Heydər Əliyev onu "yaraşıqlı oğlan" adlandırırdı: "Nəsimi" filminə baxandan sonra deyib ki...
"Heydər Əliyev ilk dəfə "Nəsimi" filminə baxandan sonra deyib ki, bu oğlandan muğayat olun. Məni "yaraşıqlı oğlan" adlandırırdı. Ulu öndərdən o qayğını həmişə hiss etmişəm. Onun mənim ünvanıma səsləndirdiyi bu sözlərdən sonra arxayınçılıq yox, məsuliyyət hissi yaranıb. Tək məndə yox, bütün sənət adamlarında. Hər kəs bilirdi ki, o bütün teatr tamaşalarının premyeralarına gəlib, aktyorlarla söhbət edir. Filmlər haqda müzakirələr edirdik, aktyorlar haqda. Ona görə də hamı məsuliyyətli olurdu"
Bunu Moderator.az-a açıqlamasında AKİ-nın sədri, xalq artisti Rasim Balayev deyib. O daha sonra əlavə edib.
"Ulu öndər Heydər Əliyev hakimiyyətə 1969-cu ildə gəldi. O illərdən başlayaraq 2000-ci ilə qədər Azərbaycan kinosu qaynar bir həyat, fəaliyyət yolu keçdi. Çoxlu filmlər çəkildi, ələxsus da tarixi filmlər. 70-ci ildən sonra kənd təsərrüfatında da, sənayedə sahəsində də dirçəliş başladı. O vaxt belə bir qayda var idi, keçici qırmızı bayraqlar. Bu bayraqları hər il Azərbaycan alırdı. Hətta müttəfiq respublikalar paxıllıq da edirdilər ki, hər il Azərbaycan alır. Bütün bunlarla bahəm həm də ədəbiyyat, sənət, tarix sahəsi inkişaf etdi. Bizdə Şərq-Qərb kinofestivalı keçirilirdi. Rusiyadan 80 adam, ələxsus da onların nəhəng aktyoru Aleksey Batalov gəlmişdi. Heydər Əliyev 10 dəqiqə Azərbaycan kinosundan danışdı. Hamı təəccüb etdi. Aleksey Batalov demişdi ki, Heydər müəllim, siz kinostudiyada işləmisiz? Dedi ki, yox. Yenidən sual verdi ki, bəs bütün bunları hardan bilirsiniz? O operatorları relslərin üstündə aparan fəhlədən tutmuş, filmlərdə tüstü verənə qədər hər şeyi bilirdi. Bunu yalnız kino sahəsinə aid olan şəxs bilə bilərdi. Ədəbiyyata, incəsənətə xüsusi hörməti var idi. Bütün nazirləri, vəzifəli adamları Filarmoniyaya yığırdı ki, simfonik musiqiyə qulaq assınlar. Bizim musiqimiz öz yerində. Ulu öndər deyirdi ki, simfonik əsərləri başa düşməlisiz. O hər kəsi insanın formalaşmasına, dünyagörüşünə görə hazırlayırdı. Rəhmətlik Tofiq Quliyevlə dostluq edirdi. Yadımdadır yubileyində ona necə böyük dəyər verdi. Bütün sənət adamlarının, həmçinin də mənim qayğılarımla məşğul olurdu. Allah ona rəhmət etsin. Xalqımız Heydər Əliyevi hər zaman xatırlayacaq" deyə sənətkar bildirib.

Sonxeber.az
Telegramda izləyin
Baxılıb: 1163 Tarix: 13 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKafedə dava: Ünvansız söyüş söydü, dostunu qətlə yetirdi
Gəncə Ağır Cinayətlər Məhkəməsində tanışını qətlə yetirməkdə təqsirləndirilən Xudat Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. -ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə X.Məmmədov 11 il azadlıqdan məhrum edilib. İttihama görə, Xudat Məmmədo
19 iyunTürkiyədə mədəndə uçqun: Ölən var
Türkiyənin Bolu bölgəsində mədəndə baş verən uçqun nəticəsində bir nəfər ölüb. xəbər verir ki, bu barədə "İhlas" agentliyi məlumat yayıb. Hadisə Mengen rayonu ərazində baş verib. Hələlik hadisənin səbəbi məlum deyil. Ərazidə axtarış-xilasetmə əməliyyatları aparılır
17 iyunHava KƏSKİN DƏYİŞİR: Bu tarixdən LEYSAN BAŞLAYIR - XƏBƏRDARLIQ
Sentyabrın 5-i günün ikinci yarısında dağlıq ərazilərdə, 6-sı gündüz isə şimal və qərb rayonlarından başlayaraq 8-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli leysan xarakterli intensi
5 sentyabrAvropa Azərbaycanla əməkdaşlığı genişləndirir
Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin iyulun 1-də Azərbaycana səfəri 2022-ci ildən sonra onun ölkəmizə ikinci səfəri kimi dəyərləndirilir. Belə ki, 2022-ci ildə Ursula fon der Lyayen Azərbaycana səfər etmiş və həmin səfər çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsind
3 iyulBakıda xariclə əlaqəli qumar şəbəkəsi quran dəstə üzvləri hakim qarşısında
Qanunsuz onlayn qumar və kazino oyunları təşkil edən dəstə üzvlərinin barələrindəki cinayət işi üzrə məhkəmə keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən dəstə üzvlərinin anket məlumatları dəqiqləşdirilib. Onla
18 iyunNirezo Official Azərbaycanın tanınmış endirim bloq səhifəsi
Azərbaycanda sosial media üzərindən endirimlər, kampaniyalar və sərfəli alış-veriş imkanlarını izləyicilərə çatdıran Nirezo Official ölkənin ən tanınmış endirim platformalarından biri kimi fəaliyyət göstərir. Müxtəlif sosial şəbəkələrdə geniş auditoriyaya sahib olan platforma hər gün minlərlə istifadəçin
17 iyunPirşağıda dənizdə qadın batıb
Abşeronda daha bir nəfər dənizdə batıb. -a istinadən xəbər verir ki, hadisə Pirşağı çimərliyində qeydə alınıb. Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Raisa Abbasova dənizdə çimərkən boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır
29 iyun