Xocalı qatili xəyanət etdi: Paşinyan Balasanyanı Azərbaycana verir? - AÇIQLAMA

Xocalı qatili xəyanət etdi: Paşinyan Balasanyanı Azərbaycana verir? - AÇIQLAMAXocalı qatili Vitali Balasanyan da dəstəsi ilə birgə Ermənistanda revanşistlərin etiraz aksiyasına qoşulacağını bəyan edib. Bu barədə erməni mətbuatı məlumat yayıb. Balasanyanın etirazçılara rəhbərlik edən keçiş Baqrat Qalstanyanı dəstəklədiyi bildirilir. Onlar Ermənistanın güc strukturlarından yaranmış vəziyyəti düzgün qiymətləndirməyi, hərəkata arxiyepiskop Baqrat Qalstanyanın rəhbərliyi ilə Erməni Apostol Kilsəsinin başçılıq etdiyini xatırlamağı tələb ediblər. Eyni zamanda, "Vətən naminə Tavus" hərəkatı ümumerməni hərəkatına çevrilib.

Bildiyimiz kimi, Vitali Balasanyan siyasi proseslərdə Paşinyanı devirmək üçün istifadə edilirdi. Hətta bununla bağlı olaraq, Ermənistan hüquq-mühafizə orqanları Vitali Balasanyanın onun Ermənistanda siyasi proseslərə qarışıb-qarışmayacağı ilə maraqlanmışdı. Balasanyan hər nə qədər müxalifətin planlarına alət olmayacağını iddia etsə də, göünür mənzərə başqadır. Xocalı qatili açıq şəkildə Tavuş istiqamətində gedən aksiyalara qoşulur və onlara dəstək verir. Eyni zamanda aksiyaların İrəvana qədər çatdığı bildirilir. Bəs Paşinan çıxış yolu olaraq, Vİtali Balasanyanı Azərbaycana verəcək?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan hərbi ekspert Emin Həsənli deyib ki, Xocalı qatili, cinayətkar Vitali Balasanyan separatizmin ən əsas şəxslərindən biridir:

"Əsgəranda ən qanlı cinayətləri həyata keçirib. Xocalı soyqırımı və ondan əvvəlki hadisələr, Ağdam və Qarabağın işğalında müstəsna xidmətləri var. Ona görə də Vitali Balasanyan Azərbaycan məhkəməsi qarşısında məcbur cavab verəcək. O cümlədən Sarkisyan, Köçəryan və digərlərinə Ermənistanda son şans kimi baxırlar. Paşinyan Azərbaycan ilə sülh müqaviləsi imzalamağa məcburdur. Ona görə də onlar son fəaliyyətlərini göstərirlər. Bu zaman ərzində onların fəaliyyətinin heç bir nəticəsi olmadı. Qarabağda antiterror tədbirləri zamanı nə etdilərsə, Ermənistan hakimiyyəti reallığı bilərək onların avantürasına getmədi. Azərbaycanın gücünü gördüyü üçün Paşinyan onların bu addımına getmədi. Paşinyan açığı heç də sülhsevər biri deyil. Bu vaxta qədər Paşinyan etdiklərinin cavabını Azərbaycan artıqlaması verdi. Digər cinayətkarlar kimi Ohanyan Sarkisyan, Köçəryan və Balasanyanda Azərbaycana təhvil verilməlidir və sülh müqaviləsi bağlanmalıdır".

Qeyd edək ki, Vitali Balasanyan Ermənistanın "Daşnaksütyun" partiyasının üzvüdür. Həm qondarma "Artsax rejimi"nin, həm də Ermənistanın "xaç qəhrəmanı"dır. O, vaxtilə Qarabağda erməni quldur dəstələrinin rəhbərlərindən biri olub, 1992-ci ilin əvvəlindən başlayaraq Azərbaycana qarşı döyüşüb, torpaqlarımızın işğalında iştirak edib. 1999-cu ilin sentyabrından 2005-ci ilə qədər isə keçmiş separatçı rejimin müdafiə nazirinin müavini olub. Daha sonra "Artsax təhlükəsizlik şurasının katibi" kimi fəaliyyət göstərib. O, separatçıların qondarma "prezident" seçkilərində də iştirak edib, ancaq məğlub olub.

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1034   Tarix: 10 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pensiya yaşı ilə bağlı yeni QAYDA

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında", "Polis haqqında"

27 sentyabr
.

Azərbaycanda Anım Günü qeyd olunur

Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. Bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur. Altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandan

27 sentyabr
.

2027-ci ildə pensiyalar nə qədər arta bilər?

2026-cı ilin başa çatmasına bir neçə ay qalsa da, artıq ictimaiyyət arasında müzakirə edilən məsələlərdən biri də 2027-ci il üzrə pensiyaların artımıdır. Artıq pensiyaların nə qədər artacağı ilə bağlı müxtəlif proqnozlar səsləndirilir. Maraqlıdır, bəs gələn il əmək pensiyaları nə qədər arta bilər?. "Qafqazinfo"

27 sentyabr
.

Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?

Pensiyaların artması hər il cəmiyyətin ən çox müzakirə etdiyi sosial-iqtisadi məsələlərdən biridir. Çünki burada söhbət yalnız dövlətin sosial xərclərinin artmasından və ya orta pensiyanın nominal məbləğinin yüksəlməsindən getmir. Əsas məsələ pensiyaçının əlində qalan vəsaitin gündəlik həyatında rea

26 sentyabr
.

Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər Türkiyədə sosial media platformaları vasitəsilə Azərbaycan əleyhinə aparıldığı bildirilən informasiya kampaniyasını araşdırıb. xəbər verir ki, bu barədə komissiyanın açıqlamasında bildirilib. Qeyd olunub ki

26 sentyabr
.

Sabah hava necə olacaq? - Açıqlandı

Sentyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur

26 sentyabr
.

Latviyada 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib

25 sentyabr 2026-cı il tarixində Azərbaycanın Latviyadakı Səfirliyində 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirin əvvəlində dövlət himni səsləndirilib və ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəs

26 sentyabr
.

Hərbçilərinin əməkhaqları 22,8% artacaq

Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuları

25 sentyabr
.

Heydər Əliyev xanımı ilə "Formula 1"də - FOTOLAR

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev xanımı Alyona Əliyava ilə Bakı şəhər halqasında "Formula 1" Azərbaycan Qran-Prisinin əsas yarışını izləyib. onların fotolarını təqdim edir:

26 sentyabr