ATU-dan ŞİKAYƏT: "Apellyasiyaya verilən hər əsassız testə görə tələbənin yekun nəticəsindən bir bal silinəcək"

ATU-dan ŞİKAYƏT: "Apellyasiyaya verilən hər əsassız testə görə tələbənin yekun nəticəsindən bir bal silinəcək"Tibb Universitetində oxuyan tələbələr imtahanöncəsi elan edilən yeni nizam-intizam qaydalarında yer alan bəzi bəndlərdən narazıdırlar.

Bu barədə Oxu.Az-a Azərbaycan Tibb Universitetində (ATU) oxuyan bir qrup tələbə tərəfindən göndərilən şikayətdə qeyd edilib.

Tələbələr iddia ediblər ki, imtahanlara 15 gün qalmış universitet daxilində müəllimlər tərəfindən elan edilən yeni nizam-intizam qaydaları onları narahat edir:

"İmtahanda nəzarətçilərin müvafiq göstərişləri, texniki vasitələr və yazılı vərəqlərlə bağlı məqamlar hər kəsə aydındır. Bu qaydalar birmənalı olaraq bütün ali təhsil müəssislərində və imtahan proseslərində eynidir. Lakin bizi narahat edən imtahan nəticələrindən asılı olaraq tələbələrin apellyasiya vermək hüququna edilən dəyişiklikdir. Belə ki, müəllimlər bizə bildiriblər ki, artıq apellyasiya verilən hər əsassız testə görə tələbənin yekun balından bir bal silinəcək. Bu nə qədər doğrudur? Tələbənin apellyasiya verməkdə məqsədi onsuz da suala verdiyi cavabın düzgün qiymətləndirilməməsini düşünməsidir. Doğru verdiyimiz cavabların gətirdiyi bal hansı əsasla silinə bilər? İmtahanöncəsi bu addım tələbələri əsassız yerə stresə salmaqdan başqa bir şey deyil. Xahiş edirik universitet rəhbərliyi bu məqamı nəzərə alsın. Heç bir təhsil müəssisəsində belə qayda yoxdur".

Məsələ ilə bağlı Azərbaycan Tibb Universitetinin Mətbuat Xidmətinin rəhbəri Günel Aslanova Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, universitetdə bir sıra nizam-intizam qaydalarına riayət olunur:

"İmtahanların obyektiv keçirilməsi üçün də müvafiq qaydalar var. Nəzarətçilərə verilən təlimatlarda eyni fənlərdən imtahan verən tələbələrin yanaşı oturmaları qadağan olduğu üçün imtahan zalına daxil olarkən tələbənin hansı masa arxasında əyləşəcəyi müvafiq olaraq təyin edilir. Digər tərəfdən tələbənin texniki vasitə və yazılı vərəqlə imtahana gəlməsinə heç bir ali təhsil müəssisəsində icazə verilmir. Bu da birmənalıdır. O ki qaldı sonuncu bənddə apellyasiya məsələsi ilə bağlı məqama, Azərbaycan Tibb Universitetində belə bir qayda yoxdur. Sadəcə bu məsələ hazırda müzakirə mərhələsindədir. Qeyd edim ki, bu qayda bir çox ali təhsil müəssisəsində tətbiq edilir və məqsəd əsassız apellyasiya şikayətlərinin qarşısını almaqdır. Amma yenə də qeyd edirəm ki, hazırda ATU-da belə bir yenilik tətbiq edilmir".
ATU-dan ŞİKAYƏT: "Apellyasiyaya verilən hər əsassız testə görə tələbənin yekun nəticəsindən bir bal silinəcək"


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 851   Tarix: 10 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pensiya yaşı ilə bağlı yeni QAYDA

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında", "Polis haqqında"

27 sentyabr
.

Azərbaycanda Anım Günü qeyd olunur

Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. Bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur. Altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandan

27 sentyabr
.

2027-ci ildə pensiyalar nə qədər arta bilər?

2026-cı ilin başa çatmasına bir neçə ay qalsa da, artıq ictimaiyyət arasında müzakirə edilən məsələlərdən biri də 2027-ci il üzrə pensiyaların artımıdır. Artıq pensiyaların nə qədər artacağı ilə bağlı müxtəlif proqnozlar səsləndirilir. Maraqlıdır, bəs gələn il əmək pensiyaları nə qədər arta bilər?. "Qafqazinfo"

27 sentyabr
.

Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?

Pensiyaların artması hər il cəmiyyətin ən çox müzakirə etdiyi sosial-iqtisadi məsələlərdən biridir. Çünki burada söhbət yalnız dövlətin sosial xərclərinin artmasından və ya orta pensiyanın nominal məbləğinin yüksəlməsindən getmir. Əsas məsələ pensiyaçının əlində qalan vəsaitin gündəlik həyatında rea

26 sentyabr
.

Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər Türkiyədə sosial media platformaları vasitəsilə Azərbaycan əleyhinə aparıldığı bildirilən informasiya kampaniyasını araşdırıb. xəbər verir ki, bu barədə komissiyanın açıqlamasında bildirilib. Qeyd olunub ki

26 sentyabr
.

Sabah hava necə olacaq? - Açıqlandı

Sentyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur

26 sentyabr
.

Latviyada 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib

25 sentyabr 2026-cı il tarixində Azərbaycanın Latviyadakı Səfirliyində 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirin əvvəlində dövlət himni səsləndirilib və ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəs

26 sentyabr
.

Hərbçilərinin əməkhaqları 22,8% artacaq

Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuları

25 sentyabr
.

Heydər Əliyev xanımı ilə "Formula 1"də - FOTOLAR

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev xanımı Alyona Əliyava ilə Bakı şəhər halqasında "Formula 1" Azərbaycan Qran-Prisinin əsas yarışını izləyib. onların fotolarını təqdim edir:

26 sentyabr