Putin Paşinyandan nəyin cavabını istəyir? - Moskvada çətin görüş
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyada işgüzar səfərdədir. Paşinyan Avrasiya İqtisadi İttifaqının Moskvada keçirilən iclasına sədrlik edəcək, həmçinin, Putinlə görüşəcək.
Bir gün öncə Putinin andiçmə mərasiminə qatılmayan Nikolun bu gün Moskvaya səfəri "məcburi" xarakter daşıyır. Erməni baş nazir Qərblə açıq münasibətlər fonunda inaqurasiyada Putini alqışlaya bilməzdi, eyni zamanda, iqtisadi ehtiyac onu Aİİ ilə əlaqələri saxlamağa sövq edir. Paşinyan Putinin inaqurasiyasına getsəydi, bunu Qərb tərəfdaşlarına izah edə bilməzdi, bugünkü Moskva səfərinin isə izahı var: Ermənistanın iqtisadi mənbələri Rusiya və Aİİ ölkələridir və alternativ tapılmadığı müddətdə bu bazarı itirə bilməz.
Putin-Paşinyan görüşünün Rusiya-Ermənistan münasibətləri və bundan sonra Moskvanın İrəvana qarşı siyasətində həlledici an adlandırmaq olar. Rusiya anlayır ki, Paşinyan hakimiyyəti ilə Moskva-İrəvan münasibətlərinin "qızıl dövrünü" qaytarmaq mümkün olmayacaq, lakin körpülərin tamamilə yandırılmasını da istəmir, xüsusilə Ukrayna müharibəsinin nəticəsi bəlli olmadığı müddətdə. Bu baxımdan, Putin Paşinyanla görüşdə iki məsələyə xüsusilə diqqət edə bilər:
Birincisi, Paşinyandan anti-Rusiya siyasətinin səbəblərini soruşa və münasibətlərdə normallaşma imkanlarının tükənmədiyi üzərində dayana bilər;
İkincisi, Ermənistanın xarici siyasət vektorunu - Rusiya ilə eyni çətirin altında qalıb-qalmayacağını anlamağa çalışacaq: İrəvana qarşı bundan sonrakı addımlarını da bu məsələ üzərindən müəyyənləşdirə bilər;
Paşinyan anti-Rusiya siyasətindən əl çəkməyəcək, lakin mövcud vəziyyətdə Putini inandırmağa və Qərbdən tam dəstək alana qədər zaman qazanmağa çalışacaq. Hərçənd, Putini inandıra bilməsə, Rusiyanın Ermənistana qarşı ritorik müstəvidəki təhdidlərini praktiki müstəviyə keçirməsi də gözləniləndir.
Sonxeber.az
Telegramda izləyin
Baxılıb: 1016 Tarix: 09 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
NASA-nın məxfi sənədlərində Ayda yadplanetli bazasının ehtimalı qeyd olunub
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) ictimaiyyətə açıqladığı yeni məxfi sənədlərdə Ay səthində yadplanetlilərə aid bazanın olması ehtimalından bəhs edilir. -ın məlumatına əsasən, sözügedən faktla bağlı "Daily Mirror" nəşri xəbər yayıb. Məlumata görə, ABŞ hakimiyyətini
17 iyunTürkiyədə mədəndə uçqun: Ölən var
Türkiyənin Bolu bölgəsində mədəndə baş verən uçqun nəticəsində bir nəfər ölüb. xəbər verir ki, bu barədə "İhlas" agentliyi məlumat yayıb. Hadisə Mengen rayonu ərazində baş verib. Hələlik hadisənin səbəbi məlum deyil. Ərazidə axtarış-xilasetmə əməliyyatları aparılır
17 iyunNirezo Official Azərbaycanın tanınmış endirim bloq səhifəsi
Azərbaycanda sosial media üzərindən endirimlər, kampaniyalar və sərfəli alış-veriş imkanlarını izləyicilərə çatdıran Nirezo Official ölkənin ən tanınmış endirim platformalarından biri kimi fəaliyyət göstərir. Müxtəlif sosial şəbəkələrdə geniş auditoriyaya sahib olan platforma hər gün minlərlə istifadəçin
17 iyunHava KƏSKİN DƏYİŞİR: Bu tarixdən LEYSAN BAŞLAYIR - XƏBƏRDARLIQ
Sentyabrın 5-i günün ikinci yarısında dağlıq ərazilərdə, 6-sı gündüz isə şimal və qərb rayonlarından başlayaraq 8-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli leysan xarakterli intensi
5 sentyabrAzərbaycanda bəzi dövlət qurumlarının qarşısında yeni tələblər qoyulur
Azərbaycanda bəzi dövlət qurumlarının qarşısında yeni tələblər qoyulur. Sözügedən məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə çıxarılan "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksin
24 iyunGürcüstanda 20 yaşlı azərbaycanlı qız faciəli şəkildə öldü
Gürcüstanın Saqareco vilayətində yaşayış evində baş verən partlayış nəticəsində İlia Dövlət Universitetinin 20 yaşlı tələbəsi Lamiyə Allahverdiyeva dünyasını dəyişib. -yə istinadən xəbər verir ki, hadisə mətbəxdə qaz sızması nəticəsində baş verən partlayış zamanı qeydə alınıb. Partlayış nəticəsində gən
23 iyunPirşağıda dənizdə qadın batıb
Abşeronda daha bir nəfər dənizdə batıb. -a istinadən xəbər verir ki, hadisə Pirşağı çimərliyində qeydə alınıb. Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Raisa Abbasova dənizdə çimərkən boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır
29 iyun