İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - AÇIQLAMA
Anaları tərəfindən küçəyə atılan qız uşaqlarının kiçik bacısı da sığınacağa yerləşdirilib.
Qaynarinfo Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova məlumat paylaşıb.
"Ötən gün anaları tərəfindən küçəyə tərk edilən 2 qız uşağı sığınacağımıza gətirilmişdi. Uşaqların ən balacası isə evdə qalmışdı. Sosial Xidmətlər Agentliyi tərəfindən ən kiçik körpə anadan götürülüb. Artıq 3 bacı sığınacaqda qalacaq. Bacılar gələn gündən DYP əməkdaşı onları himayəyə götürüb və bütün ehtiyaclarını özü qarşılayır. Tezliklə uşaqların təhsilləri bərpa olunacaq".
Məsələni dəqiqləşdirmək üçün "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova ilə əlaqə saxlanılıb.
M.Zeynalova məlumatı təsdiqləyib:
"Bacıları əvvəl də paylaşmışdıq. Onlar uşaq evində qalıblar. Daha sonra qızlardan biri analarını istəyib. Uşaq evi tərəfindən analarına təhvil verilib. Bir müddət sonra ana ona şiddət və zorakıllıq tətbiq edib. Sonra baxımsız vəziyyətdə küçəyə tərk edib. Kiçik uşaqları özündə saxlamışdı. əvvəlcə iki bacı Sosial Xidmət agentliyinin əməkdaşları tərəfindən buraya gətirildi. Daha sonra digərini də bizim sığınacağa yerləşdirdi. Üç bacı sığınacağımızda qorunur. Ümumilikdə beş uşaqdırlar. Böyüyü oğlandır. Gəlmək istəmir. Digəri isə xəstəxanada müalicə alır.
Ananın yanında qalmaları təhlükəlidir. Hələ təhsilləri bərpa olunmayıb. Hazırda psixoloji yardım alırlar. Geyimlə təmin olunublar. Binəqədi rayonunda yaşayırdılar. Ataları bunları tərk edib. Analarının da psixoloji problemi var. Qohumları belə, körpələrə sahib çıxmaq istəmirlər".
Sonxeber.az
Telegramda izləyin
Baxılıb: 722 Tarix: 10 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
NASA-nın məxfi sənədlərində Ayda yadplanetli bazasının ehtimalı qeyd olunub
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) ictimaiyyətə açıqladığı yeni məxfi sənədlərdə Ay səthində yadplanetlilərə aid bazanın olması ehtimalından bəhs edilir. -ın məlumatına əsasən, sözügedən faktla bağlı "Daily Mirror" nəşri xəbər yayıb. Məlumata görə, ABŞ hakimiyyətini
17 iyunTürkiyədə mədəndə uçqun: Ölən var
Türkiyənin Bolu bölgəsində mədəndə baş verən uçqun nəticəsində bir nəfər ölüb. xəbər verir ki, bu barədə "İhlas" agentliyi məlumat yayıb. Hadisə Mengen rayonu ərazində baş verib. Hələlik hadisənin səbəbi məlum deyil. Ərazidə axtarış-xilasetmə əməliyyatları aparılır
17 iyunNirezo Official Azərbaycanın tanınmış endirim bloq səhifəsi
Azərbaycanda sosial media üzərindən endirimlər, kampaniyalar və sərfəli alış-veriş imkanlarını izləyicilərə çatdıran Nirezo Official ölkənin ən tanınmış endirim platformalarından biri kimi fəaliyyət göstərir. Müxtəlif sosial şəbəkələrdə geniş auditoriyaya sahib olan platforma hər gün minlərlə istifadəçin
17 iyunHava KƏSKİN DƏYİŞİR: Bu tarixdən LEYSAN BAŞLAYIR - XƏBƏRDARLIQ
Sentyabrın 5-i günün ikinci yarısında dağlıq ərazilərdə, 6-sı gündüz isə şimal və qərb rayonlarından başlayaraq 8-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli leysan xarakterli intensi
5 sentyabrAzərbaycanda bəzi dövlət qurumlarının qarşısında yeni tələblər qoyulur
Azərbaycanda bəzi dövlət qurumlarının qarşısında yeni tələblər qoyulur. Sözügedən məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə çıxarılan "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksin
24 iyunGürcüstanda 20 yaşlı azərbaycanlı qız faciəli şəkildə öldü
Gürcüstanın Saqareco vilayətində yaşayış evində baş verən partlayış nəticəsində İlia Dövlət Universitetinin 20 yaşlı tələbəsi Lamiyə Allahverdiyeva dünyasını dəyişib. -yə istinadən xəbər verir ki, hadisə mətbəxdə qaz sızması nəticəsində baş verən partlayış zamanı qeydə alınıb. Partlayış nəticəsində gən
23 iyunPirşağıda dənizdə qadın batıb
Abşeronda daha bir nəfər dənizdə batıb. -a istinadən xəbər verir ki, hadisə Pirşağı çimərliyində qeydə alınıb. Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Raisa Abbasova dənizdə çimərkən boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır
29 iyun