Ermənilər Nizaminin kəlləsini oğurlayıblar: Xalq artistinin iddiasına alimdən şok cavab - VİDEO

Ermənilər Nizaminin kəlləsini oğurlayıblar: Xalq artistinin iddiasına alimdən şok cavab - VİDEOXəbər verdiyimiz kimi, Xalq artisti Afaq Bəşirqızı "Şən gənc" layihəsində qəribə açıqlama ilə diqqət çəkib. Onun "Sizdən nəsə oğurlayıblar" sualına cavabı ilə hər kəsi təəccübləndirib.

Bildirib ki, o vaxt Nizami Gəncəvinin üzünü təyin etmək üçün başının skeletini aparıblar. Onu da aparan ermənilər olub və skleti oğurlayıblar.

Mövzu ilə bağlı Publika.az Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçısi, filologiya üzrə fəlsəfə doktoru, dosent, Nizamişünas alim Zəhra Allahverdiyevanın fikirlərini öyrənib.

Zəhra Allahverdiyeva bildirdi ki, burada heç bir oğurluqdan söhbət gedə bilməz:

"Əslində bu belə deyil, 1938-39-cu illərdə iki dəfə Gəncədə Nizami Gəncəvinin qəbri ətraflında qazıntı işləri aparılıb. Bu, dövlətin qərarı ilə olub. Çünki 41-ci ildə onun yubileyini keçirəcəkdilər. Söhbət Bağırovun hakimiyyəti illərindən gedir. SSRİ dövrü idi və həmin dövrdə dövlət xətti ilə Gəncədə qazıntı işləri aparılırdı. Gəncəvinin qəbrindən tapılan əşyaları Sankt-Peterburqda yerləşən Ermitaja göndərirdilər. Orada xüsusi, böyük bir Nizami bölməsi açılmışdı. Nizaminin 800 illik yubileyinə hazırlıq işləri gedirdi. Həmin dövrdə Nizaminin kəllə sümüyünü də eksperiment üçün aparıblar. Bu haqda Azərbaycan televiziyasının sənədli filimi var. O filimdə göstəriblər ki, sovet alimi Mixail Gerasimov Gəncəvinin kəllə sümüyünü araşdırır, tədqiq edir. Araşdırmaqda məqsəd o olub ki, bu insanda hansı fiziki, bioloji dəyişikliklər var ki, belə dahiyanə əsərlər yazıb? Həmin filmdə Mixail Gerasimovun özünü göstərirlər və orada belə bir epizod gedir ki, sovet alimi Nizami Gəncəvinin kəllə sümüyünü araşdırır. Sonra həmin sümük aparılır Sankt-Peterburqa. Lakin orada eksponat kimi göstərilib-göstərilmədiyi yazılmayıb.

Yəni həqiqətən də Nizaminin kəllə sümüyü Rusiyaya aparılıb, ancaq burada oğurluqdan söhbət gedə bilməz".

Xəbər verdiyimiz kimi, Xalq artisti Afaq Bəşirqızı "Şən gənc" layihəsində qəribə açıqlama ilə diqqət çəkib. Onun "Sizdən nəsə oğurlayıblar" sualına cavabı ilə hər kəsi təəccübləndirib.

Bildirib ki, o vaxt Nizami Gəncəvinin üzünü təyin etmək üçün başının skeletini aparıblar. Onu da aparan ermənilər olub və skleti oğurlayıblar.

Mövzu ilə bağlı Publika.az Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçısi, filologiya üzrə fəlsəfə doktoru, dosent, Nizamişünas alim Zəhra Allahverdiyevanın fikirlərini öyrənib.

Zəhra Allahverdiyeva bildirdi ki, burada heç bir oğurluqdan söhbət gedə bilməz:

"Əslində bu belə deyil, 1938-39-cu illərdə iki dəfə Gəncədə Nizami Gəncəvinin qəbri ətraflında qazıntı işləri aparılıb. Bu, dövlətin qərarı ilə olub. Çünki 41-ci ildə onun yubileyini keçirəcəkdilər. Söhbət Bağırovun hakimiyyəti illərindən gedir. SSRİ dövrü idi və həmin dövrdə dövlət xətti ilə Gəncədə qazıntı işləri aparılırdı. Gəncəvinin qəbrindən tapılan əşyaları Sankt-Peterburqda yerləşən Ermitaja göndərirdilər. Orada xüsusi, böyük bir Nizami bölməsi açılmışdı. Nizaminin 800 illik yubileyinə hazırlıq işləri gedirdi. Həmin dövrdə Nizaminin kəllə sümüyünü də eksperiment üçün aparıblar. Bu haqda Azərbaycan televiziyasının sənədli filimi var. O filimdə göstəriblər ki, sovet alimi Mixail Gerasimov Gəncəvinin kəllə sümüyünü araşdırır, tədqiq edir. Araşdırmaqda məqsəd o olub ki, bu insanda hansı fiziki, bioloji dəyişikliklər var ki, belə dahiyanə əsərlər yazıb? Həmin filmdə Mixail Gerasimovun özünü göstərirlər və orada belə bir epizod gedir ki, sovet alimi Nizami Gəncəvinin kəllə sümüyünü araşdırır. Sonra həmin sümük aparılır Sankt-Peterburqa. Lakin orada eksponat kimi göstərilib-göstərilmədiyi yazılmayıb.

