə yapon alimlərinin - Ryo Kinosita, Motoi Sudzuki və Daysuke Yoneokinin "medRxiv" portalında dərc olunmuş riyazi modelləşdirməsind

16 iyun
.

Türkiyədə mədəndə uçqun: Ölən var

Türkiyənin Bolu bölgəsində mədəndə baş verən uçqun nəticəsində bir nəfər ölüb. xəbər verir ki, bu barədə "İhlas" agentliyi məlumat yayıb. Hadisə Mengen rayonu ərazində baş verib. Hələlik hadisənin səbəbi məlum deyil. Ərazidə axtarış-xilasetmə əməliyyatları aparılır

17 iyun