Britaniya Qəzzaya humanitar yardım çatdırmaq üçün qoşun göndərməyəcək
Böyük Britaniya Qəzzaya humanitar yardım çatdırmaq üçün qoşun göndərməyəcək.
"Report" BBC-ə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Fələstin sahillərində üzən platformanın tikintisini şərh edərkən deyib.
"Kral Donanmasının RFA Cardigan Bay gəmisi estakada yaxınlığında bir növ logistika mərkəzi rolunu oynayacaq. Bununla belə, Baş nazir, mən və başqa nazirlər qoşunlarımızın quruda yerləşdirilməsinin yaxşı addım olmayacağını düşünürük", - Kemeron bildirib.
Onun sözlərinə görə, Qəzzaya yardımın çatdırılmasını etibarlı şəkildə qorunacaq podratçı təşkilat həyata keçirə bilər:
"Qoşunları yerləşdirmək riskdir, bu vəziyyətdə ordu məqsədli hücumlara məruz qala bilər".
Xatırladaq ki, martın 7-də ABŞ Prezidenti Cozef Bayden bəyan edib ki, Vaşinqton Qəzza zolağına dəniz yolu ilə humanitar yardım çatdırmaq üçün müvəqqəti liman yaradır. Pentaqon bildirib ki, amerikalı hərbçilər humanitar yükləri çatdırarkən gəmilərdən düşməyəcəklər. Hazırkı plana görə, onlar əvvəlcə Kiprdə gəmilərə yüklənəcək, sonra o, yardımçı gəmilərə köçürüləcək və xüsusi yaradılmış estakadaya çatdırılacaq. Sonda isə yük maşınları ilə Qəzza sakinlərinə daşınacaq.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 573 Tarix: 12 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Okeanın dibində yeni bir ada yaranır
Papua Yeni Qvineya sahilləri yaxınlığında peyklər tərəfindən qeydə alınan vulkanik aktivlik okeanın dibində yeni adanın formalaşa biləcəyini göstərir. Alimlər bölgədəki istilik anomaliyalarını və püskürmə prosesini izləyərək bu nadir təbiət hadisəsini araşdırırlar. Qaynarinfo xəbər verir ki, Papua Yen
6 iyulHamıdan sonra o gəldi - Video
Ankarada keçirilən NATO Dövlət və Hökumət Başçıları Zirvəsi çərçivəsində Prezident Kompleksində təşkil olunan rəsmi şam yeməyinə son qatılan lider İtaliyanın Baş naziri Corciya Meloni olub. "Qafqazinfo" xəbər verir ki, Melonini Prezident Kompleksində Türkiyənin Vitse-prezidenti Cevdet Yılma
8 iyulBritaniyada 1976-cı ildən bəri görünməmiş istilərlə üzləşəcək
Böyük Britaniya hakimiyyəti İngiltərə ərazisində isti hava ilə əlaqədar narıncı və sarı xəbərdarlıq elan edib. Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, ölkə 1976-cı ildən bəri müşahidə olunan ən uzunmüddətli istilik dalğalarından birinə hazırlaşır. Proqnozlara əsasən, temperatur bölgələr üzrə fərqlənəcək
9 iyulAvropada anomal istilər dalğası - Ən təhlükəli vəziyyət NƏ VAXTA GÖZLƏNİLİR?
Avropa ölkələri yeni anomal istilərlə üzləşib. -ın xəbərinə görə, bu barədə Avropa İstilik Monitorinq Sistemi (EFFIS) məlumat yayıb. Qeyd edilib ki, iyul ayında həddindən artıq istilik səbəbindən baş verən meşə yanğınları 126 00 hektardan çox ərazini məhv edib ki, bunlardan təxminən 40%-i İspaniyanı
11 iyulPeruda indiyədək məlum olmayan kakao növləri aşkar edilib
Peru kakaosu ilə bağlı yeni araşdırma dünyada ən sevilən şirniyyatlardan biri olan şokoladın mənşəyi haqqında təsəvvürləri dəyişdirib. Tədqiqat zamanı alimlər əvvəllər məlum olmayan dörd yeni kakao növü aşkar ediblər. Onlardan ikisinin gələcəkdə yüksəkkeyfiyyətli şokolad istehsalı üçün xüsusilə perspektivl
8 iyulPaşinyan Rusiyaya getdi
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya işgüzar səfərə yola düşüb. Qaynarinfo xəbər verir ki, bu barədə Ermənistan mediası ölkənin Nazirlər Kabinetinə istinadən məlumat yayıb. N.Paşinyan Yekaterinburqda "İnnoprom-2026" sərgisində iştirak edəcək. Səfər çərçivəsində onun Rusiyanın Ba
6 iyul