Faşizm üzərində qələbədən 79 il ötür
Bu gün alman faşizmi üzərində tarixi qələbədən 79 il keçir.
Oxu.Az xatırladır ki, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı kimi qeyd olunur.
1939-cu il sentyabrın 1-də Faşist Almaniyası ildırımsürətli "Barbarossa" planı əsasında Polşanı işğal edib. Bununla da bəşəriyyət tarixinə ən qanlı müharibə kimi daxil olan İkinci Dünya müharibəsi başlayıb. 1941-ci il iyunun 22-də isə Hitler Almaniyası Azərbaycanın da daxil olduğu SSRİ-yə hücum edib. Müharibə 1945-ci il mayın 9-da - Berlindəki Reyxstaq binası üzərindən faşizm bayrağının endirilməsi və SSRİ-nin bayrağının sancılması ilə başa çatıb.
Bu müharibədə Azərbaycandan 660 min şəxs iştirak edib. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər mübarizə yolu keçib, 130-a yaxın azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfər "Şərəf" ordeni, 170 min soydaşımız SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib.
İki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Hüseynbala Əliyev, Qafur Məmmədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çoxunun adı bu müharibənin tarixinə qızıl hərflərlə yazılıb.
İkinci Dünya müharibəsində Azərbaycan nefti də həlledici amillərdən olub. Belə ki, 1941-ci ildə Azərbaycan tarixində ən çox - 23,5 milyon ton neft istehsal olunub və bu, SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edib. Ümumilikdə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər.
Sonxeber.az
Telegramda izləyin
Baxılıb: 474 Tarix: 09 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ALİANS "Metro Park Bakikhanov" Yaşayış kompleksini Təqdim edir
Alians Development inşaat sektorundə bir neçə uğurlu iri layihələrə imza atan bir şirkət olaraq, artıq yerli və xarici tikinti sektorunda özünü dəfələrlə sübut etmişdir. Keyfiyyət, etibarlılıq və müştəri məmnunluğu prinsiplərini deviz olaraq, Bakı şəhərində analoqu olmayan qeyri-adi memarlıq üslübund
27 yanvar 202510-cu avtomobilin açarları təqdim edildi!
Bakcell-in meqa lotereyasında 10-cu avtomobil qalibi məlum olub. Həftəlik tirajın nəticələrinə görə növbəti "Zeekr 001" qalibi Nərmin Əmrahova olub. 31 dekabra qədər davam edəcək lotereyada daha 3 "Zeekr 001" avtomobili öz şanslı sahiblərini tapacaq. Meqa hədiyyəyə isə sayılı günlə
15 dekabr 2025Bakıda iş adamının avtomobilindən külli miqdarda pul oğurlandı
Bakıda iş adamının avtomobilindən külli miqdarda pul oğurlamaqda ittiham olunan 1973-cü il təvəllüdlü Fikrət Cəfərovun məhkəməsi başa çatıb. -a istinadən xəbər verir ki, oğurluq hadisəsi bu il fevralın 26-da baş verib. Bakı şəhər sakini F.Cəfərov həmin gün saat 22:00-da Nərimanov rayonunda yerləşən "Ne
29 iyul 2025Çinlilərin zəka artıran səhər YEMƏYİ - Sirri bu imiş
Tanınmış daxili xəstəliklər və kardiologiya mütəxəssisi Prof. Dr. Canan Karatay zəka inkişafını dəstəkləyən səhər yeməyi ilə bağlı yeni açıqlaması ilə gündəmə gəlib. xəbər verir ki, onun sözlərinə görə, zəkanın açarı "yumurtadır" və bu, qədimdən həm Türk mədəniyyətində, həm də Çin ənənələrind
1 iyul 2025Bu ölkədə hökümət "Telegram"ı qadağan etdi
Nepal hökuməti onlayn fırıldaqçılıq və çirkli pulların yuyulması ilə bağlı artan narahatlıqlar fonunda məşhur mesajlaşma tətbiqi "Telegram"ın dərhal bloklanması barədə qərar verib. xəbər verir ki, qadağa cümə günü Nepal Telekommunikasiya İdarəsi (NTA) tərəfindən elan olunub və bu, ölkənin rəqəmsa
19 iyul 2025Yeni il gecəsi öldürülən Emilin paylaşdığı son VİDEO
Xəbər verdiyimiz kimi, Yeni il gecəsi Bakıda ağır cinayət hadisəsi baş verib. xəbər verir ki, Səbail rayonunun Bayıl qəsəbəsində yerləşən "Purple Karaoke & Live Bar" gecə klubunun qarşısında qətl törədilib. Dekabrın 31-dən yanvarın 1-nə keçən gecə, saat 02:00 radələrində klubun daxilind
6 yanvarBalaəli yeni doğulan OĞLU İLƏ - VİDEO
Meyxanaçı Balaəli Maştağalı yeni dünyaya gələn oğul övladı ilə bağlı maraqlı açıqlamalar verib. xəbər verir ki, o, uzun müddətdir oğul övladı arzuladığını bildirib. Bunun səbəbini isə özü belə izah edib: uşaqlıqda futbolçu olmaq istədiyini, Tofiq Bəhramov adına stadionda 16-17 yaşına qədər futbol oynadığın
26 dekabr 2025