Qazaxıstan, Özbəkistan və Qırğızıstan Qələbə Gününü nə üçün qeyd etmirlər?
Qazaxıstan, Özbəkistan və Qırğızıstan Qələbə Günü ilə bağlı tədbirlərdən imtina edirlər.
"Life.ru"-ya açıqlama verən ekspertlər bəzi MDB respublikalarının belə bir qərar qəbul etməsini şərh ediblər.
Xatırladaq ki, Qazaxıstan bu il bayrama qənaət edir. Ölkə ardıcıl üçüncü ildir ki, maliyyə çatışmazlığı səbəbindən bu tədbirləri keçirmir. Qazaxıstanın bölgələrinə "Ölməz alay" da daxil olmaqla, istənilən aksiyasının qarşısını almaq əmri verilib. Pandemiyanın gəlişi ilə Astana artıq beşinci ildir ki, Qələbə Günündən imtina edir.
Qırğızıstanda da "Ölməz alay"ın yürüşündən imtina edilib. Ölkənin Daxili İşlər Nazirliyi açıqlayıb ki, mövcud qərar ictimai təhlükəsizliyə mövcud təhdidlər nəzərə alıaraq qəbul ediib. Lakin səlahiyyətlilər bunun dəqiq səbəblərini açıqlamayıblar.
Özbəkistanda isə 1999-cu ildən Qələbə Günü Xatirə və Şərəf Günü ilə əvəz olunub.
Rusiyanın Dövlət Dumasının deputatı Anatoli Vasserman hesab edir ki, Qırğızıstan və Qazaxıstan hakimiyyətinin gətirdiyi səbəblər doğrudur. Eyni zamanda, o, bu respublikaların SSRİ-dən uzaqlaşmaq istəyini də istisna etməyib.
"Sovet dövrünün ən parlaq anlarını və ən başlıcası - Rusiya, Ukrayna, Tacikistan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Baltikyanı və Qafqaz ölkələrinin iştirak etdiyi ümumi Qələbəmizi şübhə altına alaraq, ortaq keçmişi unutdurmağa çalışırlar, silmək istəyirlər" – deyə siyasətçi vurğulayıb.
Avrasiya Analitik Klubunun rəhbəri Nikita Mendkoviç isə deyib ki, regional elitaların Qələbə Gününü qeyd etməmək cəhdlərinin əsl səbəbləri onların kursu ilə bağlıdır. /BAKU.WS
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 3369 Tarix: 08 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Okeanın dibində yeni bir ada yaranır
Papua Yeni Qvineya sahilləri yaxınlığında peyklər tərəfindən qeydə alınan vulkanik aktivlik okeanın dibində yeni adanın formalaşa biləcəyini göstərir. Alimlər bölgədəki istilik anomaliyalarını və püskürmə prosesini izləyərək bu nadir təbiət hadisəsini araşdırırlar. Qaynarinfo xəbər verir ki, Papua Yen
6 iyulHamıdan sonra o gəldi - Video
Ankarada keçirilən NATO Dövlət və Hökumət Başçıları Zirvəsi çərçivəsində Prezident Kompleksində təşkil olunan rəsmi şam yeməyinə son qatılan lider İtaliyanın Baş naziri Corciya Meloni olub. "Qafqazinfo" xəbər verir ki, Melonini Prezident Kompleksində Türkiyənin Vitse-prezidenti Cevdet Yılma
8 iyulBritaniyada 1976-cı ildən bəri görünməmiş istilərlə üzləşəcək
Böyük Britaniya hakimiyyəti İngiltərə ərazisində isti hava ilə əlaqədar narıncı və sarı xəbərdarlıq elan edib. Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, ölkə 1976-cı ildən bəri müşahidə olunan ən uzunmüddətli istilik dalğalarından birinə hazırlaşır. Proqnozlara əsasən, temperatur bölgələr üzrə fərqlənəcək
9 iyulAvropada anomal istilər dalğası - Ən təhlükəli vəziyyət NƏ VAXTA GÖZLƏNİLİR?
Avropa ölkələri yeni anomal istilərlə üzləşib. -ın xəbərinə görə, bu barədə Avropa İstilik Monitorinq Sistemi (EFFIS) məlumat yayıb. Qeyd edilib ki, iyul ayında həddindən artıq istilik səbəbindən baş verən meşə yanğınları 126 00 hektardan çox ərazini məhv edib ki, bunlardan təxminən 40%-i İspaniyanı
11 iyulPeruda indiyədək məlum olmayan kakao növləri aşkar edilib
Peru kakaosu ilə bağlı yeni araşdırma dünyada ən sevilən şirniyyatlardan biri olan şokoladın mənşəyi haqqında təsəvvürləri dəyişdirib. Tədqiqat zamanı alimlər əvvəllər məlum olmayan dörd yeni kakao növü aşkar ediblər. Onlardan ikisinin gələcəkdə yüksəkkeyfiyyətli şokolad istehsalı üçün xüsusilə perspektivl
8 iyulPaşinyan Rusiyaya getdi
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya işgüzar səfərə yola düşüb. Qaynarinfo xəbər verir ki, bu barədə Ermənistan mediası ölkənin Nazirlər Kabinetinə istinadən məlumat yayıb. N.Paşinyan Yekaterinburqda "İnnoprom-2026" sərgisində iştirak edəcək. Səfər çərçivəsində onun Rusiyanın Ba
6 iyul