Putindən şoka salan Zəngəzur həmləsi – "Belə məlumat yayılıb, lakin…"
Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında baş tutan görüşdə mühüm razılığın əldə olunduğu iddia edilir. Belə ki, razılığa əsasən Rusiya sərhədçilərinin Ermənistanın paytaxtı İrəvandakı Zvartnots hava limanını, eyni zamanda bu ölkənin Zəngəzur, Dərələyəz, Göyçə, Ararat, Tavuşdakı məntəqələrini tərk edəcəyi deyilir.
Rus hərbçilərinin xüsusən tez-tez insidentlərin yaşandığı Zəngəzurdan çıxması iddiası şok effekti yaradıb.
Rusiya nəyin qarşılığında qeyd edilən əraziləri tərk edir?
Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, bu informasiyanın nə qədər dəqiq olduğu məlum deyil:
"Bu baxımdan konkret nə isə demək və informasiyanı fakt nöqteyi-nəzərindən təhlil etmək doğru olmaz. Amma praktik baxımdan Rusiya sərhədçilərinin İrəvandakı Zvartnots hava limanını, eyni zamanda bu ölkənin Qərbi Zəngəzur, Dərələyəz, Göyçə, Ararat, Tavuşdakı məntəqələri tərk etməsi mümkündür.
Bu ehtimalı xüsusilə İrəvanla Moskva arasında əlaqələrin gərginləşməsi kontekstində dəyərləndirmək lazımdır. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaqda qərarlı olan rəsmi İrəvan tədricən buna nail olur. Bu baxımdan, ola bilsin ki, Ermənistan hakimiyyəti rus sərhədçilərinin öz ərazisindən çıxmasında da israrlıdır. Bu, onu deməyə əsas verir ki, İrəvan bütün imkanları ilə Moskvadan canını qurtarmağa çalışır".
Ekspert deyib ki, Rusiya asanlıqla Ermənistan ərazisindən çıxmaz:
"Amma bəzən reallıqlar ambisiyalarla üst-üstə düşmür. Rusiya sülhməramlıları niyə vaxtından tez Qarabağdan çıxdı? Bunun əsas səbəblərindən biri odur ki, Rusiyanın Ukrayna cəbhəsində şəxsi heyətə ehtiyacı var. Rus sərhədçilərinin Ermənistan ərazisindən çıxma ehtimalını da bu versiya ilə əlaqələndirmək mümkündür.
Bundan başqa, görünür, Qərb hələ ki, rəsmi İrəvanın arxasındadır. Ola bilsin, Qərb, xüsusilə ABŞ Cənubi Qafqazda Rusiyaya qarşı yeni cəbhə açmaq niyyətindədir. Moskva isə hələ ki, təxribatlara getməməyə çalışır.
Hazırda Rusiya üçün prioritet Şərqi Avropadakı vəziyyətdir. Mümkündür ki, Rusiya Ukraynada qalib gələndən sonra yenidən Cənubi Qafqazdakı mövqelərini gücləndirmək və lazım gələrsə, Ermənistanla haqq-hesabı çürütmək barədə düşünür. Hərçənd bu, yaxın bir neçə il üçün o qədər də real görünmür".
Sonxeber.az
Telegramda izləyin
Baxılıb: 1037 Tarix: 10 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
NASA-nın məxfi sənədlərində Ayda yadplanetli bazasının ehtimalı qeyd olunub
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) ictimaiyyətə açıqladığı yeni məxfi sənədlərdə Ay səthində yadplanetlilərə aid bazanın olması ehtimalından bəhs edilir. -ın məlumatına əsasən, sözügedən faktla bağlı "Daily Mirror" nəşri xəbər yayıb. Məlumata görə, ABŞ hakimiyyətini
17 iyunTürkiyədə mədəndə uçqun: Ölən var
Türkiyənin Bolu bölgəsində mədəndə baş verən uçqun nəticəsində bir nəfər ölüb. xəbər verir ki, bu barədə "İhlas" agentliyi məlumat yayıb. Hadisə Mengen rayonu ərazində baş verib. Hələlik hadisənin səbəbi məlum deyil. Ərazidə axtarış-xilasetmə əməliyyatları aparılır
17 iyunNirezo Official Azərbaycanın tanınmış endirim bloq səhifəsi
Azərbaycanda sosial media üzərindən endirimlər, kampaniyalar və sərfəli alış-veriş imkanlarını izləyicilərə çatdıran Nirezo Official ölkənin ən tanınmış endirim platformalarından biri kimi fəaliyyət göstərir. Müxtəlif sosial şəbəkələrdə geniş auditoriyaya sahib olan platforma hər gün minlərlə istifadəçin
17 iyunHava KƏSKİN DƏYİŞİR: Bu tarixdən LEYSAN BAŞLAYIR - XƏBƏRDARLIQ
Sentyabrın 5-i günün ikinci yarısında dağlıq ərazilərdə, 6-sı gündüz isə şimal və qərb rayonlarından başlayaraq 8-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli leysan xarakterli intensi
5 sentyabrAzərbaycanda bəzi dövlət qurumlarının qarşısında yeni tələblər qoyulur
Azərbaycanda bəzi dövlət qurumlarının qarşısında yeni tələblər qoyulur. Sözügedən məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə çıxarılan "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksin
24 iyunGürcüstanda 20 yaşlı azərbaycanlı qız faciəli şəkildə öldü
Gürcüstanın Saqareco vilayətində yaşayış evində baş verən partlayış nəticəsində İlia Dövlət Universitetinin 20 yaşlı tələbəsi Lamiyə Allahverdiyeva dünyasını dəyişib. -yə istinadən xəbər verir ki, hadisə mətbəxdə qaz sızması nəticəsində baş verən partlayış zamanı qeydə alınıb. Partlayış nəticəsində gən
23 iyunPirşağıda dənizdə qadın batıb
Abşeronda daha bir nəfər dənizdə batıb. -a istinadən xəbər verir ki, hadisə Pirşağı çimərliyində qeydə alınıb. Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Raisa Abbasova dənizdə çimərkən boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır
29 iyun