Tünzalənin saçını şüşədə saxlayır
"İlk görüşümüz bulvarda oldu. Əlbəttə ki, çox həyəcanlı idim. Metrodan çox istifadə edən biri deyildim, stansiyaları tam olaraq tanımırdım. Gecə saat 10-da görüşəcəkdik. Amma mən metroda azıb qaldım, heç cürə çıxa bilmirdim. Saata baxdım ki, artıq 11-ə qalıb. Amma hələ də metroda idim. Birtəhər çıxdım, telefonum da sönüb. Amma əvvəldən demişdik ki, Hökumət Evi deyilən binanın önündə görüşəcəyik. Gec idi, düşünürdüm ki, 2 saata yaxın gecikmişəm, gedib yəqin. Həmin gün də elə bir yağış yağırdı ki, küçə tamam su idi".
Axşam.az xəbər verir ki, bu sözləri mərhum Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal sosial şəbəkə hesabında yazıb. O, aktrisadan qalan əşyalardan bəhs edərək, onun fotosunu paylaşıb:
"Saat 12-yə işləmiş həmin yerə çatdım. Baxdım ki, Tünzalə milli geyimdə məni gözləyir, məclisdən çıxıb gəlib. Göy rəngdə, bəzəkli geyimdə idi. İkimiz də həyəcanlı idik, danışmadan bir-birimizə baxırdıq. Bəlkə, 15 dəqiqə danışmadıq. Sonra dedim ki, keçək yolu. Bulvar tərəfə keçdik, ikimiz də tamam islanmışdıq. Bir az gəzdik, çox danışmadıq. İkimiz də həyəcanlı idik, gecə saat 1 idi. Sagollaşanda qolumdakı sep Tünzalənin geyiminə ilişdi. 10 dəqiqəyə yaxın çıxarmağa çalışdıq. Dedi ki, bu sep elə-belə ilişmədi və getdi. Sonra 9 il heç ayrılmadıq.
Bu gün ömrümdən mənə bir neçə şey yadigar qalıb: əxlaqı, Zəhram, geyimləri, bir-iki əşyası və saç telləri. Şüşədə saxlayıram, cəsarətim çatmır çıxarıb toxunmağa, birdən düşər, tapa bilmərəm. Allaha həmd olsun, ruzimizi verir, dünyadakı günlərim bir-bir gedir. Dünyadakı günlərim çoxalır, sənə qovuşacağım günlər azalır".
Qeyd edək ki, T.Əliyeva uzun sürən xərçəng xəstəliyindən sonra ötən ilin yanvarında vəfat edib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Artıq başqa Sevdayam, anayam"
Müğənni Sevda Yahyayeva oktyabrın 17-də Azərbaycan Dövlət Filarmoniyasında planlaşdırılan konsertinə hazırlaşır. Axşam.az xəbər verir ki, sənətçi konsertlə bağlı videoaçıqlamasında gecənin yalnız musiqidən ibarət olmayacağını bildirib. "Bu konsert təkcə mahnıların ifasından ibarət bir gecə olmayacaq
11 sentyabrNaomi Kempbell Bakıda - Video
Məşhur model Naomi Kempbell Azərbaycana gəlib. "Qafqazinfo" xəbər verir ki, bu barədə 56 yaşlı model sosial şəbəkə hesabında paylaşım edib. O, Bakıda Formula 1 oyunları münasibətilə təşkil olunan gecədə iştirak edib. Qeyd edək ki, bu, Naominin Bakıya ilk səfəri deyil. Belə ki, o, iki il əvvə
24 sentyabrFiruzə İbadova xəstəxanaya yerləşdirilib
Əməkdar artist Firuzə İbadova xəstəxanaya yerləşdirilib. Axşam.az xəbər verir ki, bu haqda aparıcı Elgiz Əkbər yutubdakı verilişində deyib. O bildirib ki, müğənninin vəziyyəti ağırdır. Daha sonra F.İbadovanın qızı Hülya verilişə zəng edərək "Əməliyyat olunub, reanimasiyaya yerləşdirilib. Vəziyyət
9 sentyabrHakan Sabancı Bakıda
Məşhur türkiyəli iş adamı Hakan Sabancı Azərbaycana səfər edib. Axşam.az xəbər verir ki, o, "Formula 1" Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gəlib. Hakan yarışda lentə aldığı görüntüləri izləyiciləri ilə bölüşüb. Qeyd edək ki, Hakan daha əvvəl aktrisalar Hande Erçel, Rabia Soytürkl
25 sentyabrGülben Ergen yay tətilinə belə vida etdi: son günündən həzz aldı
Gülben Ergen yay tətilinə hovuz kənarında dincələrək vida edib. xarici KİV-ə istinadən xəbər verir ki, tətilinin son gününü doyunca yaşayan məşhur müğənni sosial şəbəkə hesabında bu sözləri yazıb. "Əgər məktəblər sabah açılırsa, bu gün tətilin son günüdür"
14 sentyabrZaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Aparıcı Zaur Kamalın səhhətində problem yaranıb. Axşam.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat yayıb. Klinikada sistem köçürən Zaur virusa yoluxduğunu bildirib:. "Dünən klinikaya pis vəsiyyətdə gəlmişəm, üzü o tərəfə gedirdim. Həkim "getmə" dedi"
20 sentyabrPünhan Priyevin toyunda 4 min qonaq olub? - Tamadadan açıqlama
Müğənni Pünhan Priyevin toyunda 4 mindən çox qonağın iştirak etdiyi barədə yayılan məlumatlara aydınlıq gətirilib. Bədii qiraətçi Pünhan İsmayıl Qaynarinfo-ya açıqlamasında sözügedən məclisin tamadası olduğunu bildirib. O, Pünhan Priyevin toyunda 2 minə yaxın qonağın iştirak etdiyini deyib:. "To
24 sentyabrAlim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Xalq artisti Alim Qasımovun müğənni Üzeyir Mehdizadə ilə "Bu dünyanın nəyindən narahatsan" mahnısına duet oxuması son günlərin müzakirə olunan mövzularından birinə çevrilib. Duetin ərsəyə gəlməsi ilə bağlı sosial şəbəkələrdə müxtəlif iddialar yayılıb. Hətta Alim Qasımovun bu layihəyə görə bi
23 sentyabr