Yəni həqiqətən də Nizaminin kəllə sümüyü Rusiyaya aparılıb, ancaq burada oğurluqdan söhbət gedə bilməz".

Z. Allahverdiyeva onu da qeyd etdi ki, həmin dövrdə Nizaminin qəbrinin yerini dəyişməyə çalışıblar:

"Onun cəsədini çıxarıb başqa yerə aparmaq fikirləri var idi və bunu elədilər də. Bir gecənin içərisində Nizaminin cəsədini götürüb aparıblar başqa bir yerə və həmin gecə orada iştirak edən alimlərdən biri qəfil, müəmmalı şəkildə ölüb. Orada iştirak edənlərin qalanını da cəzalandırıblar. Səhəri günü Nizaminin cəsədini qaytarıblar öz qəbrinə və ört-basdır ediblər. Lakin kəllə sümüyünün qaytarılması haqqında məlumat qeyd olunmayıb.

Sovet hakimiyyəti dağıldıqdan sonra mən bir məqalə oxudum. Orada yazılmışdı ki, Ermitajda olan eksponatları gizli yolla Avropaya satıblar. Orada işləyən 10-15 qadını da buna görə həbs ediblər".

Allahverdiyeva Afaq Bəşirqızının bu fikrini ciddiyə almadığını bildirdi:

"Mən onun bu sözlərini ciddiyə almıram. Bu sözləri demək böyük bir məsuliyyət tələb edir. Bunu demək üçün əldə fakt olmalıdır, sənəd olmalıdır".


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 1040   Tarix: 09 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Samuxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını pozduğuna görə "Ford" markalı nəqliyyat vasitəsinin sürücüsü E.Həsənov saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, yoxlama zamanı müvafi

29 iyun
.

NASA-nın məxfi sənədlərində Ayda yadplanetli bazasının ehtimalı qeyd olunub

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) ictimaiyyətə açıqladığı yeni məxfi sənədlərdə Ay səthində yadplanetlilərə aid bazanın olması ehtimalından bəhs edilir. -ın məlumatına əsasən, sözügedən faktla bağlı "Daily Mirror" nəşri xəbər yayıb. Məlumata görə, ABŞ hakimiyyətini

17 iyun
.

Türkiyədə mədəndə uçqun: Ölən var

Türkiyənin Bolu bölgəsində mədəndə baş verən uçqun nəticəsində bir nəfər ölüb. xəbər verir ki, bu barədə "İhlas" agentliyi məlumat yayıb. Hadisə Mengen rayonu ərazində baş verib. Hələlik hadisənin səbəbi məlum deyil. Ərazidə axtarış-xilasetmə əməliyyatları aparılır

17 iyun
.

Nirezo Official Azərbaycanın tanınmış endirim bloq səhifəsi

Azərbaycanda sosial media üzərindən endirimlər, kampaniyalar və sərfəli alış-veriş imkanlarını izləyicilərə çatdıran Nirezo Official ölkənin ən tanınmış endirim platformalarından biri kimi fəaliyyət göstərir. Müxtəlif sosial şəbəkələrdə geniş auditoriyaya sahib olan platforma hər gün minlərlə istifadəçin

17 iyun
.

Ərini öldürəndən sonra silahla arvadını da hədələyibmiş - Yevlaxdakı qətlin təfərrüatı

Ötən ilin iyulunda Yevlaxın Malbinəsi kəndində 1985-ci il təvəllüdlü Ruslan Mustafayevi güllələyərək öldürən şəxsin məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə mərhumun 1957-ci il təvəllüdlü həmkəndlisi Əli Rəsulova hökm oxunub. Bildirili

23 iyun
.

Hava KƏSKİN DƏYİŞİR: Bu tarixdən LEYSAN BAŞLAYIR - XƏBƏRDARLIQ

Sentyabrın 5-i günün ikinci yarısında dağlıq ərazilərdə, 6-sı gündüz isə şimal və qərb rayonlarından başlayaraq 8-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli leysan xarakterli intensi

5 sentyabr
.

Azərbaycanda bəzi dövlət qurumlarının qarşısında yeni tələblər qoyulur

Azərbaycanda bəzi dövlət qurumlarının qarşısında yeni tələblər qoyulur. Sözügedən məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə çıxarılan "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksin

24 iyun
.

Gürcüstanda 20 yaşlı azərbaycanlı qız faciəli şəkildə öldü

Gürcüstanın Saqareco vilayətində yaşayış evində baş verən partlayış nəticəsində İlia Dövlət Universitetinin 20 yaşlı tələbəsi Lamiyə Allahverdiyeva dünyasını dəyişib. -yə istinadən xəbər verir ki, hadisə mətbəxdə qaz sızması nəticəsində baş verən partlayış zamanı qeydə alınıb. Partlayış nəticəsində gən

23 iyun
.

Pirşağıda dənizdə qadın batıb

Abşeronda daha bir nəfər dənizdə batıb. -a istinadən xəbər verir ki, hadisə Pirşağı çimərliyində qeydə alınıb. Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Raisa Abbasova dənizdə çimərkən boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır

29 iyun