"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam"

"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam"Moderator.az tanınmış radio və televiziya aparıcısı Yusif Ağayevin rəqs görüntülərini əldə edib. Maraqlısı burasındadır ki, 66 yaşı tamam olan Yusif Ağayev rəqsi ilə gənclərə meydan oxuyub. Saytımıza açıqlama verən məşhur rəqsini belə şərh edib.

"Mən peşəkar rəqqas deyiləm. Amma gənc və yeniyetmə yaşlarımdan bizim milli rəqsləri çox sevmişəm. Ondan da əlavə müasir rəqsləri. Daha sonralar isə qohum-qardaşın toyunda, məclisində rəqs edirdim. Bu özümə də xoş olurdu. Tam səmimi söyləyim ki, hər toy mərasimində belə rəqs etmirəm, etmərəm də. Yalnız özümü rahat hiss etdiyim toy məclislərində rəqs etmişəm. Sonuncu dəfə bu cür rəqsi 8 il əvvəl tanınmış jurnalist, çox hörmət bəslədiyim Əli Novruzəliyevin toyunda etmişəm.

Elə toy məclisləri olub ki, 8 dəqiqəlik gəlib oturub, xeyir-duamı verib çıxıb getmişəm. Heç rəqs də etməmişəm. Elə toy məclisləri də var ki, özümü orada rahat hiss edirəmsə sona qədər əyləşirəm, rəqs edirəm. Ətrafımda mənimlə birlikdə rəqs edən insanlar varsa mən məclisdə özümü rahat hiss edirəm, rəqs edirəm, deyib-gülüb əylənirəm. Bu görüntülər dünən Atv kanalının peşəkar əməkdaşı Elvin Eminlinin toy mərasimində lentə alınıb. Orada çox rahat idim. Kanalın əməkdaşları orada idi. Bir neçə saatlıq özümü çox xoşbəxt hiss etdim. Sizin vasitənizlə bir daha onları ürəkdən təbrik edirəm. Mən də insanam. Bəzən elə vaxt olur ki, əhval-ruhiyyəm yaxşı olmur, əsəbi oluram. Heç rəqs etməyə ovqatım olmur. Hamımızın həyatında baş verən xoşagələn və xoşagəlməyən anlar bizi əlbəttə ki, üzə, qıra bilər. Amma nə olursa-olsun büdrəsək belə ayağa qalxmağı bacarmalıyıq. Çünki başqa yolumuz yoxdur. Büdrədin, ayağa qalx və yenidən addımla! Həyat mübarizləri sevir" deyə aparıcı bildirib.

Yusif Ağayev bildirib ki, daim sağlam qidalanır.

"Sağlam qalmaqdan ötrü ilk növbədə qidalanma doğru olmalıdır. Vaxtaşırı idmanla məşğul olmaq lazımdır. Bunlar olmadığı təqdirsə yaşla bağlı olan xəstəlikləri öz orqanizminizə, vucudunuza toplaya bilərsiz. Bütün həkimlər, diyetoloqlar məsləhət görür ki, gün ərzində 2 litr təmiz su içmək lazımdır. Meyvə, tərəvəz, balıq, zeytun yağı, dənli bitkilər və s. ərzaqlar insanın qida rasionunda olmalıdır. Ət məhsullarından, ələxsus da kolbasa, sosiskadan uzaq olmaq lazımdır. Axşam saat 6-dan sonra yemək yemirəm. Ac olsam belə yüngül tərəvəz salatı yeyirəm. Bu da insanın orqanizminin sağlam qalmasına səbəb olur. Bu sağlamlıq insanın həm də ruh yüksəkliyinə təsir göstərir" deyə o bildirib.
PAYLAŞ:


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 1420   Tarix: 13 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kafedə dava: Ünvansız söyüş söydü, dostunu qətlə yetirdi

Gəncə Ağır Cinayətlər Məhkəməsində tanışını qətlə yetirməkdə təqsirləndirilən Xudat Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. -ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə X.Məmmədov 11 il azadlıqdan məhrum edilib. İttihama görə, Xudat Məmmədo

19 iyun
.

Samuxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını pozduğuna görə "Ford" markalı nəqliyyat vasitəsinin sürücüsü E.Həsənov saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, yoxlama zamanı müvafi

29 iyun
.

Türkiyədə mədəndə uçqun: Ölən var

Türkiyənin Bolu bölgəsində mədəndə baş verən uçqun nəticəsində bir nəfər ölüb. xəbər verir ki, bu barədə "İhlas" agentliyi məlumat yayıb. Hadisə Mengen rayonu ərazində baş verib. Hələlik hadisənin səbəbi məlum deyil. Ərazidə axtarış-xilasetmə əməliyyatları aparılır

17 iyun
.

Hava KƏSKİN DƏYİŞİR: Bu tarixdən LEYSAN BAŞLAYIR - XƏBƏRDARLIQ

Sentyabrın 5-i günün ikinci yarısında dağlıq ərazilərdə, 6-sı gündüz isə şimal və qərb rayonlarından başlayaraq 8-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli leysan xarakterli intensi

5 sentyabr
.

Avropa Azərbaycanla əməkdaşlığı genişləndirir

Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin iyulun 1-də Azərbaycana səfəri 2022-ci ildən sonra onun ölkəmizə ikinci səfəri kimi dəyərləndirilir. Belə ki, 2022-ci ildə Ursula fon der Lyayen Azərbaycana səfər etmiş və həmin səfər çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsind

3 iyul
.

Bakıda xariclə əlaqəli qumar şəbəkəsi quran dəstə üzvləri hakim qarşısında

Qanunsuz onlayn qumar və kazino oyunları təşkil edən dəstə üzvlərinin barələrindəki cinayət işi üzrə məhkəmə keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən dəstə üzvlərinin anket məlumatları dəqiqləşdirilib. Onla

18 iyun
.

Nirezo Official Azərbaycanın tanınmış endirim bloq səhifəsi

Azərbaycanda sosial media üzərindən endirimlər, kampaniyalar və sərfəli alış-veriş imkanlarını izləyicilərə çatdıran Nirezo Official ölkənin ən tanınmış endirim platformalarından biri kimi fəaliyyət göstərir. Müxtəlif sosial şəbəkələrdə geniş auditoriyaya sahib olan platforma hər gün minlərlə istifadəçin

17 iyun
.

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusundan həyatını itirənlərin sayı artaraq 232 nəfərə çatıb. Oxu.Az "Reuters" agentliyinə ist

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusundan həyatını itirənlərin sayı artaraq 232 nəfərə çatıb. "Reuters" agentliyinə istinadən xəbər verir ki, təsdiqlənmiş yoluxma hallarının ümumi sayı 896-ya yüksəlib. Son hesabata əsasən, ölkədə sutka ərzində infeksiyaya 21 yeni yoluxma hal

19 iyun
.

Pirşağıda dənizdə qadın batıb

Abşeronda daha bir nəfər dənizdə batıb. -a istinadən xəbər verir ki, hadisə Pirşağı çimərliyində qeydə alınıb. Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Raisa Abbasova dənizdə çimərkən boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır

29 iyun