Nigeriyanın şimal-qərbindəki üç kənddən 100-dən çox insan qaçırılıb

Nigeriyanın şimal-qərbindəki üç kənddən 100-dən çox insan qaçırılıbNigeriyanın şimal-qərbindəki üç kəndə basqın zamanı 100-dən çox insan qaçırılıb.

"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Qeyd olunub ki, Nigeriyanın şimal-qərbində yaraqlıların kəndlərdən, magistral yollardan və məktəblərdən insanları oğurlaması və qohumlarından fidyə tələbi adi hal alıb.

Ölkənin Zamfara ştatındakı Birnin-Maqaci rayonunun başçısı Əlhacı Bala silahlıların Qora, Madomava və Cambuzu kəndlərinə hücum etdiyini, 38 kişi, 67 qadın və uşağın qaçırıldığını açıqlayıb.

"Qaçırılmış şəxslərin sayı daha çox ola bilər", – o deyib.

Madomavanın kəndxudası Aminu Aliyu Aşa isə qruplaşmanın kəndə motosikldə gəldiklərini vurğulayaraq onların insanları tutmasından öncə atəş açdıqlarına diqqət çəkib:

"Qaçırılma halları bizimlə cinayətkarlar arasındakı sülh razılaşmasını pozur. Bu ilin fevralında ərazimizə hücum etməmələri üçün onlara fidyə ödəmişik".

Agentlik qeyd edib ki, Nigeriyanın şimal-qərbində yaraqlıların kəndlərdən, magistral yollardan və məktəblərdən insanları oğurlaması və qohumlarından fidyə tələbi adi hal alıb.

Ölkədə kütləvi insan oğurluğu ilk dəfə 10 il öncə "Boko Haram" tərəfindən həyata keçirilib. O zaman 200-dən çox tələbə qaçırılmışdı. Lakin bu təcrübə heç bir ideoloji mənsubiyyəti olmayan silahlı dəstələr tərəfindən mənimsənilib və nigeriyalılar iqtisadi çətinliklərlə mübarizə apardıqca geniş vüsət almağa başlayıb.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 679   Tarix: 12 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Yer Günəşdən maksimum uzaqlaşacaq

İyulun 6-da Yer Günəş ətrafındakı orbitinin afeli adlanan nöqtəsinə - Günəşdən maksimum uzaq məsafəyə çatacaq. Bu barədə Ölkə.az-a Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Məlumata görə, bu gün Yer və Günəşin mərkəzləri arasındakı məsafə təxminən 152,

6 iyul
.

Cey Di Vens Böyük Britaniyadakı siyasi qeyri-sabitliyi tənqid edib

Baş nazirlərin tez-tez dəyişməsi Böyük Britaniyanın inkişafına mənfi təsir göstərir. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Vitse-prezidenti Cey Di Vens "The Sunday Times" nəşrinə müsahibəsində bildirib. Onun sözlərinə görə, Britaniya hökumətinin gələcək rəhbəri seçicilərin uzu

5 iyul
.

Hamıdan sonra o gəldi - Video

Ankarada keçirilən NATO Dövlət və Hökumət Başçıları Zirvəsi çərçivəsində Prezident Kompleksində təşkil olunan rəsmi şam yeməyinə son qatılan lider İtaliyanın Baş naziri Corciya Meloni olub. "Qafqazinfo" xəbər verir ki, Melonini Prezident Kompleksində Türkiyənin Vitse-prezidenti Cevdet Yılma

8 iyul
.

Peruda indiyədək məlum olmayan kakao növləri aşkar edilib

Peru kakaosu ilə bağlı yeni araşdırma dünyada ən sevilən şirniyyatlardan biri olan şokoladın mənşəyi haqqında təsəvvürləri dəyişdirib. Tədqiqat zamanı alimlər əvvəllər məlum olmayan dörd yeni kakao növü aşkar ediblər. Onlardan ikisinin gələcəkdə yüksəkkeyfiyyətli şokolad istehsalı üçün xüsusilə perspektivl

8 iyul
.

İsrail BƏƏ-də "Dəmir qübbə" yerləşdirdiyini təsdiqlədi

İsrail İranla münaqişənin əvvəlində Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) "Dəmir qübbə" hava hücumundan müdafiə (HHM) sistemini yerləşdirib. xəbər verir ki, bunu İsrailin nəqliyyat və yollarda təhlükəsizlik naziri Miri Reqev "Qaley SAXAL" hərbi radiosuna müsahibəsində təsdiqləyib. "BƏ

5 iyul
.

Zelenski: Rusiyanın hücumları nəticəsində Kiyevdə 11 nəfər xəsarət alıb

Kiyevdə Rusiya Silahlı Qüvvələrinin gecə saatlarında hücumları zamanı 11 nəfər, o cümlədən bir uşaq xəsarət alıb. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib. "Mülki infrastruktur hava həyəcanı ela

11 iyul
.

NASA könüllülər axtarır

ABŞ Milli Aeronavtika və Kosmik Administrasiyası (NASA) gələcək Ay və Mars missiyalarına hazırlıq məqsədilə bir il davam edəcək simulyasiya proqramı üçün dörd könüllü axtardığını açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, "Ay və Marsın Kəşfiyyat Simulyasiyası" adlanan proqramın 2027-c

10 iyul
.

Qiyamət ssenarilərinin səhv başa düşülən qalası - Svalbard

Şimal Qütb dairəsində yerləşən Svalbard Qlobal Toxum Anbarı populyar mədəniyyətdə tez-tez "qiyamət sığınacağı" kimi təqdim olunsa da, əslində onun əsas məqsədi dünya üzrə kənd təsərrüfatı biomüxtəlifliyini qorumaq və toxumların ehtiyat nüsxələrini saxlamaqdır. Qaynarinfo xəbər verir ki, buzlaqları

6 iyul
.

Tramp Türkiyəyə yola düşdü - Video

ABŞ Prezidenti Donald Tramp NATO-nun 36-cı Dövlət və Hökumət Başçıları Zirvə Görüşündə iştirak etmək üçün Türkiyəyə yola düşüb. "Qafqazinfo" xəbər verir ki, Tramp Merilend ştatındakı Endryus Birləşmiş Hərbi Hava Bazasından "Air Force One" təyyarəsi ilə Ankaraya yola çıxıb. NATO-nu

7 iyul